"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr.Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə.[6]
"Azov" xüsusi təyinatlı bölməsi, 3057 saylı hərbi hissə
Mariupolda qarşıdurma (2014) İlovaisk uğrunda döyüşlər (2014) Şirokino uğrunda döyüşlər (2014) Maryinka uğrunda döyüşlər (2015) Mariupol uğrunda döyüşlər (2022)
Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb.[7][8][9] 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub.[10][11]2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi.
2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı.[12][13]
Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb.[14] İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı.[15][16] Batalyonun tərkibində Kiyev ultrasları da var idi.[17]
Avakovun himayəsi batalyona qurulandan altı ay sonra öz sayını artırmağa və alay statusu almağa imkan verdi.
Kadr hazırlığı Zaporojye vilayətinin Berdyansk şəhərində baş tutdu.[18] 2014-cü ilin məlumatına görə, bu yaşayış məntəqəsi bölmənin əsasını təşkil etmişdir.[19]. Daha sonra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Urzufdakı iqamətgahı alayın əsas bazası və qərargahına çevrildi.[20][21] 2014-cü ilin iyun ayının sonunda batalyonun üzvlərinin sayı 500 nəfərə çatdı.[22][23]
Sentyabrın 17-də batalyonun Facebook səhifəsində verilən məlumata görə, Azov Batalyonu Azov Alayına çevrildi.[10]
Oktyabrın 9-da Daxili İşlər Naziri Arsen Avakov elan etdi ki, Daxili İşlər Nazirliyinin “Azov” xüsusi təyinatlı alayının əlavə heyətlə Ukrayna Milli Qvardiyasına təhvil verilməsinə hazırlıq barədə qərar qəbul edilib. Hərbi hissə mütəxəssislər və texnika, o cümlədən artilleriya batalyonu ilə gücləndirildi.[24] Noyabrın 10-da o, bununla bağlı müvafiq əmri imzaladı.
2014-cü il avqustun əvvəlinə qədər o vaxt hələ də batalyon olan "Azov" İqor Kolomoyski tərəfindən maliyyələşdirilirdi.[25][26][27]. Avqustun 2-də Dnepropetrovsk Vilayət Dövlət Administrasiyası rəhbərinin müavini Boris Filatov Facebook-da elan etdi ki, “faşist ... Mosiyçuk” və Oleq Lyaşkonun özünün piarı ilə əlaqədar Azov və Şaxtersk batalyonlarının maliyyəsi kəsilib.[28] Nəticədə 2014-cü ilin avqustunda İqor Mosiyçuk batalyonu tərk etdi, bundan sonra maliyyələşmə bərpa olundu.[29]
Alay xidməti silahları Daxili İşlər Nazirliyindən alır, həm də dövlət büdcəsindən maliyyələşir.[30] Həmçinin, alayın maliyyələşdirilməsinin və avadanlıqla təminatının[31] əsas mənbələri şəxsi ianələr,[32][33] könüllülər hərəkatına dəstək, xeyriyyə fondları və iş adamlarının köməyidir.[34][35][36][37][38] Alaya dəstək məqsədilə müntəzəm olaraq Ukrayna şəhərlərində xeyriyyə konsertləri keçirilir.[39][40][41]
Alay komandiri Andrey Biletskinin sözlərinə görə, Azov alayını əvvəlcə Donetsk vilayətinin keçmiş qubernatoru Sergey Taruta dəstəkləyirdi.[42]
HBL.fi nəşrinin jurnalistinin məlumatına görə, Azov alayının əsgərləri cəbhə xəttindən Ukraynanın ən məşhur kurort zonalarından birində yerləşən bazaya qayıdırlar. “Ukraynanın nizami ordusunda şərait çox vaxt daha təvazökar olur” deyə jurnalist qeyd edir.[43]
Əvvəlcə bölmənin əsasını miliyyətçi təşkilatlar olan "Sosial-Milli Assambleya" və "Ukrayna Patriotu"[45] üzvləri, "Avtomaydan" fəalları və müxtəlif Maydan Özünümüdafiəsi dəstələrinin üzvləri təşkil edirdi.[46][47] Daha sonra Dinamo Kiyev FK[48] və Şaxtyor Donetsk FK[49] futbol klublarının ultras nümayəndələri, Dmitri Korçinskinin “Qardaşlıq” partiyasının üzvləri[50] (“İsa Məsihin yüzlüyü”[51]), OUN fəalları,[52] Kazak Atıcılar Qardaşlığının üzvləri alaya daxil oldular.[53][54]
