Mor Yokai

Mor Yokai (mac. Jókai Mór; 18 fevral 1825[1][2][…], Komarno5 may 1904[1][2][…], Budapeşt[3]) — Macarıstan dramatisti, romançı və inqilabçısı. Peşt şəhərində 1848-ci ildə başlanan Macarıstan Liberal İnqilabının fəal iştirakçısı və lideri olmuşdur. Yokainin romantik üslubda yazılan romanları Viktoriya dövründə İngiltərənin elit təbəqələri arasında məşhurlaşdı; ingilis mətbuatında onu Çarlz Dikkens ilə müqayisə edirdilər.[4][5] Onun ən məşhur pərəstişkarlarından və heyranlarından biri də elə Kraliça Viktoriyanın özü idi.[6]

Mor Yokai
mac. Jókai Mór
Doğum adı Ásvay Jókay Móric
Doğum tarixi 18 fevral 1825(1825-02-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 may 1904(1904-05-05)[1][2][…] (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti yazıçı, dramaturq, siyasətçi, jurnalist
Əsərlərinin dili Macar dili
Üzvlüyü
İmza
Vikimənbənin loqosu Mor Yokai Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macarıstan krallığının Komarom (hazırda Slovakiyanın Komarno şəhəri) şəhərində anadan olmuşdur. Atası Jozef qədim Yokai ailəsinin Asva qolunun nümayəndəsi idi.

12 yaşı olarkən atasının vəfat etməsindən sonra ailəsi Mordan atasının sənətini davam etdirməsini istədi. Beləliklə, Mor hüquq sənətinə yiyələndi və hüquqşünas kimi ilk işində uğur qazandı.

1925-ci ilin 1 fevralında Macarıstan hökuməti tərəfindən Mor Yokainin şərəfinə üç poçt möhürü istifadəyə verildi.[7]

  • "Adi günlər" / mac. Hétköznapok (1846)
  • "İnqilab və döyüş səhnələri" / mac. Forradalmi és csataképek (1850)
  • "Qaçağın gündəliyi" / mac. Egy bujdosó naplója (1851)
  • "Transilvaniyanın qızıl əsri" / mac. Erdély aranykora (1852)
  • "Macarıstanda türk dünyası" / mac. Török világ Magyarországon (1853)
  • "Macar nüvvabı" / mac. Egy magyar Nábob (1853—1854)
  • "Yeniçərlərin son günləri" / mac. Janicsárok végnapjai (1854)
  • "Zoltan Karpati" / mac. Kárpáthy Zoltán (1854)
  • "Kasıb zənginlər" / mac. Szegény gazdagok (1860)
  • "Yeni mülkədar" / mac. Az uj foldesur (1862)
  • "Biz qocalanda" / mac. Mire megvénülünk (1865)
  • "Daş ürəkli adamın oğulları" / mac. A kőszívű ember fiai (1869)
  • "Qızıl almazlar" / mac. Fekete gyemantok (1870)
  • "Qızıl adam" / mac. Az Arany Ember (1872)
  • "Gələcək əsrin romanı" / mac. A jövő század regénye (1872—1874)
  • "Adsız qəsr" / mac. A névtelen vár (1877)
  • "Fırıldaqçı Quqo fon Habenixtin macəraları" / mac. Egy hirhedett kalandor a 17. századból (1879)
  • "Dəniz gözlü xanım" / mac. A tengerszemu holgy (1890)
  • "Rakotsinin cavanlığı" / mac. Rákóczy fia (1892)
  • "Dyord qardaş" / mac. Frater Gyorgy (1893)
  • "Başqa zamanlar — başqa dəblər"
  • "Edam kürsüsünə qədər sevgi"
  • "Tanrının hökmü"
  • "İki dəfə ölmək"
  • "Qəlbin əzadarı"
  • "Buz altında 20000 il" / mac. Egész az északi pólusig!
  • "Ruhların əhliləşdiricisi"

Kiçik prozası

[redaktə | mənbəni redaktə et]
  • "Vəhşi güllər" / Vadon virágai (1848, hekayə toplusu)
  • "Sarı qızlgül" / Sárga rózsa (1893, povest)
  • "Xəyal və həyat" (povest)
  • "Qəbristanlıq kabusları" (hekayə)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Mor Jokai // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Йокаи Мор // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Charles Hebbert; Norm Longley; Dan Richardson. Rough Guide. Hungary. Rough Guides. 2002. səh. 212. ISBN 9781858289175. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
  5. University of London. School of Slavonic and East European Studies. The Slavonic and East European Review, Voluma 8. Jonathan Cape. 1929. səh. 359. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
  6. Lóránt Czigány. The Oxford history of Hungarian literature from the earliest times to the present. Clarendon Press. 1984. səh. 222. ISBN 9780198157816. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
  7. https://colnect.com/en/stamps/list/country/6955-Hungary/year/1925

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]