Bakı prosesi

Bakı prosesi

"Bakı Prosesi" və ya Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq ForumuAzərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlərsivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

12 iyun 2018-ci ildə Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə "Bakı Prosesi"nin 10 illik yubileyi qeyd olunmuşdu[1].

Bakı Bəyannaməsi

[redaktə | mənbəni redaktə et]

2008-ci ilin 2–3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edildi.

"Bakı Bəyannaməsi" ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi"nin və bu prosesin inkişafına hədəflənmiş "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyuldu. "Bakı Prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13–15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi.

Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edildi.

Bakı Prosesinin qlobal hərəkata çevrilməsi

[redaktə | mənbəni redaktə et]

2010-cu ildən Bakı Prosesi qlobal hərəkata çevrilməyə başladı. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi.

I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

[redaktə | mənbəni redaktə et]
I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

2011-ci ilin 7–9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu.

Forumun iştirakçıları:

[redaktə | mənbəni redaktə et]

● 102 ölkədən rəsmi nümayəndə

● 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxs

● 20 ölkədən nazir

● məşhur media qurumlarının nümayəndələri

● ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə təmsilçisi

Forum çərçivəsində keçirilən tədbirlər

[redaktə | mənbəni redaktə et]

● "Sülh və dialoqa nail olmaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik"

● "Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs"

● "Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi"

● "Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri"

● "Dünya dinləri arasında mədəniyyətlərarası dialoq"

● "Mədəniyyətlərarası dialoqu və əməkdaşlığın inkişafına dair yeni təşəbbüs və layihələrin təqdimatları"

● Müasir dünyada dialoq fəlsəfəsi və mədəni müxtəliflik mövzusunda beynəlxalq konfrans (Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə)

● "Mədəniyyətlərarası Şəhərlər" layihəsinə üzv şəhərlərin merlərinin və nümayəndələrinin seminarı (Avropa Şurasının təşkilatçılığı ilə)

● "MDB ölkələrində mədəniyyətlərarası dialoqun ənənələri və perspektivləri: mədəniyyət, təhsil, kommunikasiya" (Azərbaycan Respublikasının təşkilatçılı ilə)

Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının (SİQGH) Birinci Konqresi

● "Yəhudilər, XristianlarMüsəlmanlar: Mədəniyyətlərarası dialoq orta əsr əlyazmalarında" (AzərbaycanAvstriyanın birgə təşkilatçılığı ilə)

Küləyin Nağılı

● "Küləyin nağılları" ("Mədəniyyət Paytaxtlarının Dialoqu" layihəsi çərçivəsində Azərbaycan və Litva sənətçilərinin birgə iştirakı ilə)

"5 A — Mədəniyyətlərarası Əməkdaşlıq Platforması"nın yaradılması

[redaktə | mənbəni redaktə et]

Qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "5 A — Mədəniyyətlərarası Əməkdaşlıq Platforması" təsis edilmişdir. Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində "A" hərfi ilə başladığını nəzərə alınaraq simvolik olaraq yeni platformanın adı "5 A" kimi müəyyən edilmişdir.

Forumun yayımlanması

[redaktə | mənbəni redaktə et]

I Mədəniyyətlərarası Dialoq Forumu Euronews televiziya kanalı tərəfindən bir həftə ərzində 10 dildə 20 dəfə nümayiş etdirilmişdir.

Forum üzrə əlaqələndirici orqan

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 may tarixli 432 nömrəli Fərmanı ilə Forumun hər iki ildən bir təşkili üzrə əlaqələndirici qurum Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilmişdir.

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

[redaktə | mənbəni redaktə et]
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

2013-cü ilin 29 may — 01 iyun tarixində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında Bakıda 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun təşklində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO ilə yanaşı, BMT-nin Ümumdünya Turizm Təşkilatı da əsas tərəfdaş qismində çıxış etdi.

29 may 2013-cü il tarixdə BMT Baş Assambleyası tərəfindən elan edilmiş "21 may- Ümumdünya Mədəni Çeşidlilik Günü"nə həsr olunmuş Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə Bakı şəhərində "Mədəni çeşidlilik üçün nəsə et qlobal kampaniyası"nın zirvə toplantısı təşkil edildi. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi cənab Nassir Əbdüləziz əl-Nasser, bir sıra ölkələrin mədəniyyət və turizm nazirləri, ekspertlər və digər beynəlxalq qurumları təmsil edən şəxslər iştirakı ilə "5 A — Mədəniyyətlərarası Əməkdaşlıq Platforması" çərçivəsində mədəni çeşidliliyi təbliğ edən hər qitədən bir layihənin təqdimatı keçirildi.

Rəsmi açılış və xitabət kürsüsü

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin 30 may tarixində Heydər Əliyev Mərkəzində II Forumun rəsmi açılış mərasi baş tutdu. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser, YUNESKO-nun baş direktoru İrina BokovaİSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış etdilər.

