Avroviziya 2010

2010 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2010; fr. Concours Eurovision de la chanson 2010) — sayca 55-ci Avroviziya Mahnı Müsabiqəsidir. Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə 2009 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2010-cu ildə Norveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Norveçin paytaxtı Oslo şəhərində Telenor Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2010-cu ilin 25 və 27 may, final isə 29 may tarixində baş tutmuşdur.

2010 Avroviziya Mahnı Müsabiqəsi
"Share The Moment"
"Anı Bölüş"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal 25 may 2010
II yarımfinal 27 may 2010
Final 29 may 2010
Aparıcı(lar) Erik Solbakken
Haddi N'ci
Nadya Hasnaui
Direktor Svante Stokselius
Kanal Norveç NRK
Keçirilən yer Telenor Arena
Oslo, Norveç
Qalib mahnı Almaniya Almaniya
"Satellite"
Seçki sistemi Hər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayarq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi
İştirakçıların sayı 39
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Gürcüstan Gürcüstan
İştirakdan imtina edən ölkələr Andorra Andorra
Çexiya Çexiya
Macarıstan Macarıstan
Monteneqro Monteneqro
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2009        2011 ►

Qlobal maliyyə böhranı 2010-cu ildə Avroviziyaya da öz təsirini göstərmişdir. Maliyyə çətinliklərini səbəb göstərərək, bir neçə ölkə müsabiqədə iştirak edə bilməyəcəklərini açıqlamışdır. Bu ölkələr Andorra, Çexiya, MacarıstanMonteneqro idi. Litvanın da ilk öncə Avroviziya 2010-da iştirak etməyəcəyi barədə açıqlama verilsə də, daha sonra ölkənin adı iştirakçılar siyahısına əlavə edilmişdir. 2009-cu ildə müsabiqəyə göndərdiyi mahnının siyasi xarakterli olması səbəbindən müsabiqədə iştirak etməyən Gürcüstan isə bir illik fasilədən sonra 2010-cu ildə Avroviziyaya geri dönmüşdür. 2010-cu ildə eyni zamanda 2010 FİFA Dünya Kubokuna ev sahibliyi edən Norveç maliyyə problemlərini də nəzərə alaraq Avroviziyanın hazırlıqları üçün nəzərdə tutulan məbləği müəyyən qədər azaltmışdır. Nəticədə müsabiqə üçün 17 milyon avro ayrılmışdır.

Ümumilikdə 39 ölkənin iştirak etdiyi Avroviziya 2010-da Almaniya təmsilçisi Lena Meyer-Landrut ifa etdiyi "Satellite" adlı mahnı ilə 246 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə 1982-ci ildə Nikolun təmsilində müsabiqədə qələbə qazanan Almaniyanın Avroviziyada ikinci qalibiyyəti idi.

2009-cu ildən yalnız final mərhələsində müsabiqə iştirakçılarına səs vermək hüququ qazanan münsiflər heyəti, 2010-cu ildən etibarən yarımfinallarda da səs verə bilmişdirlər. Avroviziya 2010 müsabiqəsinin hər iki yarımfinal və bir final mərhələsində təyin olunmuş münsiflər heyəti 50 faiz səs vermə hüququna malik oldular. Bu qaydanın yarımfinal mərhələsinə də aid edilməsi tamaşaçıların və media mənsublarının AYİ-ya çoxsaylı müraciətləri səbəb olub.[1]

Avropa Yayım İttifaqının (EBU) qərarına əsasən 2010-cu ildən artıq tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmamışdırlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin sms nömrəsinə səs göndərə bilmişdirlər.

Avroviziya müsabiqəsinin icraçı direktoru Svante Stokselius açıqlamasında yeni səsvermə qaydası daha məntiqli olduğunu bildirmişdir: "Düşünürük ki, ifanı dinləyə-dinləyə səs verə bilmək daha yaxşıdır. Bir çox milli seçimlərdə bu təcrübədən istifadə edilir və təcrübə göstərir ki, bu tip səsvermə daha uğurla həyata keçirilə bilər. Eyni zamanda yeni qayda səsvermə zamanı sistemin yüklənməsinin qarşısını alacaq".[2]

Müsabiqə büdcəsi

[redaktə | mənbəni redaktə et]