Daxili İşlər Nazirliyinin “Azov” xüsusi alayının komandiri Vladimir Şparının sözlərinə görə, hərbi bölmədə “artıq hərbi xidmət təcrübəsi olan ukraynalı vətənpərvərlər” xidmət edir.[55] Alay komandirinin müavini Yaroslav Qonçarın sözlərinə görə, “hərbi bölmənin əsas sütununu noyabrın 21-də Maydana gedən adamlar təşkil edir. Bunlar müxtəlif "yüzlər"dən,[16] "Avromaydandan olan insanlardır”. "Azov"un mətbuat katibi Anna Senikin sözlərinə görə bölmənin onurğa sütununu İctimai-Milli Assambleyanın fəalları təşkil edir və bölmənin başında Sosial-Milli Assambleya rəhbərliyi dayanır. Onun sözlərinə görə, "Azov"un təxminən 60%-i Ukraynanın şərqində yaşayan sakinlərdən ibarətdir.[56]
Hərbi bölmədə xidmət edənlərin maksimum sayı Daxili İşlər Nazirliyi tərəfindən 500 nəfər müəyyən edilib.[57]
12 may 2014-cü ildə "Azov"da ən azı 70 döyüşçü var idi.[58]
Mayın 18-də 20-46 yaşlarında olan 45 nəfərdən ibarət ikinci könüllülər qrupu Donbasa gəldi. Onların arasında Donetsk, Dnepropetrovsk, Xarkov, Luqansk, Kiyev, eləcə də Qərbi Ukrayna nümayəndələri var idi. "Alay"a qəbul edilənlərin bəziləri Dmitri Korçinskinin "Qardaşlar partiyası"ndan və Ukrayna Patriotları hərəkatından idi. Bəziləri isə heç bir siyasi partiya və hərəkatın üzvü deyildi.[50]
2014-cü il iyunun 3-də yaşı 20-30 arasında olan daha 40 könüllü and içdi. Bu vaxt artıq "Azov" üzvləri 250 nəfər təşkil edirdi. Qoşulanlar arasında Ukraynanın müxtəlif bölgələrindən olan insanlar, eləcə də bir İtaliya vətəndaşı var idi. And içənlər arasında Kiyevin “Dinamo” futbol klubunun bir qrup ultrası da olub.[59][60] "Azov"da beynəlxalq sağçı radikal struktur Mizantropik Bölmənin (MD) nümayəndələri var ki, onların tərəfdarlarına Rusiya və Belarusda da rast gəlinir.[61]
2014-cü il iyunun 23-də “Azov”ların sayı 500 nəfərə yüksəldi.[22][62][63].
2014-cü il oktyabrın 9-da “Azov” üzvlərinin sayı 800 nəfər təşkil edirdi.
4 sentyabr 2014-cü il tarixinədək alayın avtomobil parkı 2 zirehli maşın və yük maşınları əsasında bir neçə topa malik maşından ibarət idi.[70] Bu texnikanın demək olar ki, hamısı Novoazovsk yaxınlığında gedən döyüşlər zamanı məhv edildi.[71] 2015-ci ilin iyun ayına olan məlumata görə, alayın xidmətində qalan şassisində tank təkəri olan bir Kamaz yük maşını məlumdur.[66]
Sonradan könüllülərdən ən azı 1 ədəd BTR-60 alındı, sonradan bu, Ukrayna xüsusi polisinin (komandir Oleq Viktoroviç Şiryaev)[72] "Vostoçnıy Korpusu" bölümünə verildi. Bundan əlavə, Azov alayının tərkibinə ən azı bir BTR-70[73] və müxtəlif modifikasiyalı bir neçə BRDM-2 daxil idi.[73][74][75]
Nəqliyyat dəstəyi - əsasən könüllülərdən alınan yük maşınları,[76] yolsuzluq[77][78] və xüsusi minik avtomobilləri,[79] mikroavtobuslar,[80] həmçinin müxtəlif markalı motosikletlərdir.[81]
2014-cü ilin sentyabrında Ukrayna Milli Qvardiyasına daxil olmaqla, alay Milli Qvardiyanın qalan hissələri kimi ağır texnika ilə təchiz olunmaq imkanı əldə etdi.
2016-cı ilin yanvarına qədər Azov tərkibində T-64B1M tankları ilə silahlanmış bir tank tabotu var idi və bütün bölmə aşağıdakılarla silahlanmışdı: ZU-23-2 ilə silahlanmış 5 ədəd MT-LB,[82] 2 BTR-3, 2 KrAZ-Şrek, 2 BBM "Kozak-2", 6 KrAZ Spartan, bir neçə KrAZ Cougar, bir neçə KrAZ-5233BE "Spetsnaz", ondan çox Mitsubishi L200 və köməkçi maşınlarla.[83][84]
Qənimət olaraq alayın əsgərləri bir BTR-80[85] və bir zədələnmiş T-64 ələ keçiriblər,[86] lakin onların alay tərəfindən qəbul edilməsi barədə məlumat yoxdur.
