Bəyin oğurlanması

Bəyin oğurlanmasıCeyhun MirzəyevVaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi.[1] Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara ŞakirovaŞamil Süleymanov ifa edirlər.

Bəyin oğurlanması
Janr Komediya
musiqili
Rejissorlar Ceyhun Mirzəyev
Vaqif Mustafayev
Ssenari müəllifi Mövlud Süleymanlı
Baş rollarda Həsənağa Turabov
Səyavuş Aslan
Hacı İsmayılov
Nəsibə Zeynalova
Yaşar Nuri
Natəvan Məmmədova
Tamara Şakirova
Şamil Süleymanov
Operatorlar Ələsgər Ələkbərov
Rəşid Nağıyev
Bəstəkar Emin Sabitoğlu
Rəssamlar Elbəy Rzaquliyev
Rafiq Nəsirov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 8 oktyabr 1985
Filmin növü Tammetrajlı bədii film
Müddət 69 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1985
Texniki məlumatlar 8 hissə
2023 metr
genişekranlı
"Svema" kinolenti (Şostka kimya kombinatı)
Rəng Rəngli
IMDb ID0265928

Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.[2]

Həsənağa Turabov — Əsəd
Səyavuş Aslan — Mustafa
Hacı İsmayılov — Tağı
Nəsibə Zeynalova — Nəsibə xala
Yaşar Nuri — İsrafil
Natəvan Məmmədova — Yasəmən
Tamara Şakirova — Nigar
Şamil Süleymanov — Həsən
Vidadi Həsənov — Musa
Firəngiz Mütəllimova — Telli
Rəsmi Cəbrayılov — Əhməd
Mirzə Babayev — Amanoğlu
Gümrah Rəhimov — Brodyaqa
Arif Quliyev — Miriş
Səməndər Rzayev — sovxoz müdiri Hidayət müəllim
Nəcibə Behbudova — Bibixanım
Füzuli Hüseynov — Elxan
Əsgər Məmmədoğlu — pirotexnik Ələsgər
Lətifə Əliyeva — Həsənin anası
Nəcibə Hüseynova — Sinoptik
Ramiz Əzizbəyli — İsabala
Karen Avanesyan — bərbər Aşot

Filmi səsləndirənlər

Kamal Xudaverdiyev — Musa (Vidadi Həsənov) (titrlərdə yoxdur)
Rasim Balayev — Elxan (Füzuli Hüseynov) (titrlərdə yoxdur)
Pərviz Bağırov — Həsən (Şamil Süleymanov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Həsənin anası (Lətifə Əliyeva) (titrlərdə yoxdur)
Rafiq Əzimov — Əhməd (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova — Rəqqasə (titrlərdə yoxdur)
Nuriyyə Əhmədova — Sinoptik (Nəcibə Hüseynova) (titrlərdə yoxdur)
Mirvari Novruzova — Bibixanım (Nəcibə Behbudova) (titrlərdə yoxdur)
  • Filmdə səslənən "Ümidlərə toxunma" şərqisini ifa edir : Cəfər Behbudov
  1. Məşhur filmlərdən məşhur sitatlar: ["Bəyin oğurlanması" filmi Vaqif Mustafayev və Ceyhun Mirzəyevin quruluşunda] //Üç nöqtə.- 2015.- 29 iyul.- S.13.
  2. Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.129.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]