Müsabiqə büdcəsi Norveçin NRK televiziyası tərəfindən aparılan hesablamalar nəticəsində ortaya çıxıb. NRK-nın direktorunun sözlərinə görə, bir müddət əvvəl aparılan ilkin hesablamalarda müsabiqəyə 17 milyon avro (150 milyon kroun) sərf olunacağı proqnozlaşdırılsa da, bu rəqəm sonradan xeyli artıb: "Biz bu büdcəni Helsinkidə keçirilən müsabiqə əsasında hesablamışıq. Müsabiqə ərəfəsində bu büdcənin artacağı da istisna olunmur. "Eurovision" müsabiqəsinin keçiriləcəyi tarixlər Norveçin dövlət bayramları günlərinə düşür. Bu səbəbdən də həmin günlər işə çıxan işçilərə əlavə maaşlar verilməlidir. Bu da büdcənin artmasına zəmin yaradacaq". Telekanalın hesablamalarına görə, 2010 Avroviziya Mahnı Müsabiqəsinə sahiblik edəcək Norveç müsabiqədən 75 milyon Norveç krounu – 9 milyon avro gəlir əldə edəcək. Bu gəlir bilet satışı və Avropa Yayım İttifaqı tərəfindən Norveçə ayrılacaq 3,5 milyon avroluq qrant hesabına əldə olunacaq.[3][4]

Yarımfinallara bölünmə səbətləri

[redaktə | mənbəni redaktə et]

7 fevral 2010-cu il tarixində Avroviziya 2009-da iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən beşi; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və ev sahibi Norveç birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2010-cu ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr beş səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.

1-ci Səbət 2-ci Səbət 3-cü Səbət 4-cü Səbət 5-ci Səbət

İştirak edən ölkələr

[redaktə | mənbəni redaktə et]

39 ölkənin iştirak etdiyi Avroviziya 2010 otuz dörd ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on yeddi ölkə) və iyirmi beş ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) və ev sahibi Norveç müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

1-ci yarımfinal

[redaktə | mənbəni redaktə et]

25 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransaİspaniya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Moldova Moldova İngiliscə SunStroke ProjectOlia Tira "Run Away" Uzaqlara qaç 10 52
02 Rusiya Rusiya İngiliscə Pyotr Naliç və dostları "Lost and Forgotten" İtirilmiş və unudulmuş 7 85
03 Estoniya Estoniya İngiliscə Malcolm Lincoln "Siren" Siqnalizasiya 14 39
04 Slovakiya Slovakiya Slovakca Kristina Pelakova "Horehronie" - 16 24
05 Finlandiya Finlandiya Fincə Kuunkuiskaajat "Työlki ellää" Çalışaraq da qazana bilərsən 11 49
06 Latviya Latviya İngiliscə Aişa "What For?" Nə üçün? 17 11
07 Serbiya Serbiya Serbcə Milan Stankoviç "Ovo je Balkan" (Oво je Балкан) Bu Balkanlardır 5 106
08 Bosniya və Herseqovina Bosniya və Herseqovina İngiliscə Vukaşin Brayiç "Thunder and Lightning" İldırım və şimşək 8 80
09 Polşa Polşa İngiliscə, Polyakca Marçin Mrozinski "Legenda" Əfsanə 13 44
10 Belçika Belçika İngiliscə Tom Days "Me and My Guitar" Mən və mənim gitaram 1 167
11 Malta Malta İngiliscə Tea Qarrett "My Dream" Mənim arzum 12 45
12 Albaniya Albaniya İngiliscə Yuliana Paşa "It's All About You" Hər şey sənin haqqındadır 6 96
13 Yunanıstan Yunanıstan Yunanca Qiorqos Alkayos və dostları "OPA" (ΩΠΑ) - 2 133
14 Portuqaliya Portuqaliya Portuqalca Filipa Azevedo "Há dias assim" Belə günlər 4 115
15 Şimali Makedoniya Makedoniya Makedonca Qyoko Taneski və Billi Zver "Jas ja imam silata" (Јас ја имам силата) Mənim güclərim var 15 37
16 Belarus Belarus İngiliscə 3+2 və Robert Uells "Butterflies" Kəpənəklər 9 59
17 İslandiya İslandiya İngiliscə, Fransızca Hera Byork "Je ne sais quoi" Mən bilmirəm 3 123

2-ci yarımfinal

[redaktə | mənbəni redaktə et]

