Xəzər Humanitar və Sosial Elmlər Jurnalı — Bakıda, Xəzər Universitetində nəşr edilən, Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır.
"Xəzər Humanitar və Sosial Elmlər Jurnalı", humanitar, sosial, ictimai siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. Eyni zamanda jurnal konfrans, simpozium kimi tədbirlər və kitab şərhlərinə də yer verir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır.
"Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Web of Science (Thomson Reuters/Clarivate Analytics) bazası tərəfindən indeksləşdirilmişdir (bu mənada Humanitar və Spposial elmlər sahəsində Azərbaycanda tək elmi jurnaldır). Jurnal həmçinin Scirus (Elsevier), DuraSpace, DOAJ, İnfoseek, IndexCopernicus, Genamics və s. kimi çocsaylı nüfuzlu elmi bazalar tərəfindən indeksləşdirilir və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur.
"Xəzər Humanitar və Sosial Elmlər Jurnalı 1998-ci ildən ildə 4 dəfə, "Azərbaycan Araşdırmaları Jurnalı" adı altında çap olunan jurnalın davamıdır. 2011-ci ilin birinci nömrəsindən başlayaraq,yeni ad altında çap olunan bu nəşr tarix, siyasət, beynəlxalq münasibətlər, təhsil, mədəniyyət, fəlsəfə, dil və ədəbiyyat, iqtisadiyyat və hüquq sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır.
Təqdim olunan məqalələr ilk növbədə redaksiya heyətinin ciddi nəzarətindən keçirilir və rəyə göndərilir. Çapına icazə verilən material kağız versiyasından başqa, elektron versiyası şəklində jurnalın veb-ünvanında yerləşdirilir.
Təsisçisi və baş redaktoru Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır. Redaksiya heyətinə görkəmli müvafiq sahələr üzrə Azərbaycan və xarici tədqiqatçılar, alimlər və elm xadimləri daxildir.
Baş redaktor: Hamlet İsaxanlı
Redaksiya heyəti
"Xəzər Humanitar və Sosial Elmlər Jurnalı " məzmununa görə elmi- tədqiqat nəşr kimi fəaliyyət göstərir. Jurnal əsasən ingilis dilində elmi məqalələr dərc edir.
""Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Xəzər Universitəsi Nəşriyyatının məhsuludur və Xəzər Universitetinin mətbəəsində çap olunur. Jurnal abunə və pərakəndə satış vasitəsilə yayılır.