II Forumun iştirakçıları

[redaktə | mənbəni redaktə et]

• 115 ölkədən rəsmi nümayəndə

• beynəlxalq qurumlar — YUNESKO, BMT Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, İSESKO, İRSİKA, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, NATO, TÜRKSOY, TDƏŞ, Ərəb Liqası, ASEAN, Amerika Dövlətləri Təşkilatı

• 70-dən çox nüfuzlu Qeyri-Hökumət Təşkilatı

• 100-dən çox məşhur alim, professorekspert

• ümumilikdə 600 nəfərə yaxın xarici təmsilçi

II Forum çərçivəsində keçirilən tədbirlər

[redaktə | mənbəni redaktə et]

• "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər — birgə irs, ümumi vəzifələr, davamlı gələcək"

• "Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibritləşmə"

• "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər"

• "21-ci əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması"

• "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?"

• "Qərb-Müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa"

• "Turizm – insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi"

• "21-ci əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması"

• "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi"

• "Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru" • "Mədəniyyətlərarası dialoq: Etiqad və Elm"

• "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu"

• "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?"

Dünya Forumu 1-ci Nazirlər Görüşü

Dünyada ilk dəfə olaraq mədəniyyət və turizm sahələrinə məsul olan nazirlərin 1-ci konfransı baş tutdu. Konfransın yekununda kommunike qəbul edildi.

Avropa, Amerika və İslam dünyasında ictimai-siyasi sahədə fəal olan BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə BMT-nin İnkişaf edən Liderlər proqramı üzvlərinin 1-ci Məzunlar sammiti keçirildi.

Mədəni tədbirlər:

[redaktə | mənbəni redaktə et]
"Yanardağ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda rəqs

• "Dünya xalqlarının etnik və ənənəvi musiqisinə dair filmlərin nümayişi"

• "Çoxmədəniyyətli musiqi mübadiləsi" kompozisiyası

• Alman rəssamı İnqa Şmitin "Həyatın rəngləri" sərgisi

• Yapon Butoh rəqs ustası Ko Murobushinin ifası

• "Yanardağ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda rəqs ifası

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

[redaktə | mənbəni redaktə et]
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

18–19 may 2015-ci il tarixdə Bakı şəhərində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və İSESKO-nun birgə tərəfdaşlığı ilə "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu.

3-cü Forumun dəvət məktubları Azərbaycan tərəfi ilə yanaşı, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı və BMT-nin Ümumdünya Turizm Təşkilatının rəhbərləri tərəfindən imzalanmışdır.

Bakı Prosesinin və III Forumun təqdimatı

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin yanvar ayında BMT-nin Baş Qərargahında və Nyu-York şəhərində "Bakı Prosesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçirildi. Yanvar ayının 28-də isə Nyu-Yorkun tarixi və mötəbər binalarından biri olan "Seynt Recis" mehmanxanasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Etnik Anlaşma Fondunun birgə təşkilatçılığı ilə "Bakı Prosesi" və III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli təqdimat mərasimi təşkil edildi. Həmçinin 2015-ci ilin 22 aprel tarixində YUNESKO-nun İcraiyyə Şurası çərçivəsində "Bakı Prosesi" və Forumun təqdimatları baş tutdu.

"Sülh ağacı"nın açılış mərasimi

[redaktə | mənbəni redaktə et]
Sülh ağacı

Sülh ağacı üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində qoyulmuşdur 17 may 2015-ci il tarixdə "Sülh ağacı" abidəsinin açılış mərasimi oldu. Abidənin açılışını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, YUNESKO-nun Baş direktoru İrina Bokova və "Sülh ağacı"nın müəllifi Hedva Ser etmişdir.

"Sülh ağacı" abidəsinin müəllifi YUNESKO-nun "Sülh naminə incəsənət xadimi" Hedva Serdir. Abidənin quruluşunda təbiətdən ilhamlanan sevgi və ümid dolu səmaya ucalan əllər təsvir olunub.

"Sülh ağacı" xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir. "Sülh ağacı", həmçinin YUNESKO-nun tolerantlıq, sülh simvolu hesab olunur.

Rəsmi açılış və həmrəyliyin səsi

[redaktə | mənbəni redaktə et]
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

2015-ci il may ayının 18-də Heydər Əliyev Mərkəzində III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi baş tutdu. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, YUNESKO-nun Baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Mədəni, İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, BMÜTT-nin Baş katibinin turizm və sülh üzrə müşaviri Amr Abdel-Qaffar çıxış etdilər. Eyni zamanda BMÜTT-nin Orta Şərq üzrə regional direktoru tərəfindən Baş katib Taleb Rifainin təbrik məktubu oxundu. Bütün çıxışların mahiyyətində yalnız bir çağırış dayanırdı – mədəniyyət bütün müstəvilərdə bəşəriyyətin həmrəyliyini təmin edən ən ümdə amildir.

