Beynəlxalq Fizika Olimpiadası

IPhO 2019-un qızıl medalı

Beynəlxalq Fizika Olimpiadası (IPHO — International Physics Olympiad) – ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilmiş yarış. Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığında 5 şagird iştirak edir. Bununla yanaşı hər ölkə müşahidəçilərlə də təmsil olunur. Olimpiada adətən iyul ayının ortalarında, hər dəfə fərqli bir ölkənin təşkillatçılığı altında keçirilir və ümumi 9–10 günü əhatə edir. Hazırkı prezidenti Prof Rajdeep Singh Rawatdır.

Yarışın strukturu

[redaktə | mənbəni redaktə et]

1. Hər komanda yalnız orta məktəb şagirdlərindən ibarət olmaqla 5 nəfərdən artıq olmamalıdır. Universitet tələbələrinin iştirakına icazə verilmir. Hər komandaya 2 rəhbər başçılıq edir.

2. Yarış iki hissədən ibarətdir. Hər bir hissə üçün 1 gün vaxt ayrılır. Birinci gün fizikanın müxtəlif sahələrini əhatə edən 3 nəzəri məsələ, ikinci gün isə 1 vəya 2 təcrübi məsələ təklif olunur. Hər iki hissə üçün 5 saat vaxt ayrılır.

3. Təklif olunan məsələlər şagirdlərə öz ana dillərində verilir və şagirdlər də məsələlərin həllini öz dillərində yazırlar.

4. Şagirdlər imtahandan çıxdıqdan sonra onların yazılarının surətləri çıxarılır, komanda rəhbərlərinə və sual yoxlama komissiyasına (koordinatorlara) verilir. Hər iki tərəf yazıları nəzərdən keçirir, yazılanlar sualların qiymətləndirilməsi cədvəlinə əsasən qiymətləndirir və koordinasiya zamanı bu qiymətləndirmə müzakirə olunur. Tərəflər razı qaldıqda qiymətləndirmə kağızına imzalar ataraq bu prosesi bitirmiş olurlar.

5. Nəzəri məsələlər cəmi 30, təcrübi məsələr 20 bal olmaqla cəmi 50 balla qiymətləndirilir.

6. Ümumi bala görə yarış iştirakçıların 8% -ə qədəri qızıl, 25%-ə qədəri qızıl və gümüş, 50% -ə qədər qızıl, gümüş və bürünc medallarla ,67% -ə qədər həvəsləndirici mükafatlarla mükafatlandırılır. Bundan əlavə ən yaxşı həllə görə, nəzəri və təcrübi imtahanlarda ən yüksək nəticəyə və s. göstəricilərə görə xüsusi mükafatlar verilir.

Qızıl 8 %
Gümüş 25 %
Bürünc 50 %
Həvəsləndirici mükafat 67 %

Olimpiadanın proqramı[1]

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Fizika olimpiadasının proqramı təxminən aşağıdakı kimi olur:

1-ci gün: Komandaların qarşılanması.

2-ci gün: Olimpiadanın rəsmi açılış mərasimi. Mərasim adətən rəsmi və bədii hissədən ibarət olur. Mərasimdən sonra komanda rəhbərləri və təşkilatçılar nəzəri məsələləri müzakirə etmək və öz dillərinə tərcümə etmək üçün toplaşırlar.

3-cü gün: Nəzəri imtahan keçirilir. Günortadan sonra şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və müşahidəçilər üçün ekskursiyalar təşkil olunur.

4-cü gün: Şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və təşkilatçılar təcrübi məsələləri müzakirə etmək və öz dillərinə tərcümə etmək üçün toplaşırlar.

5-ci gün: Təcrübi imtahan keçirilir. Günortadan sonra şagirdlərə müəyyən ekskursiya turları təşkil olunur. Komanda rəhbərləri və müşahidəçilər üçün ekskursiyalar təşkil olunur. Komanda rəhbərləri koordinatorlarla bərabər şagirdlərin yazı işlərini yoxlayırlar.

6-cı gün: Şagirdlər və komanda rəhbərləri üçün müəyyən ekskursiyalar və ya elmi konferanslar təşkil olunur.

7-ci gün: Komanda rəhbərləri koordinatorlarla bərabər şagirdlərin yazı işlərini yoxlayırlar (Moderation).

8-ci gün: Olimpiadanın rəsmi bağlanış mərasimi - medal və mükafatların təqdim edilməsi.

9-cu gün: Komandaların yola salınması.

