Baxşi İşxanyan

Baxşi İşxanyan (erm. Բախշի Իշխանյան; 1879[1][2][…], Xanyeri, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası[1]26 avqust 1921[1], Suakin[d]) — erməni ictimai-siyasi xadimi, iqtisadçı, publisist.[3]

Baxşi İşxanyan
erm. Բախշի Իշխանյան
Doğum tarixi 1879[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 avqust 1921(1921-08-26)[1]
Vəfat yeri
Təhsili
  • Şuşa yeparxiya məktəbi[d] (–1899),
  • Gevorkyan Dini Seminariyası[d] (1899–),
  • Leypsiq İncəsənət Akademiyası[d] (–1905)[1]
Fəaliyyəti ictimai xadim, siyasətçi, iqtisadçı, tərcüməçi, jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baxşi Zakarbekoviç İşxanyan 1879-cu ildə Xaçın mahalının Sarıkeşiş kəndində anadan olmuşdur. 1899-cu ildə Şuşa yeparxiya məktəbi bitirərək Gevorkyan Dini Seminariyasına qəbul olmuşdur. 1901-ci ildə Almaniyaya gedərək Leypsiq Universitetinə daxil olmuş, 1905-ci ildə buranı bitirmişdir. Avropadakı erməni sosial-demokrat təşkilatlarda ("Hnçak") fəallıq göstərmiş, "Mşak", "Arşaluys", "Luyse oratsuyts", "Murç" kimi qəzetlər üçün yazılar yazmışdır. 1904-cü ildə Cenevrədə Karl Marksın "Muzdlu əmək və kapital" əsərini ermənicəyə tərcümə etmişdir.[3]

1905-ci il inqilabı ərəfədində Qafqaza qayıtmış, 1906-cı ildən "Kyank" ("Həyat") adlı qəzetin redaktoru olmuşdur. Təqiblərə məruz qalaraq 1908-ci ildə çar jandramsı tərəfindən həbs edilmişdir.[4] 1911–1913-cü illərdə yenidən Almaniyada yaşamış, burada "Sosialist" adlı qəzetlə əməkdaşlıq etmişdir. Fevral inqilabından sonra vətənə qayıtmış, Birinci Ermənistan Respublikasında quruculuq işləri ilə məşqul olmuşdur. 1918-ci il Bakının Qafqaz İslam Ordusu tərəfindən tutulması barədə 2 dildə 2 kitabça həsr etmişdir. Onun 1920-ci ildə çap etdirdiyi kitabçasında Bakı şəhərinin azad edilməsi zamanı şəhərdəki ermənilərə amansızcasına divan tutulması haqqında məlumatlar yer almış, azərbaycanlı və müsəlman əhali Zaqafqaziyanın daxili düşməni olduğunu iddia edilmişdir.[5]

1918–1920-ci illərdə Ermənistan hökumətinin Statistika İdarəsinində inspektor olaraq çalışmışdır. 1920-ci ildə Ermənistanın bolşeviklər tərəfindən tutulmasından sonra həbs edilmişdir. 1921-ci ildə İrana keçərək mühacirət etmiş, Avropa yolunda ingilislərin əlində olan Sudanın Suakin limanında ölmüşdür.[6]

  • Türk-erməni məsələsi və beynəlxalq diplomatiya (erm. Տաճկահայ խնդիրը և միջազգային դիպլոմատիան), Tiflis, 1907;
  • Milli tərəqqi və sinfi maraqlar (erm. Ազգային պրոգրեսը և դասակարգային շահերը), Tiflis, 1908;
  • Ada Neqri, H. Hakobyan və Ş. Kurginyanın şeirlərində iş və fəhlə anlayışı (erm. Աշխատանքի եւ աշխատավորի գաղափարը Ադա-Նեգրի, Յ. Յակոբեանի եւ Շ. Կուրղինյանի բանաստեղծութիւնների մեջ), Nor Naxçıvan, 1909;
  • R. Patkanyan və S. Şahəzizin şeirlərində sosial ideyalar (erm. Հասարակական գաղափարները Ռ. Պատկանեանի եւ Ս. Շահազիզի բանաստեղծութիւնների մէջ: Ընդարձակ ներածութեամբ-Ռուսահայ վերածնիչների սօցիալական դաւանանքի բնոյթը), Tiflis, 1910;
  • Rusiyada əcnəbiliyin təbiəti və tarixi (alm. Wesen und Geschichte des Ausländertums in Russland‎), Berlin, 1912;
  • Rusiya iqtisadiyyatında xarici elementlər (alm. Die ausländischen Elemente in der russischen Volkswirtschaft: Geschichte, Ausbreitung, Berufsgruppierung, Interessen und ökonomischkulturelle Bedeutung der Ausländer in Russland‎), Berlin, 1913;
  • Qafqaz xalqlarının milli tərkibi, peşə qruplaşması və sosial quruluşu (alm. Nationaler Bestand, berufsmäßige Gruppierung und soziale Gliederung der kaukasischen Völker. Statistisch-ökonomische Untersuchungen‎), Berlin, 1914;
  • Erməni-gürcü antaqonizminin iqtisadi və sosial əsasları (rus. Экономические и общественные основы армяно-грузинского антагонизма (критический анализ)), Tiflis, 1914;
  • Fəlakət və əzab dünyasından (erm. Աղէտի և տառապանքի աշխարհից), Tiflis, 1915;
  • Alman professoru alman şovinizmi haqqında (rus. Немецкий профессор о германском шовинизме (факты и разоблачения)), Petroqrad, 1915;
  • Qafqaz xalqları (rus. Народности Кавказа. Состав населения, проф. группировка и общественное расслоение кавказских народностей), Petroqrad, 1916;
  • Almaniyada militarizmin və imperializmin inkişafı (rus. Развитие милитаризма и империализма в Германии (историко-экономическое исследование)), Petroqrad, 1917;
  • Zaqafqaziyada əks-inqilab. Birinci hissə. Müsəlman hərəkatındakı meyllər (rus. Контрреволюция в Закавказье. Часть первая. Тенденции мусульманского движения), Bakı, 1919;
  • Bakı şəhərindəki böyük dəhşətlər (rus. Великие ужасы в гор. Баку. Анкетное исследование сентябрьских событий 1918 г.), Tiflis, 1920;
  • Bakının böyük dəhşətləri. 1918-ci ilin sentyabr hadisələri nümunəsi. (erm. Բագուի մեծ սարսափները: Անկետային ուսումնասիրութիւն սեպտեմբերեան անցքերի 1918 թ.), Tiflis, 1920;
  • Bolşevik həbsxanasında iki ay (erm. Երկու ամիս բօլշեվիկեան բանտում), Qahirə, 1924.
  1. 1 2 3 4 5 6 7 8 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 Catalog of the German National Library (alm.).
  3. 1 2 Ermənistan Sovet Ensiklopediyası (erməni). C. IV. Yerevan: ESE-nın Baş Redaksiyası. 1978. 376. 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-03.
  4. "ბახშო იშხანინი" [Baxşi İşxanyan]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 1884. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-03.
  5. Bahtiyar Ersay. "Dövrün erməni millətçiləri Qafqaz İslam Ordusu haqqında" (PDF). Hərbi Bilik (№ 4). 2022: 47.
  6. Kim kimdir? Ermənilər. Bioqrafik ensiklopediya (erməni). Yerevan: ՀՀՀ. 2005. 460.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]