Benzion Netanyahu (Benzion Melikovski ivr. בֶּנְצִיּוֹן נְתַנְיָהוּ; 25 mart 1910[2], Varşava – 30 aprel 2012[3][2][…], Qüds, İsrail)[4][5] — Polşada anadan olmuş yəhudi tarixçisi, ensiklopediyaçısı və ortaəsrşünas alim. O, Kornel Universitetində tarix professoru vəzifəsində çalışıb, yəhudi xalqının tarixi üzrə mütəxəssis olub. Həmçinin yəhudi dövlətinin yaradılmasına dəstək vermək üçün ABŞ-də lobbiçilik hərəkatının fəallarından olub. Onun əsas təcrübə sahəsi İspaniyada yəhudilərin tarixi olub və o, İvrit Ensiklopediyasının redaktoru, Bencamin Azkinin köməkçisi və Zeo Jabotinskinin şəxsi katibi olmuşdur.
Benzion Netanyahu | |
---|---|
Doğum adı | Benzion Milejkowski |
Doğum tarixi | 25 mart 1910[2] |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 2012[3][2][…] (102 yaşında) |
Vəfat yeri | |
Uşaqları | |
Atası | Natan Mileykovski |
Elm sahələri | tarix, Yəhudişünaslıq[1], Sionizm[1] |
İş yerləri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
1944-cü ildə Benzion Netanyahu Fələstində oxuyarkən tanış olduğu Zila Seqalla (1912–2000) ailə həyatı qurub. Cütlüyün üç oğlu var idi: Entebbe əməliyyatına rəhbərlik edən Yonatan Netanyahu, İsrailin Baş Naziri Benyamin Netanyahu və həkim, yazıçı və dramaturq İddo Netanyahu. O, uzun müddət yəhudi dövləti uğrunda mübarizəyə yönəlmiş barışmaz revizionist sionist hərəkatının aparıcı simalarından biri olan Zeev Jabotinskini müdafiə etmişdir.