Beynəlxalq olimpiadaların keçirilməsi və istedadlı şagirdlərin üzə çıxarılması ideyası daha əvvəllər də mövcud idi. Beynəlxalq Riyaziyyat Olimpiadası hələ 1959-cu ildən keçirilməyə başlanmışdı. Bu olimpiadanın müvəffəqiyyəti və əldə olunan müsbət nəticələr fizika üzrə də belə bir beynəlxalq olimpiadanın keçirilməsi zərurətini yaratmışdı. Bu səbəblə Polşadan olan professor Czesław Ścisłowski , Çexoslavaikayadan professor Rostislav Kostial və Macarıstanlı professor Rudolf Kunfalvi bu məsələni müzakirə etmiş və ilk Beynəlxalq Olimpiadanın öz ölkələrində keçirilməsi üçün təkliflərini irəli sürmüşdür. Ən yaxşı təşkilatçılıq təklifinə görə olimpiada 1967-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilməsinə qərar verilmişdir.

Bu olimpiadanın Beynəlxalq Riyaziyyat olimpiadasından əsas fərqi onda idi ki, Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirakçılar ancaq nəzəri məsələlər həll edirdilərsə bu olimpiadada isə nəzəri məsələlərlə yanaşı təcrübi məsələlər də həll etməli idilər. Bu baxımdan yarışmanın təşkilatçılığı daha mürəkkəb və maliyəti də daha bahalı idi.

Olimpiada keçirilməmişdən bir neçə ay əvvəl bütün Mərkəzi Avropa ölkələrinə olimpiadada iştirak üçün dəvət göndərildi. Beləliklə ilk olimpiada dəvəti qəbul edən Bolqarıstan, Macarıstan, RuminiyaÇexoslavakiya və təşkilatçı ölkə olaraq Polşanın iştirakı ilə keçirildi. Həmin olimpiadada hər ölkə 3 şagird və onlara rəhbərlik edən 1 rəhbərdən ibarət olan komanda ilə təmsil olunurdu. Olimpiadada bir gün nəzəri məsələlərə , bir gün də təcrübi məsələlərə vaxt ayrıldı. Olimpiadada şagirdlər 4 nəzəri, 1 də təcrübi məsələ həll etməli idilər. Ancaq qiymətləndirmə üçün iştirakçılar bir neçə gün gözləməli idilər. Bu müddət ərzində iştirakçılar üçün təyyarə ilə KrakovQdansk şəhərlərinə ekskursiyalar təşkil olundu.

İkinci olimpiada 1968-ci ildə Prof. Rudolf Kunfalvi nin təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirildi. Həmin olimpiadada əvvəlki ölkələrlə yanaşı ADR(Almaniya Demokratik Respublikası), SSRİYuqoslaviya da iştirak etdi. Beləlilkə bu olimpiadada iştirakçı ölkə sayı 8-ə yüksəlmiş oldu. Əvvəlki olimpiadada da olduğu kimi burada da hər ölkə 3 şagird və 1 rəhbərlə təmsil olunurdu.

3-cü olimpiada Çexoslovakiyanın Brno şəhərində Prof. Rostislav Kostial nın təşkilatçılığı ilə keçirildi. Əvvəlki olimpiadalardan fərqli olaraq burada hər komanda 5 şagird və 2 rəhbərlə təmsil olundu. Brnodakı olimpiada daha əvvəl qəbul olunmuş nizamnaməyə əsasən keçirildi.

Növbəti olimpiada 1970-ci ildə Moskva şəhərində keçirildi. Burada hər komanda 6 şagird və 2 rəhbərlə təmsil olunurdu. Bu olimpiadada əvvəlki nizamnaməyə bir neçə dəyişiklik edildi.

1971-ci ildə Bolqarıstanın paytaxtı Sofiya keçirlən 6-cı olimpiadadan etibərən artıq hər komanda 5 şagird və 2 rəhbərlə təmsil olunmağa başlandı.

6-cı olimpiada Ruminiyanın Buxarest şəhərində keçirildi. Bu olimpiada bəzi əhəmiyyətli hadisələrə görə yadda qalan oldu. Belə ki, burada avropadan olmayan ölkə-Kuba və Qərbi Avropadan ilk dəfə olaraq Fransa da iştirak edirdi.

