Başqırdıstan geologiyası — Başqırdıstanın geoloji quruluşunda üç əsas sahə fərqlənir: Qərb, Cənub və Dağlıq Başqırdıstan.
Qərbi Başqırdıstan Şərqi Avropa platformasında və Ön Ural deprerssiyasında yerləşir. Başqırdıstan respublikanın qərb sərhəddindən Ural qırışıqlığına qədər olan ərazisi Şərqi Avropa platformasına aiddir. Qərbi Başqırdıstanda Şərqi Avropa platforması çöküntü süxurlarından ibarət örtükdən və metamorfik, maqmatik mənşəli süxurlardan ibarətdir.
Rus platformasının təməli aşağıdakı qalxma zonlarından ibarətdir: Buqulminsko-Belebeyevskaya yüksəkliyinin yerləşdiyi Tatar qalxması, Ufa yaylasının yerləşdiyi Başqırd qalxması, Baş Sırt yüksəkliyini yerləşdiyi Orenburq qalxması. Bölgənin relyefi təməl səthinin formasına uyğundur.
Cənubda yerləşən dağlıq Başqırdıstanın relyefi dağ silsilələrindən və dağlar arası çökəkliklərdən ibarətdir. Bu bölgədə Cənubi Uralın ən yüksək dağ zirvələri - Böyük İremel (1582 m) və Yamantau (1640 m), həmçinin Zilair yaylası (Cənubi Ural yaylası) var.
Başqırdıstan dağ silsilələrinin zirvələrində və yamaclarında "daş dənizlər", "daş çaylar" - ölçüləri 0,2-0,3 m-dən çox olan daş bloklarının xaotik yığımları - kurumlar mövcuddur. Kurumlar aşınma, sərt iqlim və keçmiş buzlaşmanın təsiri ilə formalaşmışdır. Kurumlar yamaclar və çökəkliklər boyunca bir neçə kilometr uzanır.
Cənubi Başqırdıstan devon, karbon və perm mənşəli süxurlardan ibarətdir.[1] Cənubi Uralın şərq hissəsində maqmatiq dağ süxurları üstünlük təşkil edir - qədim lavalar, tuflar. Perm yaşlı süxurlar daha geniş yayılmışdır. Bu süxurlarda neft, qaz, mis, daş duz, gil, qum yataqları var.
Başqırdıstanda üç tip zəlzələ baş verir - tektonik, sürüşmə və karst[2] . Asılıkul gölü nəhəng bir karst mağarasının zəlzələ zamanı çökməsindən yaranmışdır.
Volqa-Ural anteklizində olan devon, daş kömür və perm süxurlarında Başqrıdıstan Respublikasının neft-qaz yataqları formalaşmışdır. Bölgədə XX əsrin əvvəllərində böyük neft və qaz ehtiyatlarının müəyyənləşdirilməsi ilə əlaqədar olaraq, neft və qaz geologiyası böyük əhəmiyyət kəsb etməyə başladı.
XX əsrin 30-cu illərində Başqırdıstanda neft və qaz geologiyası sahəsində çalışmaq təhlükəli idi. Tövsiyə olunan və qazılmış quyu müsbət nəticələr verməzsə insanlar represiyaya məruz qalırdılar. Həmən illər Başqırdıstanın neft şirkətlərinin həbs olunan 139 geoloq, menecer, mühəndisdən 39 nəfəri güllələnmişdir.[3]