27 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya və ev sahibi Norveç səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Litva Litva İngiliscə InCulto "Eastern European Funk" Şərqi Avropa musiqisi 12 44
02 Ermənistan Ermənistan İngiliscə Eva Rivas "Apricot Stone" Qaysı dənəsi 6 83
03 İsrail İsrail İvritcə Harel Skaat "Milim" (מילים) Sözlər 8 71
04 Danimarka Danimarka İngiliscə Şani və N'evergreen "In a Moment Like This" Belə bir anda 5 101
05 İsveçrə İsveçrə Fransızca Mixael fon der Heyde "Il pleut de l'or" Qızıl yağış yağır 17 2
06 İsveç İsveç İngiliscə Anna Bergendahl "This Is My Life" Bu mənim həyatımdır 11 62
07 Azərbaycan Azərbaycan İngiliscə Safura Əlizadə "Drip Drop" Damcı düşməsi 2 113
08 Ukrayna Ukrayna İngiliscə Alyoşa "Sweet People" Şirin insanlar 7 77
09 Niderland Niderland Niderlandca Sieneke "Ik ben verliefd (Sha-la-lie)" Mən vurulmuşam 14 29
10 Rumıniya Rumıniya İngiliscə Paula SelinqOvi "Playing with Fire" Odla oyun 4 104
11 Sloveniya Sloveniya Slovencə Ansambel Žlindra və Kalamari "Narodnozabavni rock" Xalq Roku 16 6
12 İrlandiya İrlandiya İngiliscə Niv Kavana "It's for You" Bu sənin üçündür 9 67
13 Bolqarıstan Bolqarıstan Bolqarca, İngiliscə Miro "Angel si ti" (Ангел си ти) Sən mələksən 15 19
14 Kipr Kipr İngiliscə Con Liliqrin və The Islanders "Life Looks Better in Spring" Həyat yazda daha yaxşı görünür 10 67
15 Xorvatiya Xorvatiya Xorvatca Feminnem "Lako je sve" Hər şey asandır 13 33
16 Gürcüstan Gürcüstan İngiliscə Sofo Nijaradze "Shine" Parla 3 106
17 Türkiyə Türkiyə İngiliscə MaNga "We Could Be The Same" Eyni ola bilərdik 1 118
Müsabiqənin qalibi Lena Oslo səhnəsində

Finalçılar:

  • "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya);
  • Ev sahibi ölkə (Norveç);
  • Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

29 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Almaniya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Azərbaycan Azərbaycan İngiliscə Safura Əlizadə "Drip Drop" Damcı düşməsi 5 145
02 İspaniya İspaniya İspanca Daniel Dixes "Algo Pequeñito" Balaca bir şey 15 68
03 Norveç Norveç (ev sahibi-ölkə) İngiliscə Didrik Solli-Tangen "My Heart Is Yours" Mənim Ürəyim Sizindir 20 35
04 Moldova Moldova İngiliscə SunStroke ProjectOlia Tira "Run Away" Uzaqlara qaç 22 27
05 Kipr Kipr İngiliscə Con Liliqrin və The Islanders "Life Looks Better in Spring" Həyat yazda daha yaxşı görünür 21 27
06 Bosniya və Herseqovina Bosniya və Herseqovina İngiliscə Vukaşin Brayiç "Thunder and Lightning" İldırım və şimşək 17 51
07 Belçika Belçika İngiliscə Tom Days "Me and My Guitar" Mən və mənim gitaram 6 143
08 Serbiya Serbiya Serbcə Milan Stankoviç "Ovo je Balkan" (Oво je Балкан) Bu Balkanlardır 13 72
09 Belarus Belarus İngiliscə 3+2 və Robert Uells "Butterflies" Kəpənəklər 24 18
10 İrlandiya İrlandiya İngiliscə Niv Kavana "It's for You" Bu sənin üçündür 23 25
11 Yunanıstan Yunanıstan Yunanca Qiorqos Alkayos və dostları "OPA" (ΩΠΑ) - 8 140
12 Böyük Britaniya Böyük Britaniya İngiliscə Coş Dubovi "That Sounds Good to Me" Bu səs mənə yaxşı gəlir 25 10
13 Gürcüstan Gürcüstan İngiliscə Sofo Nijaradze "Shine" Parla 9 136
14 Türkiyə Türkiyə İngiliscə MaNga "We Could Be The Same" Eyni ola bilərdik 2 170
15 Albaniya Albaniya İngiliscə Yuliana Paşa "It's All About You" Hər şey sənin haqqındadır 16 62
16 İslandiya İslandiya İngiliscə, Fransızca Hera Byork "Je ne sais quoi" Mən bilmirəm 19 41
17 Ukrayna Ukrayna İngiliscə Alyoşa "Sweet People" Şirin insanlar 10 108
18 Fransa Fransa Fransızca Jessy Matador "Allez! Ola! Olé" - 12 82
19 Rumıniya Rumıniya İngiliscə Paula SelinqOvi "Playing with Fire" Odla oyun 3 162
20 Rusiya Rusiya İngiliscə Pyotr Naliç və dostları "Lost and Forgotten" İtirilmiş və unudulmuş 11 90
21 Ermənistan Ermənistan İngiliscə Eva Rivas "Apricot Stone" Qaysı dənəsi 7 141
22 Almaniya Almaniya İngiliscə Lena Meyer-Landrut "Satellite" Peyk 1 246
23 Portuqaliya Portuqaliya Portuqalca Filipa Azevedo "Há dias assim" Belə günlər 18 43
24 İsrail İsrail İvritcə Harel Skaat "Milim" (מילים) Sözlər 14 71
25 Danimarka Danimarka İngiliscə Şani və N'evergreen "In a Moment Like This" Belə bir anda 4 149

