Beyzavi

Bəyzavi və ya Qazı Bəyzavi (XIII əsr[2], Ərdəkan, Fars ostanı1286[3], Təbriz[4]) — Azərbaycan türkü, hüquqçu, alim, tarixçi və müfəssir.

Abdullah Bəyzavi
Doğum tarixi XIII əsr[2]
Doğum yeri
Vəfat tarixi 1286[3]
Vəfat yeri
Elm sahələri təfsir, teologiya[1], dinşünaslıq[1], hüquq[1], fəlsəfə[1]

Tam adı Abdullah ibn Ömər ibn Məhəmməd Nasıruddin əl Bəydavidir. Şiraz yaxınlarındakı Bəyda qəsəbəsində doğulmuş və yetişmişdir. Şirazda başqazı ikən müəllimi Məhəmməd ibn Məhəmməd Kəthaninin tövsiyəsiylə qazılığı buraxaraq[5], İslami elmlər üzərində çalışmağa başlamışdır.

Xacə Nəsirəddin Tusi öz zəmanəsində yaşamış məşhur Quran təfsirçisi Qazı Beyzavi Şafei ilə dostluq edirdi. (Qeyd etmək yerinə düşər ki, Qazı Beyzavi Nəsirəddin Tusinin "Füsuli-Nasiriyyə" kitabını şərh etmişdir). Bir dəfə camaatın gözü qarşısında Tusi Qazı Beyzavinin atının üzəngisini tutub onun ata minməsinə kömək etmişdi. Xacədən soruşdular ki, Qazıya münasibətdə bu qədər ehtiram va təvazönün səbəbi nədir? Cavab verdi: "Çoxdan istəyirdim ki, bir nəfərə qarşi belə təvazökarlıq edib qulluğunda durum. Nə qədər axtardımsa, bunun üçün Qazıdan daha layiqli şəxs tapa bilmədim. Ona görə bu ehtiramı ona göstərdim". Nəzərə almaq lazımdır ki, Xacə Tusi bu zaman vəzifə sahibi va hökmdarın vəziri idi[6].

Qazi Beyzavi daha sonra Təbrizə yerləşmiş və 1286-cı ildə burada ölmüşdür.

Ən böyük və ünlü çalışması "Ənvarut Tənzil və Əsrarut Təvil" (tənzilin nurları və təvilin əsrarları) adlı Quran təfsiridir. Türkcədə və Türkiyədə Bəydavi Təfsiri olaraq bilinən bu əsər əsrlərcə mədrəsələrdə oxudulmuşdur. Hətta Osmanlı dönəmində seçkin elm adamları tərəfindən bu əsər padişah hüzurunda oxunmuş və çox saylı bir dinləyici kütləsi qazanmış, Osmanlıda bu Bəydavi Təfsiri oxuma seanslarına Hüzur dərsləri adı verilmişdi. Hər dövrdəki İslam alimləri Bəydavi təfsiri haqqında olumlu görüş bildirmişdir.[7]

Azərbaycan Əlyazmalar İnstitutunda əl-Beyzavinin təfsirinin 50-dən çox nüsxələri qorunmaqdadır. Bu nüsxələrin bir neçəsinin əl-Beyzaviyə aid olduğu yeni aşkar edilmişdir.

"Təfsiri-Beyzavi" əsərinin müəllifidir. Fiqh və şəriət məsələlərinə aid çoxlu şərhləri vardır[8].

Məşhur alimlərdən Beyzavi illərlə mədrəsə təhsili verdikdən sonra yeddi, səkkiz dəri kitab yazar. Bu kitabları götürərək hökmdarın hüzuruna çıxmaq üzrə yola çıxır. Günlərlə getdikdən sonra, yolda rast gəldiyi bir qəbilə rəisinin çadırına qonaq olur. Uzun bir elmi söhbətdən sonra qəbilə rəisinin arvadı: — "Oğlum, sən haradan gəlib hara gedirsən?" — deyə soruşar. Qazi Beyzavi "Xorasandan gəldiyini, hökmdarın hüzuruna çıxmaq üçün yola düşdüyünü" — söyləyər. Daha sonra aralarında belə bir söhbət olur: — Bu kitabları yazdım, bunları hökmdara göstərib bir az kömək və ehsan istəyəcəyəm. — Oğlum, sən "Fatihə" surəsini bilirsənmi? — Kitab yazan kimsə "Fatihə"ni bilməzmi? — Elə isə oxu… Beyzavi oxuyarkən dördüncü ayəyə gəldiyində qadın: — "Bunun mənası nədir?" — deyə soruşar. Beyzavi, bu ayənin mənası : — "Yardım, inam və ehsanı ancaq Səndən istəyirik" — deyə cavab verər… Qadın: — Oğlum, sən elmi üzündən oxumusan. Həmçinin kitabları da elə… Uca kitabımızda "Hər şeyi Allahdan istəyin" deyildiyi halda, sən hökmdardan köməkmi gözləyirsən? — deyər. Beləcə, Qazi Beyzavi təkrar Xorasana qayıtdığı zaman yoldaşlarına "illərlə mədrəsə təhsili verdiyim halda, çadırda böyüyən qadının səviyyəsinə çatmamışam!" -deyib yenidən elmi-ü ledün (ilahi sirlərə dair elmlərin) təhsilinə başlayır və məşhur təfsirini yazır.

  • Али-заде, А. А. Байдави Абдулла : Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
  • "Abdullah b. Ömər", İTA, II, 324; TA, VI, 300–301;
  • J. Robson, "al-Baydawī", EI² (Fr.), I, 1163;
  • Andrew Rippin, "Baydawī, al", ER, II, 85–86;
  • E. Kohlberg, "Bayzawī", EIr., IV, 15–17.
  1. 1 2 3 4 5 6 7 8 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Али-заде А. Байдави Абдуллах (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 143.
  4. 1 2 Баидави (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIа. С. 707.
  5. Bilmən, Ö. Nasuhi , Büyük Təfsir Tarihi, Ankara 1960, 2. cilt, s.350
  6. M. T. Müdərris Rezəvi. Əhval və asare-Tusi, s. 275–276
  7. Kitapyurdu
  8. "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A. M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]