Forum çərçivəsində YUNESKO və Böyük Britaniyanın "Tudor Rose" nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə dərc olunmuş kitabın təqdimatı keçirildi. Eyni zamanda Baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.

III Forum çərçivəsində keçirilən tədbirlər

[redaktə | mənbəni redaktə et]

"Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr" mövzusunda birinci plenar iclas keçirildi. İclasa moderatorluğu Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi etmişdir. Plenar iclasda Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova, YUNESKO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Nəşif, Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Ba, Fransa Senatının üzvü xanım Natali Qule, Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü xanım Rəşidə Dati, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer, Rusiya Xarici İşlər Nazirliyinin BMT-nin Sivilizasiyalar Alyansı ilə iş üzrə nümayəndəsi, xüsusi işlər üzrə səfir Konstantin Şuvalov çıxış etmişlər.

Forumun ilk günü'

'mövzular'

• "Multikulturalizm: Gələcək vəd edən həqiqətlər"

• "İpək yolu – dialoq və fikir mübadiləsi üçün ilkin istiqamətlər: "İpək yolu" təşəbbüsü və bu təşəbbüsün hazırkı dövrdə mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar"

• "Xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında tolerantlıq, anlaşma və dialoqun təşviqi naminə bir vasitə kimi turizmin imkanlarından yararlanmaq"

• "Təhsil vasitəsilə birgə yaşamağı öyrənmək: Siyasətdən təcrübəyə"

'Forumun ikinci günü'

'mövzular'

• "Mədəniyyətlərarası əlaqələrdə incəsənət və irsin rolu"

• "Demokratik mədəniyyət səriştəsi"

• "Gənclərin fərqli ifadə vasitələrinin köməyi ilə müxtəlifliyə hörmət və ehtiramı"

• "Gənclər — sosial dəyişikliyin təmsilçiləri: Sülh və dialoq prosesinə töhfə verənlər"

• "Mədəniyyətlərarsı dialoq naminə müsəlman dünyasının dini rəhbərləri ilə tərəfdaşlıq"

• "Gənclərin gələcəyə təsiri: İctimai medianın məsuliyyətli və konstruktiv istifadəsi"

• "Mədəniyyətlərarası anlaşmanı möhkəmləndirmək üçün gənclər hərəkətlili-yinin təşviqi: "Gənclər kartı" layihəsi ilə uğurlu təcrübə"

İşıq qayıdır

"İşıq qayıdır" xoreoqrafik tamaşa

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin may ayının 18-də Heydər Əliyev Sarayında forumun iştirakçıları üçün mədəniyyətlərin dialoq fəlsəfəsini özündə əks etdirən xüsusi mədəni proqram "İşıq qayıdır" adlı xoreoqrafik tamaşa nümyiş etridilmişdir.

Nazirlərin II toplantısı

[redaktə | mənbəni redaktə et]
Dünya Forumu 2-ci Nazirlər Görüşü

Forumun ikinci günü Dünya Mədəniyyət və Turizm Nazirlərinin II toplantısı keçirildi. "2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf" mövzusuna həsr edilmiş toplantı iki dəyirmi masadan ibarət idi.

Akademik toplantı

[redaktə | mənbəni redaktə et]

Forum çərçivəsində ilk dəfə olaraq 40-dan çox ölkədən YUNESKO-nun mədəniyyətlərarası və dinlərarası dialoq üzrə kafedra müdirlərinin akademik toplantısı keçirildi. Toplantının bağlanış mərasimi isə ADA Universitetində təşkil edildi.

İkitərəfli görüşlər

[redaktə | mənbəni redaktə et]

III Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə YUNESKO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Mədəni, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer arasında ikitərəfli görüşlər keçirilmişdir.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

[redaktə | mənbəni redaktə et]

4–6 may 2017-ci il tarixdə Bakı şəhərində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İSESKO-nun birgə tərəfdaşlığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu.

Forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Ümumilikdə tədbirdə təqribən 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır.

IV Forum çərçivəsində keçirilən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə forum çərçivəsində 40-dək sessiya və tədbir təşkil edilib.

  • "Sülhün yaradılması: BMT-nin fəaliyyətinin 70 ili"
  • "Qütbləşmə əsrində inklüziv dialoq"
  • "Heydər Əliyev və Azərbaycanda dinlərarası harmoniya"
  • "Mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu"
  • "Mədəniyyətlərarası dialoq və sülh üçün idman"
  • "Mədəniyyətlərarası dialoq vasitəsilə dinc münasibətlərin qurulması"
  • "İnklüziv cəmiyyətlərin və dinc yaşayışın qurulması: ASEAN-ın perspektivləri"
  • "Mədəniyyətlərarası dialoq şəbəkəsi kimi Avropa Şurasının mədəniyyət marşrutları"
  1. "Parisdə "Bakı Prosesi"nin 10 illik yubileyi qeyd edilib". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 12 iyun 2018. 2018-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.