Azov alayında və mülki korpusda istifadə edilən əsas qol şevronu[87]
Qalxanın üzərində "Qurd dırnağı" və "Qara Günəş" simvolları
“Azov” alayında istifadə edilən “Qara Korpus” şevronu[88]
"Azov" xüsusi polis patrul xidməti alayının şevronu
Alayın şevronunun yuxarı hissəsində monoqram var ki, alayın komandiri Andrey Biletski bunu "tarixi işarələrə" anlamında bir-birinin üzərinə qoyulmuş ukrayna hərfləri kimi izah edir: "I" (Ukrayna İdeyası) və "N" (Ukrayna Xalqı).[34][89] Hal-hazırda İctimai-Milli Assambleya və Ukrayna Patriotu kimi Ukrayna milliyyətçi təşkilatları tərəfindən identifikasiya simvolu kimi istifadə olunur. Həmçinin, təşkilatın məlumatına görə, oxşar simvollar Ukrayna heraldikasında, xüsusən də Biletski və Bilikoviçin emblemlərində var. Bu simvolu seçərkən, Andrey Biletskinin sözlərinə görə, “biz müstəsna olaraq onun Ukrayna ənənələrinə uyğun tərtibini istəmişik və bu işdə orta əsr alman heraldikasına və daha çox - Milli Sosialist Almaniyasının simvollarına istinad etmədən fərqli məzmun seçmişik. Bu da onların üslubundan vizual olaraq fərqlənir".[90] Keçmişdə o, Ukrayna Sosial-Milli Partiyasının rəsmi simvolu olub.
Tənqidçilər qeyd edirlər ki, bu simvol həm də Nasist Almaniyası tərəfindən, xüsusən də “Reyx” 2-ci SS Tank Diviziyasının emblemində istifadə edilmiş "Volfsangel"in (“qurd dırmağı”) təsviridir[91][92] və müasir neonasizmdə istifadə olunur.[93][94][95][96] "Reuters" agentliyinin jurnalisti Qabriela Bacinska qeyd edir ki, “simvol sarı fonda qara svastikaya bənzəyir”.[97]
Ukraynanın daxili işlər naziri Arsen Avakov 2014-cü ildə Ukraynanın "Fokus" jurnalına verdiyi müsahibədə işarənin nasist mənsubiyyətini inkar edərək, "Səhv edirsiniz. Bu emblem - Nobel emblemi də daxil olmaqla, əslində Latın N hərfinin oval şəklində olan adi formasıdır.[92] Bir çox Avropa şəhərlərində bu işarəni şəhərlərin emblemlərində görmək olar, onu da vurğulayım ki, mənə kim deyir ki, bu uşaqlar nasist görüşlərini təbliğ edir, svastika taxırlar və sair, açıq şəkildə yalan danışır və axmaqlıq edir. Azov döyüşçüləri ilə çoxlu saatlarla söhbət etmişəm. Orada nə nasizm var, nə də svastika.”
Azov embleminin daha bir variantından da istifadə olunur ki, burdada qalxan üzərində "Qara Günəş" təsviri var.
