Azərbaycan - İsveçrə futbol oyunu

Azərbaycan - İsveçrə futbol oyunu 31 avqust 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Seçmə mərhələnin 3-cü qrupunda oynayan Azərbaycanİsveçrə komandaları, dünya birinciliyinə vəsiqə verən yerlərdən biri uğrunda mübarizə aparırdılar.

Azərbaycan - İsveçrə futbol oyunu
Turnir 1998 FİFA Dünya Kuboku (seçmə mərhələ)
Tarix 31 avqust 1996
Yer Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı
Hakim Polşa Rışard Vuyçik[1]
Tamaşaçı 15 000[1]

Görüş məşqçi Kazbek Tuayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın sensasiyalı qələbəsi ilə nəticələnib — 1:0. Oyunu Rışard Vuyçikin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edirdi. Bu qələbə futbol üzrə Azərbaycan yığmasının rəsmi görüşlərdə qazandığı ilk qələbə idi.[2] Onu da qeyd etmək lazımdır ki, bu matç yekunda Azərbaycan milli komandasının həmin seçmə turnirdə uduzmadığı yeganə oyun olmuşdur.

Azərbaycanİsveçrə komandalarının görüşü 3-cü qrupun ikinci oyunu olmalı idi. Buna qədər Azərbaycan yığması səfərdə Norveç yığmasına 5:0 hesablı darmadağınla məğlub olmuşdu və qrupun autsayderi sayılırdı. İsveçrə yığması isə 1996-cı ilin iyununda Avropa çempionatında iştirak etmişdi və yeni baş məşqçi Rolf Fringerin rəhbərliyi altında ilk oyununu keçirməli idi.[3] İsveçrə bu oyunda aşkar favorit idi.[4].

Oyunun detalları

[redaktə | mənbəni redaktə et]
31 avqust 1996
16:00 MAV
 Azərbaycan 1 : 0
Hesabat
  İsveçrə
Vidadi Rzayev Qol 26' Qollar
Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı
Tamaşaçı: 15 000
Hakim: Polşa Rışard Vuyçik
Azərbaycan
İsveçrə
Azərbaycan
Azərbaycan:
Q 1 Aleksandr Jidkov
M 2 Arif Əsədov
M 3 Deni Qaysumov Booked in the 38-ci minute 38'
M 4 Tərlan Əhmədov
YM 5 Vyaçeslav Lıçkin 89-cu dəqiqədə əvəz olunub 89'
YM 6 Rasim Abuşev
M 7 Emin Ağayev Booked in the 39-cu minute 39' 86-cı dəqiqədə əvəz olunub 86'
YM 8 Vidadi Rzayev Qol 26' Booked in the 35-ci minute 35' 69-cu dəqiqədə əvəz olunub 69'
YM 9 Ruslan İdiqov
H 10 Nazim Süleymanov (k)
H 15 Yunis Hüseynov
Ehtiyat oyunçular:
H 11 Qurban Qurbanov 69-cu dəqiqədə əvəzetmədən daxil olub 69'
M 12 Vladislav Nosenko
M 13 İqor Getman 86-cı dəqiqədə əvəzetmədən daxil olub 86'
H 14 Samir Ələkbərov 89-cu dəqiqədə əvəzetmədən daxil olub 89'
YM 16 Nizami Sadıqov
YM 17 Rüfət Quliyev
Baş məşqçi:
Azərbaycan Kazbek Tuayev
İsveçrə
İsveçrə:
Q 1 Marko Paskolo
M 2 Mark Hottiger (k)
M 3 İvan Kenten Booked in the 68-ci minute 68'
M 4 Stefan Anşo Booked in the 69-cu minute 69'
M 5 Ramon Veqq
M 6 Murat Yakın Qaçan penalti 60' (pen.)
YM 7 Aleksandr Komizetti 81-ci dəqiqədə əvəz olunub 81'
M 8 Kristof Oryol 75-ci dəqiqədə əvəz olunub 75'
H 9 Adrian Knup 67-ci dəqiqədə əvəz olunub 67'
YM 10 Çiriako Sfortsa
H 11 Kubilay Türkyılmaz
Ehtiyat oyunçular:
Q 12 Paskal Tsuberbyuler
YM 13 Rafael Viki
YM 14 Patrik Silvestre
YM 15 Sebastyan Furnye
H 16 Kristof Bonvin 81-ci dəqiqədə əvəzetmədən daxil olub 81'
H 17 Stefan Şapyuiza 67-ci dəqiqədə əvəzetmədən daxil olub 67'
YM 18 David Sesa 75-ci dəqiqədə əvəzetmədən daxil olub 75'
Baş məşqçi:
Avstriya Rolf Fringer

Köməkçi hakimlər:
Polşa Yaçek Potsinqil
Polşa Kşiştof Slupik
Ehtiyat hakim:
Polşa Marek Kovalçuk

Matçın nizamnaməsi

  • 90 dəqiqədən ibarət əsas vaxt.
  • Maksimum üç əvəzetmə.