1-ci yarımfinal

[redaktə | mənbəni redaktə et]
Səsvermə nəticələri
Cəmi Moldova Rusiya Estoniya Slovakiya Finlandiya Latviya Serbiya Bosniya və Herseqovina Polşa Belçika Malta Albaniya Yunanıstan Portuqaliya Şimali Makedoniya Belarus İslandiya Fransa Almaniya İspaniya
Moldova 52 5 1 2 7 4 8 7 10 3 5
Rusiya 74 12 12 3 10 4 2 8 5 1 3 1 12 1
Estoniya 39 12 12 1 5 1 1 4 1 2
Slovakiya 24 2 6 5 1 5 5
Finlandiya 49 3 10 2 6 1 7 2 7 6 3 2
Latviya 11 6 5
Serbiya 79 3 4 1 6 3 12 3 3 7 2 10 3 12 4 6
Bosniya və Herseqovina 59 1 2 5 12 6 3 7 5 8 4 6
Polşa 44 2 6 4 6 6 3 7 7 3
Belçika 167 6 10 8 10 10 8 7 4 12 12 4 10 12 4 8 12 10 12 8
Malta 45 3 12 1 1 6 2 2 3 6 2 4 2 1
Albaniya 76 4 2 7 4 8 6 12 12 10 2 5 4
Yunanıstan 133 7 7 2 8 8 10 8 7 10 8 10 10 3 5 8 4 8 10
Portuqaliya 89 5 5 4 6 7 5 3 2 4 4 5 2 7 8 10 12
Makedoniya 37 4 1 1 8 10 12 1
Belarus 59 8 12 4 3 5 3 5 6 7 5 1
İslandiya 123 10 8 7 7 7 2 3 10 12 10 8 8 6 1 6 5 6 7

