Benedikt Spinoza

Benedikt Spinoza (əsl adı Barux Spinoza — ivritdəברוך שפינוזה; sonralar latınca Spinoza, Benedictus Baruch; 24 noyabr 1632[1][2][…], Amsterdam, Yeddi Birləşmiş Əyalət Respublikası[3][4]21 fevral 1677[1][2][…], Haaqa, Yeddi Birləşmiş Əyalət Respublikası[3][4]) — yəhudi əsilli niderland filosofu, yeni dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri, rasionalist, panteist.

Benedikt Spinoza
ivr.בָּרוּךְ שְׂפִּינוֹזָה‏‎
lat. Benedictus de Spinoza
port. Benedito de Espinosa
Doğum tarixi 24 noyabr 1632(1632-11-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 fevral 1677(1677-02-21)[1][2][…] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dövr XVII əsr fəlsəfəsi
İstiqaməti Rasionalizm, Avropa fəlsəfəsi
Əsas maraqları fəlsəfə, etika, epistemologiya, metafizika
Təsirlənib Rene Dekart, Parmenid, Maymonid, Ksenofan, Nikkolo Makiavelli, Cordano Bruno, Frensis Bekon, Tomas Hobbs, İbn Rüşd, Demokrit, Epikür, Tit Lukretsi Kar, İbn Sina, Platon, Aristotel
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Avropalı sufi" Benedikt Spinoza (1632–1677), Amsterdamda varlı yəhudi tacirinin ailəsində dünyaya göz açmışdır. Ordakı yəhudi icmasının nüfuzlu üzvlərindən olan ailənin bu fərdində kiçik yaşlarda etibarən kəskin zəkanı sezən icma nümayəndələri, onun gələcəkdə ravvin olmağına ümid edirdi. Elə o da, ilk təhsilini bu yöndə alır. Lakin atasının onun haqqındakı planları -atası onun özü kimi tacir olmağını istəyirdi — təhsilini yarımçıq qoymağına səbəb olur. Lakin Spinoza ruhdan düşmür, sərbəst şəkildə riyaziyyatı, tibbi, latın dilini öyrənir və antik klassiklərin əsərləri ilə tanış olur.

Atasının vəfatından sonra onun vəziyyəti pisləşir, əvvəlki inanclarını sorğulamağa başlayır. Hətta iş o yerə çatır ki, icma onun "əhdi-ətiq" təfsirinin küfri ifadələr ehtiva etdiyinə fitva verir və onu icmadan qovurlar (1656). Elə həmin il o, Amsterdamdan Haaqaya gəlir, burda öz güzəranını mikroskop və eynəklər üçün hazırlanan linzaları cilalamaqla təmin edir. Bununla yanaşı, ilk fəlsəfi-elmi əsrlərini də məhz bu dövrdə yaratmağa başlayır. Bu əsərlər elə ilk andan etibarən güclü təsir bağışlayır; hətta onu Heydelberq Universitetinə müəllim olaraq çağırırlar. Lakin o həyatı boyunca heç kimdən asılı olmaq istəmirdi; elə bu səbəbdən də bu təklifi rədd edir. "Tanrı, insan və onun xoşbəxtliyinə dair", "Ağılın təkamülü haqqında traktat", "Siyasi traktat", "Etika" və s. onun əsas əsərləridir.

Fəlsəfəsinin əsası

[redaktə | mənbəni redaktə et]

Spinoza fəlsəfəsinin xaraktertik xüsusiyyəti, fəlsəfəni səhih təməllər üzərində inşa etməkdir. Bu səbəbdən də riyaziyyatı özünə model olaraq seçir. O dövrdə (elə indi də) ciddi və dəqiq isbatlar riyaziyyata məxsus idi. "Etika" da məhz belə ərsəyə gətirilib.

Spinozada fəlsəfənin əsasını substansiya təşkil edir. Substansiya dedikdə nəzərdə tutulan, vahid, daimi və sonsuz təbiətdir. O öz-özünün səbəbidir.

