Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsi - Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsi
Mühəndislik və Tətbiqi Elmlər fakültəsi | |
---|---|
Xəzər Universiteti | |
Yaradılma tarixi | 1993 |
Dekan | Dr.Hassan Niknafs |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Ünvan | Məhsəti küç. 11, AZ1096 |
Digər məlumatlar | |
Sayt | www.khazar.org |
Azərbaycanın indiki inkişaf səviyyəsinə əsasən mövcud elm tutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlanması, yüksək biliyə malik müəllimlərin yetişdirilməsini nəzərə alaraq, 1 fevral 2019-cu il tarixindən Təbiət elmləri və Mühəndislik fakültəsi, Mühəndislik və Tətbiqi elmlər fakültəsinin əsasında yaradılmışdır.
Mühəndislik və Tətbiqi elmlər fakültəsi 1991-ci ildə Xəzər Universiteti yarandığı vaxtdan fəaliyyətə başlamışdır. Fakültə öz fəaliyyəti dövründə müxtəlif mühəndislik ixtisasları üzrə mütəxəssislər hazırlamış və mövcud beynəlxalq standartlara uyğun tədris proqramları, dərslərinin hazırlanıb təqdim edilməsindəki keyfiyyət ilə həm ölkədə, həm də xaricdə nüfuz qazanmışdır. Hal-hazırda fakültə ali təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edir.
Fakültənin professional akademik heyəti öz analitik bacarıq, yaradıcılıq və elmi tədqiqatlarından istifadə edərək, gələcəyin mühəndislərinin daha yaxşı bir dünya yaratmaları üçün onları istiqamətləndirir.
Mühəndislik və Tətbiqi Elmlər fakültəsi aşağıdakı ixtisaslar üzrə bakalavr (BS), magistr (MS) və doktor (PhD) dərəcələri üzrə mütəxəssislər hazırlayır:
1. Neft-qаz mühəndisliyi (BS, MS, PhD)
2. Kompüter mühəndisliyi (BS, MS, PhD)
3. Kompüter elmləri (BS, MS, PhD)
4. İnşaat mühəndisliyi (BS)
5. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi (BS, MS)
6. Mexanika mühəndisliyi (BS)
7. Kimya mühəndisliyi (BS)
8. Dizayn (BS)
9. Bioloji-tibbi mühəndislik (BS, MS)
10. Analiz və funksional analiz (PhD)
11. Diferensial tənliklər (PhD)
12. Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (PhD)
Həyat Elmləri departamenti 2019-cu ilin fevral ayından Bioloji Elmlər departamentinin əsasında yaradılaraq Təhsil fakültəsinin tərkibindən Mühəndislik və Təbiət Elmləri fakültəsinin tərkibinə daxil edilmişdir. Bioloji Elmlər departamenti isə öz növbəsində ilk dəfə Tibb fakültəsinin tərkibində 1992-ci ildə yaradılmış və 2010-cu ildən Bioloji Elmlər departamenti qeyd edilən fakültədən ayrılaraq Təhsil fakültəsinin tərkibinə daxil edilmişdi.Həyat elmləri elmin çox maraqlı bir sahəsidir. Bizim departament yalnız yüksək keyfiyyətli tədris və mükəmməl təhsilin elmli və təhsilli ictimaiyyəti inkişaf etdirə və tənqidi düşünən vətəndaşlar yarada biləcəyini nəzərdə tutur. Bununla məzunlar gələcək nəsillərin əhəmiyyətli uğurlar qazanmasında elmin, xüsusilə biologiyanın vacib rolunu başa düşəcəklər.
Kompüter Elmləri və Kompüter Mühəndisliyi departamenti Kompüter Elmləri və Kompüter Mühəndisliyi üzrə çevik bakalavr, magistr və PhD proqramları təklif edir.
Kompüter Elmləri və Kompüter Mühəndisliyi departamenti Riyaziyyat departamentinin əməkdaşlığı ilə 2009-cu ildən Riyaziyyat və Kompüter Təhsili bakalavr proqramına başlamışdır.
Departamentin strategiyası əla təhsil və elmi-tədqiqat potensialı ilə yüksək standartlara nail olmaqdır.
Kompüter Elmləri departamenti Kompüter Elmləri və Kompüter Mühəndisliyi sahəsində elastik və innovativ bakalavr, magistratura və fəlsəfə doktorluğu pillələri üzrə proqram təklif edir.
Departamentin əsas məqsədi kompüterlərin nəzəriyyə və prinsiplərini komputer sistemlərinin layihələndirilməsi, yaradılması, qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün müasir komputer vasitələrindən istifadə edilməsi təcrübəsi ilə birləşdirən kurrikulum təmin etməkdir.