2-ci yarımfinal

[redaktə | mənbəni redaktə et]
Səsvermə nəticələri
Cəmi Litva Ermənistan İsrail Danimarka İsveçrə İsveç Azərbaycan Ukrayna Niderland Rumıniya Sloveniya İrlandiya Bolqarıstan Kipr Xorvatiya Gürcüstan Türkiyə Norveç Böyük Britaniya
Litva 44 2 1 4 2 12 2 1 8 5 7
Ermənistan 83 1 12 3 5 8 10 10 8 12 10 4
İsrail 71 8 8 7 6 12 3 5 1 4 5 7 5
Danimarka 101 5 5 7 5 12 6 5 4 12 10 4 2 3 4 3 6 8
İsveçrə 2 2
İsveç 62 3 3 12 10 2 6 1 5 1 2 2 12 3
Azərbaycan 113 2 5 5 6 3 12 1 8 8 10 7 10 10 12 12 2
Ukrayna 77 10 10 2 3 8 2 5 1 2 6 6 6 7 3 4 2
Niderland 29 4 4 2 1 6 3 1 5 3
Rumıniya 104 6 4 8 8 4 7 5 3 3 4 6 4 8 4 8 10 12
Sloveniya 6 1 5
İrlandiya 67 7 1 3 6 12 4 8 4 2 3 1 6 10
Bolqarıstan 19 1 5 7 6
Kipr 67 4 6 10 7 6 3 4 6 5 12 4
Xorvatiya 33 7 2 7 1 12 1 3
Gürcüstan 106 12 12 6 1 2 10 7 5 2 7 7 10 7 7 10 1
Türkiyə 118 8 10 8 10 12 10 7 7 3 8 12 8 6 1 8
Səsvermə nəticələri
Cəmi Rumıniya İrlandiya Almaniya Serbiya Albaniya Türkiyə Xorvatiya Polşa Bosniya və Herseqovina Finlandiya Sloveniya Estoniya Rusiya Portuqaliya Azərbaycan Yunanıstan İslandiya Danimarka Fransa İspaniya Slovakiya Bolqarıstan Ukrayna Latviya Malta Norveç Kipr Litva Belarus İsveçrə Belçika Böyük Britaniya Niderland İsrail Şimali Makedoniya Moldova Gürcüstan İsveç Ermənistan
Azərbaycan 145 3 12 8 7 8 1 4 2 7 12 12 2 12 7 10 6 2 5 7 3 7 8
İspaniya 68 2 7 4 5 4 12 2 4 5 8 1 1 4 2 7
Norveç 35 2 7 3 5 3 3 6 4 2
Moldova 27 10 6 6 4 1
Kipr 27 4 12 1 2 4 1 3
Bosniya və Herseqovina 51 12 6 8 10 4 5 6
Belçika 143 4 10 12 5 10 6 3 5 5 6 10 10 7 10 1 4 10 3 7 7 6 2
Serbiya 72 5 3 8 12 8 10 1 10 1 7 7
Belarus 18 2 1 3 12
İrlandiya 25 2 1 1 2 6 7 6
Yunanıstan 140 7 8 10 12 3 1 6 7 8 8 4 5 5 5 7 12 12 12 3 2 3
Böyük Britaniya 10 4 1 2 3
Gürcüstan 136 5 5 7 4 4 1 8 10 8 5 2 1 6 7 1 5 12 7 1 4 5 5 5 6 12
Türkiyə 170 8 1 10 3 8 12 10 3 2 6 12 6 12 3 10 8 2 4 3 3 6 10 8 10 5 5
Albaniya 62 1 1 7 5 2 5 10 7 8 3 1 12
İslandiya 41 4 5 4 3 3 6 6 2 8
Ukrayna 108 5 7 1 3 7 10 2 7 7 6 6 10 5 7 2 8 7 8
Fransa 82 6 3 4 3 3 8 3 1 7 8 6 7 2 2 4 3 2 3 1 6
Rumıniya 162 7 6 5 2 6 2 7 3 10 7 4 5 8 10 1 2 3 5 10 8 2 1 4 8 5 8 12 10 1
Rusiya 90 4 10 2 3 6 10 8 5 12 10 10 10
Ermənistan 141 6 7 1 6 5 12 7 6 8 4 8 6 1 7 5 7 12 12 4 6 10 1
Almaniya 246 3 8 8 10 10 6 7 8 12 10 12 6 1 1 2 3 12 3 12 12 3 5 12 4 12 4 10 12 10 4 4 8 12
Portuqaliya 43 6 2 1 4 8 6 6 1 5 4
İsrail 71 4 1 10 6 5 1 8 3 5 2 8 3 10 1 4
Danimarka 149 12 12 2 2 12 2 12 5 1 4 4 12 4 7 10 8 8 3 2 6 2 4 2 8 5
N. Ölkəyə Səs verən ölkələr
9 Almaniya Almaniya Danimarka Danimarka, Estoniya Estoniya, Finlandiya Finlandiya, İspaniya İspaniya, İsveç İsveç, İsveçrə İsveçrə, Latviya Latviya, Norveç Norveç, Slovakiya Slovakiya
5 Danimarka Danimarka İrlandiya İrlandiya, İslandiya İslandiya, Polşa Polşa, Rumıniya Rumıniya, Sloveniya Sloveniya
4 Azərbaycan Azərbaycan Bolqarıstan Bolqarıstan, Malta Malta, Türkiyə Türkiyə, Ukrayna Ukrayna
Yunanıstan Yunanıstan Albaniya Albaniya, Belçika Belçika, {{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}, Kipr Kipr

3 Ermənistan Ermənistan İsrail İsrail, Niderland Niderland, Rusiya Rusiya
Türkiyə Türkiyə Azərbaycan Azərbaycan, Fransa Fransa, Xorvatiya Xorvatiya
2 Gürcüstan Gürcüstan Ermənistan Ermənistan, Litva Litva
1 Albaniya Albaniya Şimali Makedoniya Şimali Makedoniya
Belçika Belçika Almaniya Almaniya
Belarus Belarus Gürcüstan Gürcüstan
Bosniya və Herseqovina Bosniya və Herseqovina Serbiya Serbiya
İspaniya İspaniya Portuqaliya Portuqaliya
Kipr Kipr Yunanıstan Yunanıstan
Rumıniya Rumıniya Moldova Moldova
Rusiya Rusiya Belarus Belarus
Serbiya Serbiya Bosniya və Herseqovina Bosniya və Herseqovina

Yenidən iştirak edən müğənnilər

[redaktə | mənbəni redaktə et]
Müğənni Ölkə Əvvəlki il(lər)
Niv Kavana İrlandiya İrlandiya 1993
Feminnem Xorvatiya Xorvatiya 2005 (Bosniya və Herseqovina)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]