Onun insanın idrak qabiliyyəti haqdakı təlimi də oluqca maraqlıdır. Ona görə insan idrakı üç mərtəbədən ibarətdir. Birinci, nəsnəni qeyri-adekvat əks etdirən, çox vaxt tərəddüd yaradan, lakin həqiqətin zərrəciklərindən ibarət olan hissi (sensual) idrakdır. İkinci, anlamaqdır, istinad nöqtəsi mühakimə və ağıldır. Bu mərtəbə — öz dili ilə desək — "həqiqətin etibarlı mənbəyidir". Üçüncü mərtəbə isə intuisiyadır (sezgi, bəsirət). Bu, "etibarlı (…) biliyin təməlidir". Bu yolla alınan həqiqət daha aydın olur.

Spinoza fəlsəfəsində ən orijinal mövzu isə, "amor intellectualis dei"dir. Yəni, Tanrıya qarşı intellektual sevgi. Filosof israrla vurğulayır ki, "insan Tanrını zəkası ilə sevməlidir". Təmiz intellektual münasibətdə həyəcan və qorxu yox olur. İnsanın ruhu, sakit və məmnun qalır. "Yalnız intellektual-mənəvi gərginlik sayəsində, insan həqiqi xoşbəxtliyə vasil ola bilər, (…) həyatda baş verən hadisələrə əbədilik nöqteyi nəzərindən baxmağa öyrəşər, əşya və hadisələrin dərin qarşılıqlı əlaqəsini öyrənər (…), belə olan halda, insanda Tanrıya qarşı intellektual sevgi yaranır". Bu "Rəbbin, insanı təltif etməsidir".

Karl Yaspersin, bu haqdakı şərhi də çox maraqlıdır. "Xalis ağıl, bu ən ali müdrikələri aşan tanımaq tərzi ki, onda insan ən mütləq azadlığa qovuşur, Tanrıya bəslənən sevgi ilə eynidir, lakin Spinoza Tanrıdan, bu sevgisinə hansısa bir qarşılıq gözləmir. Çünki Tanrı insani kriteriyalarla sevən bir insan varlığı deyil. Spinozanı Tanrıya məhəbbəti digərqəmdir, eynən Yeremiyanın Tanrıya bəslədiyi sevgi kimi. Tanrının varlığı onun üçün yetərlidir. Tanrıya olan sevgi onun sarsılmaz dayağıdır, (…) Spinoza və Yeremiya Tanrının onları sevdiyinə görə yaşamırlar, əksinə Tanrı var olduğu üçün yaşayırlar".

Dini fanatizmin təqibindən güclə yaxasını qurtaran Spinozanın, cəmiyyət və azadlıq haqqındakı düşüncələri də çox proqressivdir. Ona görə, Spinoza da, Hobbsla eyni fikirdə idi ki, "insanların ictimai müqavilə ilə yaratdıqları dövlətin əsas məqsədi şəxsiyyətin hüquq və azadlıqlarını təmin etməkdir (…) azadlıq dərk edilmiş zərurətdir". Fərdi və ictimai azadlıq, şəxsiyyətin yalnız hüquq və vicdan azadlığının qəbul olunduğu bir cəmiyyətdə sığınacaq tapmaq mümkündür. Bu onun, "hüquqi dövlət necə olmalıdır" sualına cavab verməklə başlayan, ictimai-hüquqi yazılarının əsas mövzusudur. İlk növbədə hər insan təbii hüquqlara malikdir. ali mövcudluq formasıdır.

Benedikt Spinoza [ölü keçid]

  1. 1 2 3 4 Baruch de Spinoza. 2009.
  2. 1 2 3 4 Baruch Spinoza // Nationalencyklopedin (швед.). 1999.
  3. 1 2 3 4 Соколов, Василий Васильевич (философ) Спиноза Бенедикт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 ECARTICO (ing.).