Departament iki bölmədən (istiqamətdən) ibarətdir:
Fizika və Elektronika departamenti 2010-cu ildə yaradılmışdır. Tədris tələbələr üçün uyğun ixtisas təhsilini təmin etmək üçün nəzərdə tutulmuşdur. Əsas elmi kursları başa vurduqdan sonra, tələbələrə sırf ixtisas kursları təklif olunur. Praktiki təcrübə dərəcəsi tələb olunur və müvafiq olaraq, tələbələrdən yay təcrübəsi keçmək tələb olunur. Seçmə fənlər tələbələrin spesifik sahələrdə öz biliklərini inkişaf etdirmək üçün imkan yaradır.
İnşaat mühəndisliyi depatamenti inşaat mühəndisliyi sahəsində hərtərəfli və əhatəli ali təhsil verir. Departament əsasən şəhərlər, binalar və sənaye məhsullarından ibarət olan təbii və süni sistemlərin öyrənilməsi ilə məşğul olur.
Neft və Qaz Mühəndisliyi Departamenti 1991-ci ildə yaradılmışdır. Аzərbаycаn çох zəngin və qədim tаriхi ənənələrə mаlik böyük nеft sənаyеsi оlаn ölkədir. Departamentin yaradılmasında əsas məqsəd neft və qaz resurslarına olan təlabatın artması və həmin resursların axtarışı və mənimsənilməsini daha effektiv və səmərəli həyata keçirmək üçün neft sənayesini müasir və yüksək ixtisaslı mühəndis kadrlarla təmin etməkdir. Departamentin əsas vəzifəsi - neft və qaz yataqlarının axtarışı, qazılması, işlənməsi və istismarında innovativ texnologiyaları tətbiq edə bilən, öz bilik və bacarıqlarını effektiv istifadə edə bilən yüksək ixtisaslı peşəkar neft mühəndisləri hazırlamaqdır.
Departamentin tədqiqat maraqları aşağıdakı sahələrlə bağlıdır:
Departamentin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri əsasən yeni və səmərəli səthi-aktiv reagentlərin alınması, öyrənilməsi və tətbiqi üzrə (xüsusilə neft sənayesində) araşdırmaların aparılmasıdır. Bu reagentlər əsasən tərkibində mütəhərrik hidrogen atomu olan ekoloji zərərsiz xammal növlərinin və geniş sənaye istehsalı olan heterotsiklik birləşmələrin iştirakı ilə alınır. Yüksəkmolekullu səthi-aktiv maddələr doymamış alifatik karbon turşuları, heterotsiklik birləşmələr və (qeyri)üzvi əsaslardan sintez olunur. Bu səthi-aktiv maddələrin nəzərdə tutulan tətbiq sahələri neftin yeraltı laylardan çıxarılma dərəcəsinin yüksəldilməsi, neft quyularının qazılması zamanı su axınlarının izolyasiyası, qazıma məhlullarının fiziki-kimyəvi göstəricilərinin yüksəldilməsi və digərləridir.
Mexanika mühəndisliyi, kiçik hissələrdən və cihazlardan (məslən, mikroölçülü sensorlar, mürəkkəb-şırnaqlı çap qurğusu ucluqları) böyük sistemlərə qədər (məsələn, kosmik gəmi, maşın alətləri) hər şeyi layihələndirən və istehsal edən bir sahədir. Mühəndis-mexanikin rolu hər hansı məhsulu ideyadan reallığa çevirməkdir. Bunu həyata keçirmək üçün birçox bacarıq tələb olunur. Bu səbəbdən mühəndis-mexanik xüsusi bacarılar və bilik əldə etməlidir. Bir məhsulu funksional, estetik və məruz qalacağı qüvvələrə və termal mühitə davamlı şəkildə layihələndirmək, onun istehsalının ən yaxşı yolunu müəyyən etmək və qüsursuz işləməsindən əmin olmaq üçün mühəndis-mexaniklərə, bu məhsulun, onun hissələrinin yaxud alt sistemlərinin qarşılaşacağı qüvvələri və termal mühiti başa düşmələri vacibdir. Bəlkə də, mühəndis-mexaniklərin xüsusi malik olduqları bacarıq hərəkətli obyektlərin və sistemlərin təhlil və layihələndirilməsi qabiliyyətidir.
Riyaziyyat Departamenti 1 oktyabr 1993-cü ildə təsis edilmişdir. Departament riyaziyyat və tətbiqi riyaziyyat sahəsində Magistratura və Doktorantura pilləsində təhsil almağa imkan verən proqramlar təklif edir.
