İngiltərə-Misir Sudanı — 1899-cu ildən 1956-cı ilə qədər Misir və Böyük Britaniyanın kondominiumu.
kondominium | |||||
İngilis-Misir Sudanı | |||||
---|---|---|---|---|---|
İngilis-Misir Sudanı | |||||
|
|||||
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni | |||||
|
|||||
Paytaxt | Xartum | ||||
Ən böyük şəhər | Xartum | ||||
Dilləri | ərəb dili, ingilis dili | ||||
Rəsmi dilləri | ərəb dili | ||||
Dövlət dini | islam, animizm, xristianlıq | ||||
Valyuta | Misir funtu[d] | ||||
Ərazisi | 2530397 km2 | ||||
Əhalisi | sudanlılar | ||||
İdarəetmə forması | müstəmləkə, kondominium | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1820-ci ildə Misir valisi Məhəmməd Əli Sudanın şimalını fəth etdi.[1] Bölgənin uzun müddət Misirlə dil, mədəni, dini və iqtisadi oxşarlıqları və əlaqələri var idi. Sudan fironların dövründən başlayaraq tez-tez Misir hakimiyyəti altına düşürdü. Məhəmməd Əli Osmanlı imperiyasından ayrılmaq üçün öz gücünü fəal şəkildə genişləndirməyə çalışırdı. Bunun üçün Sudanın ona tabe olmasını istəyirdi. Onun və xələflərinin hakimiyyəti dövründə “Nil vadisində birliyi” qorumaq üçün Misir və Sudan vahid bir qurum kimi idarə olunurdu. Bu siyasət, ilk növbədə, hakimiyyəti dövründə Sudanın qalan hissəsinin böyük hissəsi fəth edilən İsmayıl Paşa tərəfindən davam etdirilib və gücləndirilibdir.
1869-cu ildə Süveyş kanalının açılması ilə Misir və Sudanın iqtisadi və strateji əhəmiyyəti xeyli artdı və bu, böyük dövlətlərin, xüsusən də Böyük Britaniyanın diqqətini cəlb etdi. On il sonra, 1879-cu ildə İsmayıl Paşa hökumətinin böyük xarici borcu onun vəzifədən uzaqlaşdırılması və Kavalalı Tofiq Paşanın dövlətinin başçısı olması üçün bəhanə oldu. Tofiq Paşanın xarici güclərin əli ilə hakimiyyətə gəlişi Misir və Sudan millətçilərini qəzəbləndird. Oonlar Avropa hökumətlərinin və tacirlərinin ölkənin işlərində artan təsirindən narazı qaldılar. Bu Ərəbi Paşanın başçılığı ilə üsyanla nəticələndi. Tofiq Paşa kömək üçün İngiltərəyə müraciət etdi.
İngilislər Misirin əsas limanı olan İsgəndəriyyəyə hücum etdilər və sonra ölkəni işğal etdilər.[1] İngilis qüvvələri Ərəbi Paşa hökumətini devirdi və 1882-ci ildə Misir və Sudanın qalan hissəsini fəth etməyə başladılar. Tofiq Paşanın hakimiyyəti bərpa olunsa da, əslində ingilislər Misir və Sudanın daxili və xarici işlərinə getdikcə daha çox qarışırdılar.
Tofiq Paşanın Britaniya işğalına razılığı bütün Misir və Sudanda dözülməz vəziyyət yaratdı. İngilis qoşunlarının əksəriyyəti İsgəndəriyyə, Qahirə və Süveyş kanalı da daxil olmaqla Misirin şimalında cəmləşmişdi. Amma Sudanda qoşun az idi və nəticədə orada üsyan başladı. Misir xedivi Tofiq Paşa ingilis, general Çarlz Corc Qordonu Sudanın general-qubernatoru təyin etdi. Dini lider Məhəmməd Əhməd (Məhəmməd ibn Abdullah) 1881-ci ildə özünü “Mehdi” elan edərək və türk-Misir bürokratiyasına qarşı üsyana rəhbərlik etdi. Mehdi vergilərin ləğvini elan etdi osmanlılara və misirlilərə qarşı müqəddəs müharibə (cihad) üçün ordu yaratmağa başladı. Qərbi və mərkəzi Sudanın tayfalarını birləşdirməyə çalışdı. Üsyan həm siyasi, həm də dini xarakter daşıyırdı. Üsyan Xartumun tutulması və 1885-ci ildə ingilis generalı Çarlz Corc Qordonun ölümü zamanı pik həddə çatdı.[2] Tofiq Paşa ordusu və İngiltərə qüvvələri demək olar ki, bütün Sudandan geri çəkilməyə məcbur oldu və Məhəmməd Əhməd teokratik dövlət qurdu.[3]
Məhəmmədin dini hökuməti ənənəvi İslam normalarını tətbiq etdi və bütün ingilislər Sudan və Misirdən qovulana qədər hərbi əməliyyatların davam etdirilməsinin vacibliyini vurğuladı. O, Xartumu aldıqdan altı ay sonra vəfat etsə də, Məhəmmədin çağırışı 1887-ci ildə Efiopiyanı işğal edən, 1889-cu ildə Qondara və şimal Sudan və Misirə çatan varisi Abdullah ibn əl-Səid Məhəmməd tərəfindən dəstəkləndi. Lakin onun ordusu Bu işğal Tofiq Paşa tərəfindən dayandırıldı və hərbi qüvvələr Efiopiyadan çıxarıldı.