24 fevral 2022-ci ildə Rusiya Ukraynaya hücum etdi. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidentiVladimir Putin Ukraynanın şərqində xüsusi hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Hərbi əməliyyatlar Ukraynanın şərqində daha intensiv hal almağa başladı. Rusiyanın şərqdə əsas hədəfi Mariupol şəhəri oldu. Martın 2-də rus qoşunları şəhəri tamamilə mühasirəyə aldılar, bundan sonra tədricən şəhərə nəzarəti ələ keçirməyə başladılar.[98][99][100]
Mühasirəyə alınmış Mariupolun hərtərəfli müdafiəsində Azov alayı iştirak edirdi. Alayın əsas müdafiə mövqeyi Azovstal metallurgiya zavodudur.[101] Aprelin 13-də alayın dəstəyi ilə 36-cı Əlahiddə Dəniz Briqadası alayın qüvvələri ilə əlaqə qura bildi və şəhəri daha da saxlamağa davam etdi.[102]
2015-ci ilin martında Ukraynanın daxili işlər naziri Arsen Avakov Azov alayının Qorxmaz Mühafizə əməliyyatı təlim missiyasında Amerika Birləşmiş Ştatları Ordusunun qoşunları tərəfindən təlim keçəcək ilk bölmələr arasında olacağını açıqlamışdı.[103][104] Bununla belə, ABŞ Nümayəndələr Palatası neo-nasist mənşəli olması səbəbindən batalyona istənilən yardımı (silah və təlim də daxil olmaqla) bloklayan düzəlişi qəbul etdiyinə görə, 12 iyun 2015-ci ildə ABŞ təlimi dayandırıldı.[105][106] Düzəliş daha sonra 2015-ci ilin noyabrında ləğv edildi.[105] Ceyms Karden "The Nation" jurnalındakı məqaləsində yazırdı ki, “Ev Müdafiəsi Təxsisatlar Komitəsi Pentaqonun "Conyers-Yoho" düzəlişini qanun layihəsinin mətnindən çıxarmaq üçün təzyiqə məruz qalıb."[107]
Azov 20 Noyabr 2017-ci il tarixində öz internet saytında media relizini dərc edərək, noyabrın 16-da xarici zabit heyəti olan Birləşmiş Ştatların Silahlı Qüvvələri və Kanada Silahlı Qüvvələrinin nümayəndələri görüşdüyünü bildirmişdir.[108] "Jacobin" jurnalı üçün yazan Branko Marcetic deyir ki, Azov üzvləri ABŞ hərbçiləri və NATO rəsmiləri ilə görüşən yerdə şəkillləri çəkilib.[109]
ABŞ Demokratlar Partiyasından terrorçuların adının verilməsi tələbi
2019-cu ilin oktyabrında ABŞ Nümayəndələr PalatasınınDemokrat Partiyasından olan üzvləri Azov Batalyonunun və digər iki ifrat sağçı qrupun ABŞ Dövlət Departamenti tərəfindən Xarici Terror Təşkilatı kimi təsnif edilməsini xahiş etmişdilər. Buna səbəb həmin ilin əvvəlində Kraystçerç məscidlərinə hücumda sol sağçıların iştirak etməsi idi. Bu tələb Ukraynada Azov tərəfdarlarının etirazına səbəb oldu.[110][111][112]
2020-ci ilin fevralında Atlantika Şurası Anton Şexovtsovun Azovun Daxili İşlər Nazirliyi tərəfindən verilmiş əmrlə Ukrayna Milli Qvardiyasının alayı olması və buna görə də rəsmi strukturların bir hissəsi olması və əmrlərə əməl etməsi kimi səbəblərə görə xarici terror təşkilatı kimi tanınmamalı olduğunu iddia edən məqaləsini dərc etdi. Həmçinin o, Azovun bəzilərinin dediyi kimi Brenton Tarrant, "Rise Above" Hərəkatı və ümumiyyətlə Amerika sağçı terrorçu, ekstremist təşkilatlarla əlaqələrinin sübutunun yoxluğunu yazmışdır.[113]
Rusiyanın 2022-ci ildə Ukraynanı işğalına haqq qazandırmaqda alay Ukraynanın “denazifikasiyası” iddialarında əsas rol oynayır. Rusiya mediası Azovun Ukraynadakı fəaliyyətini və təsirini şişirdərək bütün Ukrayna hökumətinin və ordusunun nasist nəzarəti altında olması təbliğatını aparır.[114][115]
Mariupolun mühasirəsi zamanı Rusiya Azovun döyüşdə olmasından müharibə cinayətlərinə bəraət qazandırmaqda ittiham olunurdu.[116][117] Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mariupol xəstəxanasına aviazərbənin endirilməsinə haqq qazandıraraq bildirib ki, Azov xəstəxanadan baza kimi istifadə edib və bundan əvvəl xəstələri və işçiləri qovub. Martın 16-da təxminən 1300 mülki şəxsə sığınan Donetsk Regional Dram Teatrı hava hücumu nəticəsində vuruldu və böyük ölçüdə məhv edildi.[118] Rusiya hücumu təkzib edərək iddia edib ki, Azov alayı mülki vətəndaşları binada girov götürmüş və Rusiyanı ittiham etmək üçün özləri də teatrı bombalayıblar.[118][119]
2022-ci ilin aprelində Yaponiyanın İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsi Azov Alayının Beynəlxalq Terrorizmlə Mübarizə Kitabçasından çıxardı və onun neonasist təşkilatı statusunu şübhə altına aldı. Yaponiya tərəfi Alayın terror təşkilatları arasına əlavə edilməsi məlumatının şübhəli olduğunu və səhvə görə peşman olduqlarını söyləyib.[120]