Departamentin riyaziyyat sahəsində öz maraqlarını digər istiqamətlərlə birləşdirmək istəyən tələbələr üçün riyaziyyat çərçivəsində bir sıra departamentlərasrası proqramları mövcuddur.
Departament Xəzər Universitetinin bütün fakültələrində pre-calculus, ümumi və ali riyaziyyat, diferensial tənliklər, xətti və tətbiqi cəbr, əməliyyatlar tədqiqi, ümumi statistika, habelə biostatistika və biznes statistikası, iqtisadiyyat və biznes riyaziyyatı və s. kurslarını tədris edir.
Departament 2009-cu ildən riyaziyyat və kompüter təhsili sahəsində bakalavr proqramları təklif edir. Riyaziyyat və kompüter təhsilinin bakalavr dərəcəsi proqramı Riyaziyyat Departamenti və Kompüter Elmləri Departamenti tərəfindən birgə təklif olunan bir departamentlərarası proqramdır.
Bütün proqramları və kurs işləri riyazi elmlərin nəzəri və tətbiqi sahələrində istiqamətlər spektrni özündə geniş əks etdirir. Mövzu baxımından oxşar, lakin səviyyəsi müxtəlif olan kurslar seçiminə imkan yaradılır.
Riyaziyyat fakültəsinin cari tədqiqat sahələrinə daxildir: funksional analiz, operatorlar nəzəriyyəsi, adi və xüsusi törəməli diferensial tənliklər, riyazi fizika, cəbr, riyazi iqtisadiyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika. Bu sahələrə əlavə olaraq, kurs işləri riyazi optimallaşdırma və əməliyyat tədqiqatı, həqiqi və kompleks analiz, ədədi üsullar, riyaziyyatın tarixi və fəlsəfəsinə həsr olunur. Xəzər Universiteti Nəşriyyatı tərəfindən nəşr olunan Khazar Journal of Mathematics jurnalının mənzil qərargahı Riyaziyyat Departamentidir. Departamentdə təşkil olunan seminarlarda müəllim və tələbələrin müxtəlif mövzulara həsr olunmuş ən son elmi nəticələri məruzə olunur.
Ətraf Mühit Elmləri sahəsində əsas tədqiqatların həyata keçirilməsi üçün Ətraf Mühit Araşdırmaları Mərkəzi (ERCKU) 2007-ci ildə yaradılıb. ERCKU yarandığı gündən etibarən Təhsil və Ətraf Mühit Elmləri sahəsində fəal araşdırma aparır. 2010-cu ildə Xəzər Universitetində yeni Tarix və Coğrafiya ixtisasına əlavə olaraq yeni ixtisaslar geniş palitrası açılmışdır. Bu ixtisanın əsas tələblərinə cavab vermək üçün GEN qurulub. GEN'in məktəbə nisbətən yeni bir olmasına baxmayaraq, şöbənin heyəti uzun illər birləşmiş peşə təcrübəsi ilə uzun müddətli tədqiqat və təhsil təcrübəsinə malikdir.
Coğrafiya və ətraf mühit şöbəsi yaxınlarda yeni bir Coğrafiya tədris proqramını təqdim etdi. Bu kurikulum son standartlara əsaslanır və işəgötürənlərin tələblərini əks etdirir.
Fakültə müxtəlif əməkdaşlıq proqramları ilə dünyanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq edir, o cümlədən: BP neft şirkətinin dəstəyi ilə Heriot-Watt Universiteti (Edinburq, Şotlandiya) ilə əməkdaşlıq proqramı müəllim mübadiləsini, müxtəlif treyninqləri, neft mühəndisliyi ixtisası üzrə maqistr hazırlığı proqramlarını əhatə edir; StatoilHydro şirkətinin dəstəyi ilə Norveçin Bergen və Stavanger Universitetləri ilə əməkdaşlıq proqramı tələbə-müəllim mübadiləsi, elmi-tədqiqatlarda əməkdaşlıq və bu universitetlər arasında ikili dərəcə proqramlarını nəzərdə tutur; Xəzər Universiteti və Asiya Texnologiya İnstitutu akademik və elmi fəaliyyət, tələbə mübadiləsi, vahid bakalavr-maqistr və ikili dərəcə proqramlarını həyata keçirmək üzərində çalışırlar. Xəzər Universiteti 23 Avropa ali məktəbindən ibarət konsorsiumun üzvü kimi hal-hazırda elektronika və bio-tibbi mühəndislik ixtisasları üzrə kadr hazırlığına başlamaq üçün fəaliyyətdədir.