Azərbaycan milli futbol komandası — Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra müstəqilliyini elan edən Azərbaycanı 1992-ci ildən bəri beynəlxalq arenada təmsil edən futbol komandası. Bundan əvvəl, azərbaycanlı futbolçular SSRİ milli futbol komandasını təmsil edirdi. Azərbaycan yığması ilk rəsmi beynəlxalq matçını 17 sentyabr 1992-ci il tarixində, qonşu ölkə olan Gürcüstana qarşı yoldaşlıq oyunu olaraq oynamışdır.[1] Oyun 6–3 məğlubiyyətlə nəticələnmişdir.[2] Komanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən idarə olunur və 1994-cü ildən Avropa ölkələrini, eləcə də İsraili əhatə edən Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) bir üzvü olaraq rəqabət aparır.[3] Yığma həmin il FIFA-ya da qoşulmuşdur.[4][5] 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Azərbaycan yığması debüt etdiyi gündən bəri 242 beynəlxalq oyun keçirmişdir. Onlarda 47-i qələbə, 66-sı heç-heçə, 129-u isə məğlubiyyət ilə nəticələnmişdir.[2] Azərbaycan milli futbol komandası ən çox Moldova və Özbəkistan yığmaları oynamışdır ki, onlar bir-birləri ilə 10 dəfə qarşı-qarşıya gəlmişdir.[2] Qlobal və kontinental turnirlərə gəldikdə, Azərbaycan 1994-cü ildən bəri FIFA Dünya Kubokunun təsnifat mərhələsində, 1996-cı ildən bəri isə UEFA Avropa Çempionatının təsfinat mərhələsində rəqabət aparır, lakin komanda hər iki turnirin finalında çıxış edə bilməyib.[6][7]
Müdafiəçi Rəşad Sadıqov Azərbaycan millisində ən çox oyun keçirmiş futbolçudur və Azərbaycanı təmsil edən yeganə futbolçudur ki, 100-dən çox beynəlxalq matçda meydana daxil olsun.[8][9] 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Sadıqov 2001-ci ildə İsveçə qarşı keçirdiyi debüt oyunundan bəri Azərbaycan yığması üçün 110 dəfə meydana daxil olmuşdur.[10] O, Azərbaycan milli futbol komandasındakı son matçını 2017-ci ildə oynamışdır.[11] Beynəlxalq futbol karyerası dövründə 66 dəfə meydana daxil olan Qurban Qurbanov 12 qol ilə Azərbaycan milli komandasının bombardiridir. Bundan savayı, o, 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Azərbaycanı təmsil edərkən 10 və ya daha çox qol vurmuş yeganə futbolçudur.[12]
Azərbaycan yığması üçün 25 dəfə meydana daxil olan ilk futbolçu Tərlan Əhmədovdur. O, 25-ci oyununu 2 aprel 1997-ci il tarixində, Finlandiyaya qarşı keçirmişdir, hansı ki, 2–1 məğlubiyyət ilə nəticələnmişdir.[13] Tərlan Əhmədov futbol karyerasını beynəlxalq 74 matçda meydana daxil olduqdan sonra sonlandırmışdır.[14] O, milli komandada ən çox oyun keçirmə rekordunu 2007-ci ilə qədər qoruyub saxlaya bilmişdir. Onun rekordunu qıran futbolçu futbol karyerasıa son qoymazdan əvvəl milli komandada 78 dəfə çıxış etmiş Aslan Kərimovdur.[15] Rəşad Sadıqov 2012-ci ilin sentyabr ayında bu rekordu qırmış, 2015-ci ilin oktyabr ayında isə Azərbaycan üçün 100-cü dəfə meydana daxil olmuşdur.[11]
Keçirilən oyunlar və vurulan qollar FIFA Dünya Kuboku, UEFA Avropa Çempionatı, onların təsnifat mərhələləri, eləcə də beynəlxalq yoldaşlıq turnirləri və oyunlarından təşkil olunmuşdur. Futbolçular keçirdikləri oyunların sayına görə sıralanmışdır. Keçirilən oyun sayları bir-birlərinə bərabərdirsə, əlifba sırası əsas götürülür. Statistika 25 mart 2019-cu il tarixində oynanılan matça əsasən yenilənmişdir.
