I Albert (Belçika kralı)

I Albert (fr. Albert Ier) və ya Saksen-Koburq-Qotalı Albert Leopold Klement Mari Maynred (fr. Albert Léopold Clément Marie Meinrad de Saxe-Cobourg et Gotha) (8 aprel 1875[1][2][…]17 fevral 1934[1][3][…]) — III Belçika kralı.

I Albert
fr. Albert I
23 dekabr 1909 – 17 fevral 1934
ƏvvəlkiII Leopold
SonrakıIII Leopold
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1875(1875-04-08)[1][2][…]
Vəfat tarixi 17 fevral 1934(1934-02-17)[1][3][…] (58 yaşında)
Fəaliyyəti entomoloq, alpinist, hərbi qulluqçu, siyasətçi, monarx
Atası Şahzadə Filipp (Flandriya qrafı)
Həyat yoldaşı
Uşaqları
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Qoşun növü Belçika Silahlı Qüvvələri
Döyüşlər
Rütbəsi feldmarşal[d], general-leytenant

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

8 aprel 1875-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Flandriya qrafı Şahzadə Filipp Belçika kralı I Leopoldun oğlu, o əsnada taxtda oturan II Leopoldun isə kiçik qardaşı idi. Anası Hohensollernli Mariya Luiza Aleksandra isə Almaniya kralı II Vilhelmin qohumu idi və Hohensollern ailəsinin taxtda olmayan katolik qoluna mənsub idi. Doğulduğu əsnada taxt sıralamasında üçüncü yerdə idi. Ancaq 1891-ci ildə qardaşı Şahzadə Boduenin, 1905-ci ildə isə atası Şahzadə Filippin vəfatı ilə əmisi II Leopoldun və Belçika taxtının yeganə varisi oldu.

Əmisi II Leopoldun 1909-cu ildə vəfatının ardından taxtın yeganə varisi kimi taxta çıxdı. Keçirilən tacqoyma mərasimində sələflərindən fərqli olaraq fransızca deyil, flamand dilində and içərək yenilik etdi. Sadə həyat tərzləri və xoşbəxt ailə münasibətləri səbəbiylə, I Albert və xanımı Belçikada olduqca sevilən cütlük idi. Səltənətinin ilk illərində ən mühüm məsələ Belçikanın yeganə müstəmləkəsi olan Konqo Dövlətində apardığı islahatlar oldu. Dindar bir katolik olan I Albert ətrafına dövrün mühüm din xadimlərini topladı.

VII Eduardın cənazə mərasimində, 1901-ci il. (arxa sırada soldan sağa: Norveç kralı VII Haakon, Bolqarıstan çarı Ferdinand, Portuqaliya kralı II Manuel, Almaniya imperatoru II Vilhelm, Yunanıstan kralı I GeorqBelçika kralı I Albert. öndə əyləşənlər soldan sağa: İspaniya kralı XIII Alfonso, Birləşmiş Krallığın imperatoru V GeorqDanimarka kralı VIII Frederik)

Ancaq çox keçmədən Birinci Dünya Müharibəsi başladı. Müharibənin qərb cəbhəsindəki döyüşlər 4 avqust 1914-cü ildə Alman ordusunun Belçikaya hücumu ilə başladı. Amma Belçika ordusu gözlənilməyən bir müqavimət göstərdi. Alman birləşmələri Lyej vilayətini planlaşdırdığı kimi 24 saata deyil, 13 günlük mübarizədən sonra ələ keçirib Fransanın içərilərinə doğru irəliləmək məcburiyyətində qaldılar. 17 avqustda I Albert hökumətlə birlikdə paytaxt Brüsseldən qaçdı və Qete çayı boyunca döyüşərək Antverpenə çəkildi. Ertəsi gün paytaxt işğal edildi və 21 avqustda Namür şəhərinin mühasirəsi başladı. 16 oktyabrda verdiyi qərarla, ordudan qaçanların dərhal öldürülməsini əmr etdi.

Müharibə Belçikanın almanlar tərəfindən işğalı ilə nəticələndi. İttifaq dövlətləriAntanta birliyi arasında sülh danışıqları aparmağa cəhd edən I Albertin bütün bu cəhdləri uğursuz oldu. Nəhayət, Belçika, ingilis və fransız birliklərindən ibarət Flandriya ordusunun komandanı kimi I Albert Belçikanın işğaldan azad edilməsiylə nəticələnən hərəkata rəhbərlik etdi. Brüsselin azad edilməsinin ardından I Albert xanımı və övladlarını da yanına alaraq paytaxta qayıtdı.

Müharibənin ardından 1918-ci ildə I Albert Belçikadakı 3 partiyanın - katoliklər, liberallarsosialistlərin üzvlərindən ibarət Milli Birlik Hökuməti quruldu. 23 sentyabr 1919-cu ildə ABŞ-a səyahət edən I Albert və ailəsi 2 oktyabrda Nyu-Yorka, 10 oktyabrda isə Kaliforniyaya çatdı. Burada onun şərəfinə çox sayda tədbir və mərasimlər keçirildi. 13 noyabradək davam edən rəsmi ABŞ səyahətiylə Belçikanın Yeni Dünya ilə münasibətlərini gücləndirdi. 1920-ci ildə artan alamn düşmənliyi səbəbilə, Saksen-Koburq-Qota olan monarx ailəsinin adını Belçika sülaləsi olaraq dəyişdi. 1925-ci ildə Belçika Konqosunda Virunqa Milli Parkının əsasını qoydu.

Alpinizmlə məşğul olan I Albert 17 fevral 1934-cü ildə Namür yaxınlığındakı dağlıq zonada baş tutan qəza nəticəsində həlak oldu. Olduqca yaxşı bir alpinist kimi tanına I Albertin bu şəkildə gözlənilməz ölümü insanları şoka saldı və heç kəs bunun təbii bir ölüm olduğuna inanmadı. Cənazəsi sələfləri kimi Laykendəki ailə məzarlığına dəfn olundu.

2 oktyabr 1900-cü ildə MünxenBavariyalı Yelizaveta ilə evləndirildi. Bir-birinə bağlı olan cütlüyün bu nigahdan 3 övladı doğuldu.

  1. 1 2 3 4 König von Belgien Albert // Biographies of the Entomologists of the World. Senckenberg German Entomological Institute.
  2. 1 2 3 Lundy D. R. Albert I, Roi des Belges // The Peerage (ing.).
  3. 1 2 Альберт I // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.