Realizə olunmayan penalti

[redaktə | mənbəni redaktə et]
Murat Yakın — penaltini qaçıran futbolçu

Matçın 60-cı dəqiqəsində Azərbaycanın qapısına şübhəli[2][5] 11 metrlik cərimə zərbəsi təyin olunub. Zərbəni Murat Yakın vurub. Lakin İsveçrə yığmasının futbolçusu penaltini qola çevirə bilməyib və matçın hesabı dəyişməz qalıb. Sonralar Azərbaycan yığmasının oyunçusu Yunis Hüseynov xatırlayırdı ki, 11 metrlik cərimə zərbəsi təyin olunan zaman, o, "hiss edirdi ki, top qapıdan keçməyəcək". Vidadi Rzayev isə bildirib ki, "bu penaltidən sonra biz hiss edirdik ki, bu oyunu udacağıq".[5] Qaçan penaltidən dərhal sonra, təyin olunmuş penaltini "ədalətsiz" adlandıran şərhçi Fikrət Adıgözəlli deyib: "Haqq-ədalət öz yerini tutdu. Bu 11 metrlik cərimə zərbəsi qolla yekunlaşmamalı idi".[2]

Tarixi penaltini[4] vura bilməmiş Murat Yakının özü isə 15 il sonra həmin epizodu belə xatırlayır.

“Bakıdakı matçda 11 metrlik cərimə zərbəsi təyin olunan kimi bütün oyunçularımız topdan uzaqlaşdı. Onların heç biri zərbə vurmağa ürək etmirdi. Komanda yoldaşlarımın məsuliyyətdən çəkindiyini görüb topa özüm yaxınlaşdım. Hər şeyi də düz etmişdim. Topu qapının sol küncünə göndərdim. Azərbaycan yığmasının qapıçısı isə əks küncdə aciz vəziyyətdə uzanmışdı. Onu aldadıb sağa tullanmağa məcbur etmişdim. Lakin təəssüf ki, top sol dirəkdən yan keçdi. Amma bir şeylə fəxr edə bilərəm ki, qapıçının üstünə vurmamışdım. Ümumiyyətlə karyeram boyu heç vaxt penalti zamanı qapıçını nişan almamışam. Hər halda qapıdan yan vurmaq qolkiperin üstünə vurmaqdan yaxşıdır”.[6]

Heydər Əliyevin iştirakı

[redaktə | mənbəni redaktə et]

Təxminən 20-ci dəqiqədə[5] oyuna baxmağa Azərbaycan Prezidenti Heydər Əliyev gəldi. O, 30-32 dəqiqə oyunu izləyib.[2] Yunis Hüseynov xatırlayırdı ki, "stadionda dedilər ki, Heydər Əliyev bu oyunda iştirak edir... biz heç nəyə baxmayaraq, bu oyunu udmalıyıq".[5] Azərbaycan yığmasının məşqçisi Kazbek Tuayev isə, Heydər Əliyevin gəlişini "uğurlu" adlandırıb, çünki, o gəldikdən 6 dəqiqə sonra yığmamız qol vurub.[5]

Azərbaycan komandasının qələbəsi FİFA-nın reytinqində vəziyyətinə də təsir edib. Bütün amilləri nəzərə alaraq (oyunun vacibliyi, oynayan komandaların reytinqi və yekun hesab), Azərbaycana İsveçrə üzərində qələbəyə görə 12 xal verilib və yığma 133-cü yerdən 121-ci yerə yüksəlib.[7] İsveçrə isə bu məğlubiyyətdən sonra 2 xal itirib və reytinqdə 31-ci yerdən 35-ci yerə düşüb.[7]

Azərbaycanda reaksiya

[redaktə | mənbəni redaktə et]

Azərbaycan yığmasının baş məşqçisi Kazbek Tuayev "Bizim futbol" verilişinə müsahibəsində deyib:

Biz bir komanda idik və bizim yalnız bir məqsədimiz var idi — qalib gəlmək. İlk beş dəqiqədən sonra mən əmin idim ki, uduzmayacağıq. Biz qələbə qazanacağıq və ya heç-heçə edəcəyik, mən deyə bilməzdim, lakin ilk beş dəqiqədən sonra mən əmin idim ki, uduzmayacağıq... Bizim yaratdığımız qol vəziyyətlərini, onlar yarada bilmirdilər, çünki həmin gün biz daha sürətli və daha güclü idik.[5]