Qeyd: Azərbaycan FIFA tərəfindən beynəlxalq səviyyədə matç kimi tanınmayan, ancaq AFFA tərəfindən belə tanınan üç oyun keçirmişdir. Keçirilən bu oyunlar aşağıda verilən siyahıya yerləşdirilməmiş, bu oyunda meydana çıxan futbolçular isə qeyd edilmişdir. Bu matçlar:
Legenda | |
---|---|
Milli komanda üçün hələ də aktivdir[a] | |
Keçirilən oyun sayı bərabər olan futbolçu | |
GK | Qapıçı |
DF | Müdafiəçi |
MF | Yarımmüdafiəçi |
FW | Hücumçu |
№ | Ad | Mövqe | Milli komanda karyerası |
Oyun | Qol | Qeydlər |
---|---|---|---|---|---|---|
1 | Rəşad Sadıqov* | DF | 2001–2017 | 110 | 5 | [b] |
2 | Kamran Ağayev* | GK | 2008–2018 | 79 | 0 | |
3 | Aslan Kərimov | DF | 1994–2008 | 78 | 0 | [c][b][d] |
4 | Mahir Şükürov* | DF | 2004–2014 | 76 | 4 | |
5 | Tərlan Əhmədov | DF | 1992–2005 | 73 | 0 | [b] |
6 | Mahmud Qurbanov | MF | 1994–2008 | 70 | 1 | [b] |
7 | Qurban Qurbanov | FW | 1992–2005 | 66 | 12 | [d][e] |
8 | Emin Ağayev | DF | 1992–2005 | 65 | 1 | |
9 | Vüqar Nadirov* | FW | 2004–2015 | 61 | 4 | |
10 | Rahid Əmirquliyev* | MF | 2007–2018 | 60 | 3 | |
11 | Vaqif Cavadov* | FW | 2006–2014 | 58 | 9 | |
12 | Ruslan Abışov* | DF | 2009–2018 | 56 | 4 | |
13 | Maksim Medvedev* | DF | 2009–2019 | 55 | 3 | |
14= | Aleksandr Çertoqanov* | MF | 2006–2012 | 54 | 0 | |
Cavid Hüseynov* | MF | 2008–2018 | 54 | 2 | ||
16 | Emin Quliyev | MF | 2000–2008 | 51 | 3 | [b] |
17 | Qara Qarayev* | MF | 2013–2019 | 50 | 0 | |
18 | Rauf Əliyev* | FW | 2010–2018 | 47 | 7 | |
19= | Samir Abbasov* | DF | 2004–2010 | 46 | 0 | |
Kamal Quliyev | MF | 2000–2005 | 46 | 0 | [b] | |
21 | Vyaçeslav Lıçkin | MF | 1995–2001 | 45 | 4 | |
22 | Emin İmaməliyev | MF | 2000–2007 | 44 | 0 | [b] |
23 | Arif Əsədov | DF | 1993–2002 | 43 | 0 | [d][e] |
24= | Əfran İsmayılov* | MF | 2010–2018 | 40 | 5 | |
Rail Məlikov* | DF | 2004–2011 | 40 | 0 | ||
Branimir Subaşiç* | FW | 2007–2013 | 40 | 7 | ||
Zaur Tağızadə | MF | 1997–2008 | 40 | 6 | ||
28= | Rasim Abuşev | MF | 1993–1999 | 39 | 3 | [d] |
Dimitri Nəzərov* | FW | 2014–2019 | 39 | 6 | ||
30 | Elnur Allahverdiyev* | DF | 2008–2014 | 38 | 0 | |
31= | Bədavi Hüseynov* | DF | 2012–2019 | 37 | 0 | |
Elvin Məmmədov* | MF | 2008–2017 | 37 | 7 | ||
33 | Vidadi Rzayev | MF | 1992–2001 | 35 | 5 | [e][d] |
34= | Samir Əliyev | FW | 1997–2007 | 34 | 4 | |
Yunis Hüseynov | FW | 1993–1998 | 34 | 4 | ||
Cahangir Həsənzadə | GK | 1998–2007 | 34 | 0 | ||
Vadim Vasilyev | FW | 1999–2004 | 34 | 2 | [b] | |
İlham Yadullayev | DF | 1998–2004 | 34 | 0 | [b] | |
39= | Araz Abdullayev* | MF | 2008–2019 | 33 | 3 | |
Fərrux İsmayılov | FW | 1998–2007 | 33 | 5 | ||
Dmitri Kramarenko | GK | 1992–2005 | 33 | 0 | ||
42 | Fərhad Vəliyev* | GK | 2006–2010 | 32 | 0 | |
43= | Elmar Baxşiyev | MF | 2004–2014 | 30 | 0 | |
İlqar Qurbanov* | DF | 2004–2018 | 30 | 1 | ||
45 | Ruslan Musayev | MF | 1997–2004 | 29 | 0 | [b] |
46= | Rüfət Quliyev | MF | 1997–2003 | 28 | 0 | |
Vladimir Levin* | DF | 2008–2013 | 28 | 0 | ||
Saşa Yunisoğlu | DF | 2007–2011 | 28 | 0 | ||
49 | Rəşad Sadiqov* | MF | 2010–2015 | 26 | 0 | |
50= | Aftandil Hacıyev | DF | 2000–2006 | 25 | 0 | |
Nadir Nəbiyev | FW | 2002–2006 | 25 | 3 | [b] | |
Ruslan Qurbanov* | FW | 2015–2018 | 25 | 1 |