Botan (çay)

Botan (türk. Botan Çayı, Botan Suyu və ya Uluçay; kürd. Çemê Botanê; erm. Ջերմ ) ― Türkiyənin cənub şərqində, Siirt ilində çay. Botan çayının yuxarı axını Van ilindən axır və bu hissəyə tez-tez Çatak deyilir. Çatak şəhərinin qərbindən axan Çatak çayının ən yuxarı hissəsi isə bəzən Norduz adlandırılır.[2][3] Çay Van və Hakkari arasındakı sərhəd yaxınlığında yerləşən Norduz yaylası ətrafındakı yüksək dağlardan qaynaqlanır. Çay dərəsi ilə dağların zirvəsi arasındakı hündürlük fərqi təxminən 1000 m-ə çatır. Bu səbəbdən çay öz dərəsi üzərində kanyon yaratmışdır.[4][5]

Botan
Ölkə
Mənsəbi Dəclə
Uzunluğu
Hövzəsinin sahəsi 10.850 km²[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çayın yazdan yayın ortalarına qədər ortalama su sərfi 100–300 m³/san-dir. Aprel və iyun aylarında bu rəqəm 400–600 m³/san, mayda isə 700–1 000 m³/san-ə qədər qalxa bilər.

Çay bu dövrdə Dəclə çayından daha böyük görünür. Yayın sonunda və ya payızda çayın dərinliyi 1 metr (3.3 ft) olur və su sərfi 60 – 80 m³/s-ə qədər enir.[4]

Çaydan keçid yalnız qayıqla mümkündür. Botan çayı dar, dərin və dik dərə ilə axır.

Çayın bir neçə yerində Su elektrik stansiyasının inşası məqsədi ilə tədqiqatlar aparılmışdır. Botan çayı üzərində müxtəlif ölçülü yeddi bənd planlaşdırılır, tikilir və ya tikilməkdədir.[6]

İlk bənd və hidroelektrik stansiya Aydınlar (Tillo) rayonunun dərhal altında tamamlanmışdır. Bənd rəsmi olaraq "Alkumru bəndi" adlandırılsa da, mahalın doğma adından dolayı yerli olaraq "Tillo bəndi" olaraq da istinad edilir.[6] Hündürlüyü 110 metr (360 ft) olan su bəndi 222 meqavattlıq quraşdırılmış gücə malikdir. Alkumru bəndinin aşağı hissəsində çayın axınını tənzimləmək və hidroelektrik enerji istehsal etmək üçün Kirazlık bəndi tikilmişdir və quraşdırılmış gücü 45 meqavattdır.[7]

Hal-hazırda çay üzərində 405 meqavatt gücündəki "Çetin bəndi"nin inşası davam edir. Layihə üçün ümumi investisiya məbləğinin təxminən 450 milyon ABŞ dolları olması gözlənilir.[8] Bundan başqa 2014-cü ildə Pervari bəndinin inşasına başlanmışdır və Keskin bəndinin inşası planlaşdırılır.

  1. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. "Van Sheet E16". 2017-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
  3. "Shahpur Sheet 340-B". 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
  4. 1 2 "Botan Suyu (Uluçay)" (Turkish). Siirt İl Kültür ve Turizm Müdürlüğü. 2011-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 14, 2008.
  5. "Coğrafi Durumumuz" (Turkish). July 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2015.
  6. 1 2 Donat, Yavuz. "Botan Vadisi'nde bir gün" (Turkish). Siirtce. November 15, 2008. May 14, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 16, 2008.
  7. "$60 million dam completed" (Turkish). Siirt Haber Ajansi. 29 August 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 October 2012.
  8. "Global Investment Holdings (GIH), Has Won the Tender for the Cetin Dam and HEPP (Hydro-Electric Power Plant) Project, Held by DSI (State Waterworks Agency)". Global Yatırım. May 7, 2007. November 4, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 16, 2008.