Bazar adası — Xəzər dənizinin şimal-qərbində yerləşən, Çeçen arxipelaqının adalarından biri. İnzibati cəhətdən Rusiyanın Dağıstan Respublikasında, Mahaçqala şəhər rayonunda yerləşir. Adanın iqlimi soyuq və qurudur.
Bazar adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | -25,8 m |
Əhalisi |
|
Yerləşməsi | |
43°54′25″ şm. e. 47°42′43″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
|
Adanın adı tatarca "bazar" – "düzlük" sözündəndir[1].
Bazar adası Aqraxan yarımadasının şimalında, Çeçen arxipelaqının tərkibində yerləşir. Adanın şərqində Piçujonok adası, şimalında Çeçen, cənubunda Yaiçni yerləşir. Ada digərlərindən dayaz boğazlar ilə ayrılır: Piçujonok adasından — Yaiçni boğazı ilə və Yaiçni adasından — Kalmıçonok boğazı ilə.
Adanın sahil xətti dəniz səviyyəsindəki dalğalanmalara, Terek çöküntülərinə, axınlara və düynlərin hərəkətinə görə dəyişkəndir. Bazar adası buxtaları və körfəzləri ilə doludur. Adanın uzunluğu təxminən 4 km, eni 3 km-ə qədərdir. Onun sahəsi təxminən 8 km²-dir.
Xəzər dənizində səviyyənin enməsi dövründə Yaiçnı və Bazar adaları arasındakı boğaz yox olur və iki ada birləşir[2].
Ada Sulak və Terek çaylarının çöküntülərindən əmələ gəlmişdir[3]. 21-ci əsrin əvvəllərində Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində Bazar adasının sahəsi xeyli azalır, lakin 2010-cu illərdə Xəzər dənizinin dayazlaşması ilə əlaqədar olaraq arxipelaqın digər adalarının ərazisi kimi, tədricən böyüyür.
Adada orta temperatur 12°C-dir. Ən isti ay iyul (26 °C), ən soyuq ay isə yanvar (−2 °C) ayıdır. Orta illik yağıntı 482 mm-dir. Ən yağışlı ay dekabr (69 mm yağıntı), ən quraq ay isə avqustdur (16 mm).