Təəssüf ki, 1973-cü ildə baxmayaraq ki, iştirakı ölkələrin sayı əvvəlki illərə nəzərən daha çox idi, ancaq heç bir ölkə olimpiadanın keçirilməsini öz öhdəsinə götürmədi. Olimpiadanın davam etməsi üçün 1974-cü ildə 7-ci olimpiada yenidən Varşava şəhərində keçirilməli oldu.

1975, 1976-cı illərdə olimpiada ilk dəfə olaraq ADR, Macarıstanda ,1977 də isə ikinci dəfə Çexoslavakiyada keçirildi. 1978 və 1980-da olimpiada müəyyən siyasi səbəblərə görə keçirilmədi. 1979-cu ildə olimpiada iknci dəfə SSRİ-də keçirildi. 1982-ci ildə ilk dəfə olmaqla 13-cü olimpada sosyalist olmayan –AFR-də təşkil olundu.

Beləliklə olimpiada bu ildən etibarən istisnasız olaraq hər il keçirilməyə davam etdi. Hazırda olimpiadada 80 dən artıq ölkə iştirak edir. Azərbaycan komandası 1999-cu ildən bu olimpiadada iştirak etməkdədir.

Beynəlxalq Fizika Olimpiadasının təşkilatçıları (1967–2022-ci illər)

N İl Şəhər Ölkə Keçirilmə vaxtı
I 1967 Varşava Polşa 25 İyun — 1 İyul (7 gün)
II 1968 Budapeşt Macarıstan 23–29 İyun (7 gün)
III 1969 Brno Çexoslavakiya 23 İyun — 2 İyul (10 gün)
IV 1970 Moskva SSRİ 5–15 İyul (11 gün)
V 1971 Sofiya Bolqarıstan 2–11 İyul (10 gün)
VI 1972 Buxarest Rumıniya 8–18 İyul (11 gün)
VII 1974 Varşava Polşa 8–20 İyul (13 gün)
VIII 1975 Questrov ADR 7–17 İyul (11 gün)
IX 1976 Budapeşt Macarıstan 1–8 İyul (8 gün)
X 1977 Hradec Kralove Çexoslavakiya 7–17 İyul (11 gün)
XI 1979 Moskva SSRİ 2–10 İyul (9 gün)
XII 1981 Varna Bolqarıstan 1–10 İyul (10 gün)
XIII 1982 Malente AFR 19–29 İyun (11 gün)
XIV 1983 Buxarest Ruminiya 5–14 İyul (10 gün)
XV 1984 Sigtuna İsveç 24 İyun — 1 İyul (8 gün)
XVI 1985 Portoroz Yuqoslaviya 23–30 June (8 gün)
XVII 1986 London-Harrov Böyük Britaniya 13–20 İyul (8 gün)
XVIII 1987 Jena ADR 5–13 İyul (9 gün)
XIX 1988 Bad Işl Avstriya 23 İyun — 2 İyul (10 gün)
XX 1989 Varşava Polşa 16–24 İyul (9 gün)
XXI 1990 Groningen Hollandiya 5–13 İyul (9 gün)
XXII 1991 Havana Kuba 1–9 İyul (9 gün)
XXIII 1992 Helsinki-Espoo Finlandiya 5–13 İyul (9 gün)
XXIV 1993 Uilliamsburq ABŞ 10–18 İyul (9 gün)
XXV 1994 Pekin Çin 11–19 İyul (9 gün)
XXVI 1995 Kanberra Avstraliya 5–12 İyul (8 gün)
XXVII 1996 Oslo Norveç 30 İyun — 7 İyul (8 gün)
XXVIII 1997 Sudbery Kanada 13–21 İyul (9 gün)
XXIX 1998 Reykyavik İslandiya 2–10 İyul (9 gün)
XXX 1999 Padova İtaliya 18–27 İyul (10 gün)
XXXI 2000 Leister Böyük Britaniya 8–16 İyul (9 gün)
XXXII 2001 Antalya Türkiyə 28 İyun — 6 İyul (9 gün)
XXXIII 2002 Nusa Dua İndoneziya 21–30 İyul (10 gün)
XXXIV 2003 Taypey Tayvan 2–11 Avqust (10 gün)
XXXV 2004 Pohang Cənubi Koreya 15–23 İyul (9 gün)
XXXVI 2005 Salamanka İspaniya 3–12 İyul (10 gün)
XXXVII 2006 Sinqapur Sinqapur 8–17 İyul (10 gün)
XXXVIII 2007 İsfahan İran 7–16 İyul (10 gün)
XXXIX 2008 Hanoy Vyetnam 20–29 İyul (10 gün)
XL 2009 Merida Meksika 11–19 İyul (9 gün)
XLI 2010 Zaqreb Xorvatiya 17–25 İyul (9 gün)
XLII 2011 Banqkok Tayland 10–18 İyul (9 gün)
XLIII 2012 Tallin və Tartu Estoniya 15–24 İyul (10 gün)
XLIV 2013 Kopenhagen Danimarka 7–15 İyul (9 gün)
XLV 2014 Astana Qazaxıstan 13–21 İyul (9 gün)
XLVI 2015 Mumbay Hindistan 5–12 İyul (8 gün)
XLVII 2016 Sürix İsveçrə və Lixteinstein 11 – 17 İyul (7 gün)
XLVIII 2017 Yogyakarta İndonesiya 16 – 24 İyul (9 gün)
XLIX 2018 Lizbon Portuqaliya 21 – 29 İyul (9 gün)
L 2019 Tel Aviv İsrail 7 – 15 İyul (9 gün)
LI 2020 COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdır. Bunun əvəzində, IPhO tərəfindən təsdiqlənmiş və Rusiya Federasiyası tərəfindən təşkil edilmiş IdPhO 2020 tədbiri keçirilmişdir.
LII 2021 Vilnus Litva 17–24 İyul (8 gün)
LIII 2022 Siyasi səbəblərlə əlaqədar olaraq, Beynəlxalq Fizika Olimpiadası (IPhO) Belarus Respublikası əvəzinə İsveçrə Konfederasiyası tərəfindən distant (onlayn) formatda təşkil edilmişdir. Minsk 11–17 İyul (7 gün)
LIV 2023 Yaponiya Tokio
LV 2024 İran İsfahan
LVI 2025 Fransa
LVII 2026 Kolumbiya
LVIII 2027 Macarıstan
LIX 2028 Cənubi Koreya
LX 2029 Ekvador

