Aslan Adil oğlu Şirinov (25 aprel 1969, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013).
Aslan Şirin | |
---|---|
Aslan Adil oğlu Şirinov | |
Doğum adı | Aslan Adil oğlu Şirinov |
Digər adı | Aslan Şirin |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1997-ci ildən |
Təhsili | |
Mükafatları |
Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir.
İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində[1] epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib.
Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə[2], 1 may 2017-ci ildə[3], 9 may 2018-ci ildə[4], 7 may 2021-ci ildə[5], 10 may 2022-ci ildə[6] və 6 may 2023-cü ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Ah, Paris, Paris... | aparıcı | 1997 | Azərpaşa Nemət | Elçin |
Şıltaq şahzadənin nağılı | aparıcı | Abbas Qəhrəmanov | ||
Özümüzü kəsən qılınc | Şeytan | Ağakişi Kazımov | Bəxtiyar Vahabzadə | |
Mənim sevimli dəlim | Hoqqabaz | 1998 | Azərpaşa Nemət | Elçin |
Bu dünyanın adamları | Səkinənin əri | Mərahim Fərzəlibəyov | Hidayət | |
Mənim ərim dəlidir. Diaqnoz "D" | oğul | 1999 | Azərpaşa Nemət | Elçin |
Dar ağacı | Rəhman | Ağakişi Kazımov | Bəxtiyar Vahabzadə | |
Hamlet | Aktyor və Ozrik | 2002 | Azərpaşa Nemət | Uilyam Şekspir |
Fərhad və Şirin | kəndli | Cənnət Səlimova | Səməd Vurğun | |
Şah Edip | sərkərdə | Bəhram Osmanov | Sofokl | |
Ana intiqamı | erməni | Bəhram Osmanov | Vidadi Babanlı | |
Lənkəran xanının vəziri | Heydər | Vaqif İbrahimoğlu (bərpası Tural Mustafayev) |
Mirzə Fətəli Axundzadə | |
Sokratı anma gecəsi | cəllad | Mərahim Fərzəlibəyov | Çingiz Aytmatov | |
Hərənin öz payı | xor dirijoru | Mərahim Fərzəlibəyov | Xeyrəddin Qoca | |
Skapenin kələkləri | Leandr | Əsgər Əsgərov | Jan Batist Molyer | |
Varlı qadın | Qara | Bəhram Osmanov | Əli Əmirli | |
Bahar qızı | Tülkü | |||
Afət | Oqtay | Mehriban Ələkbərzadə | Hüseyn Cavid | |
Ölülər | Əli bəy | Mərahim Fərzəlibəyov | Cəlil Məmmədquluzadə | |
Dirilən adam | Gödək | 2006 | Oruc Qurbanov | Mir Cəlal |
Xurşidbanu Natəvan | Fərəc bəy | 2010 | Bəhram Osmanov | İlyas Əfəndiyev |
Eloğlu | Baloğlan | Əsgər Əsgərov | Abdulla Şaiq | |
Kvazimodo | Kvazimodo | Samir Qulamov | Viktor Hüqo | |
Şeyda | Yusif | Mərahim Fərzəlibəyov | Hüseyn Cavid | |
Kabuslar | Qastone | 2011 | Nicat Kazımov | Eduardo de Filippo |
On ikinci gecə və ya hər nə istəsəniz | Malvolio | 2012 | Vüqar Əhmədov Fərid Əhmədov |
Uilyam Şekspir |
Don Juan və həndəsə | Loperello | 2012 | Levan Tsuladze | Maks Friş |
Şekspir | sanitar | 2012 | Petru Vutkereu | Elçin |
Oliqarx | 2012 | Oruc Qurbanov | Əfqan | |
Anamın kitabı | Səməd bəy | 2012 | Firudin Məhərrəmov | Cəlil Məmmədquluzadə |
Sənətkarın taleyi | gənc teatr vurğunu | 2013 | İranə Tağızadə | Elçin |
Zorən şorgöz | Corc | 2013 | Nicat Kazımov | Rey Kuni |
Nazirin xanımı | Çeda | 2014 | Mərahim Fərzəlibəyov | Branislav Nuşiç |
Kölgə | Kölgə | 2014 | Nicat Kazımov | Yevgeni Şvars |
Ölülər | Şeyx Əhməd | 2016 | Azərpaşa Nemət | Cəlil Məmmədquluzadə |
Müfəttiş | Pyotr İvanoviç Dobçinski | 1 iyul 2016 | Mikayıl Mikayılov | Nikolay Qoqol |
Almaz | Barat | 21 yanvar 2017 | Azərpaşa Nemət | Cəfər Cabbarlı |