Mehdiyyə üsyanının məğlubiyyətindən sonra Tofiq Paşanın oğlu II Abbas Hilmi Paşa və britaniyalılar Sudan üzərində nəzarəti bərpa etmək qərarına gəldilər. Birləşmiş ingilis-Misir ordusuna komandanlıq edən Herbert Kitçener 1896-1898-ci illərdə hərbi kampaniyalara rəhbərlik etmişdir. Kitçenerin kampaniyasının pik həddi Omdurman döyüşü oldu. Bu döyüşlə Sudanın yenidən əsarət altına düşməsi rəsmiləşdi. İngiltərənin Misirdəki təsirinin rəsmi olaraq məsləhət xarakteri daşıdığını nəzərə alsaq (baxmayaraq ki, əslində bu, daha birbaşa idi), ingilislər Sudandakı rollarının rəsmiləşdirilməsində təkid edirdilər. Beləliklə, 1899-cu ildə Sudanın rəhbəri Böyük Britaniyanın icazəsi ilə təyin edilmiş misirli generalın olduğu müqavilə qəbul edildi. Amma əslində ingilislər misirli və sudanlı millətçiləri sevmirdi, ona görə də Sudan əslində Britaniya imperiyasının koloniyası idi. İngilislər “parçala, hökm et” siyasətinə əməl edərək Misirli Məhəmməd Əlinin dövründə başlayan Nil vadisinin birləşmə prosesini tamamilə dayandırmaq və ərazilərin daha da sıx birləşməsinə mane olmaq istəyirdilər.
Bu siyasət Sudan daxilində də tətbiq edildi. 1924-cü ildə bu ərazi faktiki olaraq iki yerə bölündü: ərəb dilinin üstünlük təşkil etdiyi müsəlman şimalı və ingilis dilinin üstünlük təşkil etdiyi animist-xristian cənubu. 1910-cu ildə Lado anklavının ərazisi Sudana birləşdirildi.
Böyük Britaniyanın Misirdə uzun sürən işğalına görə, narazılıq getdikcə daha da artdı. Misir hakimiyyəti Misir və Sudandan ibarət bərabərhüquqlu birləşmiş dövlət yaratmaq istəyirdi. 1914-cü ildə Misirdə Osmanlı hakimiyyətinə rəsmi son qoyulduqdan sonra Hüseyn Kamil, ondan sonra hökmranlıq edən qardaşı I Əhməd Fuad kimi özünü Misir və Sudanın sultanı elan etdi. Dövlətin adı dəyişdirilərək Misir və Sudan Krallığı adlandırılanda vahid dövlət yaratmaq təkidi yenidən ortaya çıxdı, lakin ingilislər buna mane oldular.
Qahirə hökumətinin Sudanın tam İngilis işğalından imtina etməsi Sudanın özünün müstəqilliyinə can atan təşkilatların yaranmasına səbəb oldu. Bu yolda ilk əlamət 1924-cü ildə Ağ Bayraq Liqası kimi tanınan bir qrup Sudanlı zabitin rəhbərlik etdiyi bir təşkilat idi. Qrupa Əli Əbdüllətif və Əbdül Fadil Almaz rəhbərlik edirdi.
İngiltərə-Misir Sudanı səkkiz əyalətə bölünürdü. Lakin əyalətlər yaradılanda onların sərhədləri qeyri-müəyyən idi. Yalnız İkinci Dünya müharibəsinin başlaması ilə əyalətlərin ərazisi və sərhədləri dəqiqliklə müəyyən edildi. Səkkiz əyalətə bunlar daxil idi: Mavi Nil, Darfur, Ekvatoriya, Kassala, Xartum, Kurdufan, Şimali və Yuxarı Nil. 1948-ci ildə Bəhr əl Qəzəl Ekvatoriya əyalətindən ayrıldı.[4]
1936-cı ildə Misirin işğalının başa çatmasına baxmayaraq (Süveyş kanalı zonası istisna olmaqla) ingilislər Sudandakı qüvvələrini saxlamağa davam edirdilər. Misir hökuməti birgə idarəçiliyin ləğvi barədə dəfələrlə bəyanatlar verirdi. Onlar Britaniya işğalının qeyri-qanuni olduğunda təkid edirdilər. I Faruq özünün Misir və Sudan kralı kimi tanınmasını israr edirdi, lakin ingilislər bunu etməkdən boyun qaçırırdılar.
Sudanın İngiltərə işğalı yalnız Misirdə iyul inqilabı ilə sona çatdı. Monarxiya ləğv edildikdən sonra dövlət başçıları Sudanlı zabitin övladı kimi böyüyən Məhəmməd Naqib və Camal Əbdül Nasir Sudanda ingilislərin işğalına son qoymaq üçün Misirin Sudana olan iddialarından əl çəkməli olduğu qənaətinə gəldilər. İngilislərin iddiaları Misirin suverenliyindən asılı olduğundan, inqilabçılar belə nəticəyə gəldilər ki, onların taktikaları ingilislərə getməkdən başqa seçim buraxmayacaq.
1954-cü ildə Böyük Britaniya və Misir hökumətləri Sudanın müstəqilliyini tanıyan saziş imzaladılar. Britaniya-Misir müqaviləsinə əsasən, 1956-cı il yanvarın 1-də Sudan Misirlə 136 illik müttəfiqliyə və 55 illik Britaniya hakimiyyətinə son qoyaraq, suveren dövlət oldu.
The Anglo-Egyptian Sudan