Bütün zamanların ən yaxşı nəticələrinə malik hazırkı on ölkə aşağıdakılardır:

sıra Ölkə Qızıl Gümüş Bürünc Həvəsləndirici mükafat
1 Çin ÇXR 136 21 9 2
2 Rusiya 82 46 10 4
3 Cənubi Koreya Cənubi Koreya 79 26 24 7
4 Tayvan 75 29 18 8
5 ABŞ ABŞ 71 48 29 11
6 Rumıniya 51 84 62 30
7 Sinqapur Sinqapur 48 38 27 25
8 Hindistan Hindistan 45 44 14 7
9 Bolqarıstan 44 67 94 35
10 Sovet İttifaqı 41 26 22 12

Azərbaycan Beynəlxalq Fizika olimpiadasında

[redaktə | mənbəni redaktə et]

Azərbaycan komandası 1999-cu ildən bu yarışlarda iştirak edir. Komandamız ən yaxşı nəticəni 2002-ci ildə İndoneziyada əldə etmişdir. Burada 4 şagirdimizin[3] 3-ü qızıl, 1-i gümüş medala layiq görülmüş və komanda hesabında 3-cü olmuşdur. Olimpiadadan qayıtdıqdan sonra şagirdləri və rəhbərləri qəbul edən umummilli lider mərhum Heydər Əliyev bu nailiyyəti əfsanəvi qələbə olaraq adlandırmışdır. Umumilikdə 1999-cu ildən etibarən Azərbaycan komandası 2009-cu ildə Meksikada keçirilən olimpiada istisna olmaqla hər il iştirak edir və müxtəlif nailiyyətlər əldə edir. Ümumilikdə komandamız keçən 21 il ərzində 5 qızıl, 8 gümüş, 20 bürünc olmaqla 31 medal və 15 həvəsləndirici mükafata layiq görülmüşdür.

  1. https://ipho-unofficial.org/countries/
  2. https://www.ipho-new.org/board-member/
  3. https://www.olimpiada.edu.az/page/9-beyn%C9%99lxalq-fiziki-olimpiadas%C4%B1-(ipho)
  1. (#empty_citation)http://www.geocities.ws/fizikaolimpiadalari/ipho.htm#top Arxivləşdirilib 2022-06-07 at the Wayback Machine
  2. (#empty_citation)https://en.wikipedia.org/wiki/International_Physics_Olympiad#History Arxivləşdirilib 2022-07-22 at the Wayback Machine
  3. (#empty_citation)https://ipho-unofficial.org/timeline/2002/individual Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine

Xarici linklər

[redaktə | mənbəni redaktə et]