Vurulan yeganə qolun müəllifi Vidadi Rzayev xatırlayırdı:

Nazim Süleymanov, Yunis Hüseynov və mən - biz üçlükdə rəqibi əks-hücumda yaxaladıq və Yunis Hüseynovun gözəl ötürməsindən sonra bu qol alındı.[5]

Vidadi Rzayev 2016-cı ildə verdiyi müsahibədə bu qələbəyə görə hər futbolçuya 2000 ABŞ dolları mükafat verildiyini deyib.[8]

Oyunu şərh etmiş Fikrət Adıgözəlli öz müsahibəsində bildirib ki: "oyunu necə şərh etdiyimə belə fikir vermirdim. Özümü meydançada futbolçularla bir yerdə hiss edirdim. İsveçrə ilə matçdan sonra bərk həyəcan keçirmişdim. 2 ay ürək ağrısından müalicə olundum. Həkim dedi ki, bərk həyəcan keçirmisiniz".[2]

İsveçrədə reaksiya

[redaktə | mənbəni redaktə et]

İsveçrənin "Tages Anzeiger" qəzeti yazırdı ki, 31 avqust 1996-cı ildə hamı İsveçrənin təmiz qələbəsini gözləyirdi. Amma hər şey tamam başqa cür oldu. Bakıdakı oyun İsveçrə üçün tam fiasko ilə nəticələndi. Bu nəticə, Fringer üçün milli komandanın məşqçisi postunda sonun başlanğıcı oldu.[4]

2008-ci ildə İsveçrə yığması Sürixdə DÇ-2010-un seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub. Bundan sonra İsveçrənin "Neue Zurcher Zeitung" qəzeti yazırdı ki, bu məğlubiyyət "12 il əvvəl Bakıda Azərbaycana 0:1 hesabı ilə məğlub olmağımızı xatırladır". Qəzet qeyd edib ki, Bakıdakı məğlubiyyət "heç vaxt əl çəkməyəcək yapışmış lənət kimi idi" və əlavə edib ki, "bu məğlubiyyət, o vaxtdan İsveçrə futbolunun yeni tarixində ən pis nəticə olub".[3]

2009-cu ildə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda (həmin stadionda) eyniadlı futbol klubu ilə İsveçrənin "Bazel" klubu arasında baş tutmuş görüşdən öncə İsveçrənin "Tages Anzeiger" qəzeti yazırdı:

"Bakı" sözü isveçrəli futbol azarkeşlərinə təsir edir. İsveçrə yığması Azərbaycanın paytaxtında özünün ən böyük utancverici anlarından birini yaşayıb. Bu hadisə 31 avqust 1996-cı ildə, Xəzər dənizinin sahilindəki ölkədə DÇ-1998-in seçmə mərhələsinin start götürdüyü, Rolf Fringerin milli yığmanın məşqçisi kimi debüt etdiyi, Murat Yakının penalti vurduğu və yekunda, İsveçrənin FİFA reytinqində 133-cü pilləni tutan komandaya 0:1 hesablı alçaldıcı məğlubiyyətə uğradığı zaman baş verib.[9]

  1. 1 2 "1998 FIFA World Cup France ™ Preliminaries". Fifa.com. 22 avqust 2012 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 Fərid Mirzəyev. AzTV-nin əfsanəvi idman şərhçisi Kulisə danışır // kulis.az.
  3. 1 2 Baku 1996, Zürich 2008. Die Schweizer an einem Tiefpunkt ihrer jüngeren Fussballgeschichte – 1:2 gegen Luxemburg. (qəzet) (alman). Neue Zürcher Zeitung. 11. September 2008.
  4. 1 2 3 Thomas Niggl. Wie Yakins Penalty Fringers Leben veränderte. (alman). Tages-Anzeiger. 08.04.2011.
  5. 1 2 3 4 5 6 7 ""Bizim futbol" verilişinin Azərbaycan-İsveçrə oyununa həsr olunan rubrikası" (az.). на сайте YouTube. 2023-06-29 tarixində arxivləşdirilib.
  6. "Heç kim penalti vurmağa ürək etmirdi" // apasport.az. 9 aprel 2011.
  7. 1 2 FIFA World Ranking as of Sep 1996 // Fifaranking.net. 25 sentyabr 1996.
  8. Vidadi Rzayev: "Baxıcı millimizin baş məşqçisinə demişdi ki, sən göydə öləcəksən" // Sportline.az. 28 noyabr 2016.
  9. Ungleiches Duell in Genf und Erinnerungen an Baku. (alman). Tages-Anzeiger. 20.08.2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]