Braziliya yaponları (yap. 日系ブラジル人, nipo-brasileiro; port. nipo-brasileiro) — Cənubi Amerika qitəsində yerləşən Braziliyada məskunlaşmış yapon əsilli əhali.[5] Braziliyada 2,000,000 nəfərə yaxın yapon əsilli vətəndaşın yaşadığı təxmin edilir. Bu rəqəm ölkə əhalisinin 1 % təşkil edir. İlk yapon icması 1908-ci ildə Braziliyaya gəlib.[6] Bu gün Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə Braziliyadır.[7]
Ümumi sayı | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
56.217 Yaponiya vətəndaşı
2,000,000 (təxmini) Braziliya vətəndaşı olan yapon əsilli şəxs. | ||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||
| ||||||||||||||||
Dili | ||||||||||||||||
Dini | ||||||||||||||||
Çoxluq: |
XIX əsrin sonları XX əsrin əvvəllərində qəhvə Braziliyanın əsas ixrac məhsulu hesab olunurdu. XIX əsrdə fermerlər öz plantasiyalarında əsasən Afrikadan olan qara dərililərin əməyindən istifadə edirdilər. 1850-ci ildə ölkədə qul əməyindən istifadənin qadağan edilməsindən sonra bu üsul aradan qalxdı. Quldarlığın qadağan edilməsi plantatorları çətin vəziyyətə salmaqla yanaşı, ümumi məhsuldarlığın aşağı düşməsinə də səbəb olurdu. Mülk sahibləri Avropadan sahələrdə çalışmaq üçün işçi cəlb etməyin yollarını axtarmağa başladılar. Bu axtarışlar dövlətin daxili, ağlaşdırmaq siyasəti ilə də oxşarlıq təşkil edirdi. Həmin dövrdə rəsmilər afroamerikalıların kütləvi artımının qarşısının almağın yeganə yolu kimi Avropadan əhalənin ölkəyə gətirilməsində görürdülər.[8]
Hökumət və plantatorlar Avropada yaşayan minlərlə fermerə yeni bir ölkədə yaşamaq təklifi ilə çıxış etdilər. Təklif on minlərlə avropalı, xüsusi ilə kənd təsərrüfatı ilə məşğul olan italyanlar tərəfindən böyük həyəcanla qarşılandı.[9] İlk vaxtlar böyük ümidlərlə ölkəyə gələn italyanlar zamanla ağır şərtlər altında işləməyə məcbur edildilər. Afroamerikalılara bənzər şərtlər altında işlədilən, yaşayış və qida üçün münbit şəraitlə təmin edilməyən bir çox italyanın bir digər problemi plantasiya sahiblərinin tələb etdikləri yüksək məhsuldarlıq tələbi idi. Yaranmış problemlərdən sonra İtaliya 1902-ci ildə parlamentdə Braziliyaya miqrasiyanı məhdudlaşdıran Decree Prinetti adlı qanun layihəsini qəbul etdi.[10]
Bu dövrlər Yaponiyada feodalizm sisteminin sona çatması kənd təsərrüfatı ilə məşğul olan təbəqənin yoxsullaşmasına səbəb olmuşdu. İnsanlar daha yaxşı şərtlər altında yaşamaq və işləmək ümüdləri ilə açıq miqrasiya siyəsti yürüdən ölkələrə üz tutmağa çalışırdılar. 1930-cu illərdə Yaponiyada sənayeləşmə sürətlə davam etsə də, orta təbəqənin başqa bir ölkəyə miqrasiya etmək imkanları çox məhdud vəziyyətdə idi. Bu illərdə Amerika Birləşmiş Ştatları ağ olmayan insanların Şimali Amerika qitəsinə miqrasiya etməsinə müxtəlif əngəllər yaratmağa davam edirdi. Yaradılan əngəllərin əsas şərtlərindən biri miqrasiya edən insanların cəmiyyətə inteqrasiya etmək cəhdlərinin neytrallaşdırılmasından ibarət idi.[11]
ABŞ-da 1924-cü ildə qəbul edilən İmmiqrasiya Aktında yaponlar xüsusi şəkildə hədəf qrup kimi göstərilmişdi. İmmiqrasiya Aktına görə Amerika Birləşmiş Ştatlarıa miqrasiya edən insanların sayı 1890-cı ildə keçirilmiş siyahıyaalınmadakı nəticənin 2% həddini keçməməli idi. Eyni zamanda həyətə keçirilən Ağ Avstraliya siyasəti ağdərili olmayan şəxslərin Avstraliyaya immiqrasiya etməsini məhdudlaşdırırdı.
1907-ci ildə Yaponiya və Braziliya arasında yaponların Braziliyaya immiqrasiya edə bilmələrinə imkan verən müqavilə imzalandı. İlk yapon immiqrant qrupu 1908-ci ildə Kasato Maru gəmisi ilə ölkəyə gəldilər. 790 nəfərdən ibarət olan ilk qrup əsasən fermerlərdən ibarət idi. Kobe şəhərindən hərəkət edən qrupun marşrut xətti Cənubi Afrika Respublikası ərazisindən Ümid burnunu keçib, Braziliya istiqamətində hərəkət etmək idi.[12] Gələn yaponların əksəriyyəti qəhvə plantasiyalarında işləməyə başladılar.[13]
İtalyanların Braziliyaya immiqrasiya etməyə marağının itməsi və qəhvə plantasiyalarında işçi qüvvəsinə ehtiyacın artması yaponların ölkəyə gəlməsi üçün yeni imkanlar yaradırdı. 1908-ci ildən etibarən yapon immiqrantlar daha böyük qruplar şəklində gəmilərlə Braziliya limanlarına yan almağa başladılar.[14]
İlk yeddi ildə, 3.434 yapon ailəsi (14.983 fərd) Braziliya immiqrasiya etdi. Birinci Dünya Müharibəsinin başlaması və Yaponiyanın müharibədə tərəf kimi iştirak etməsi Braziliyaya köç edən yaponların sayında demoqrafik partlayışa səbəb oldu. 1917-1940-ci illər aralığında 164 min yapon öz ölkəsindən daha yaxşı iş və həyat arzuları ilə Braziliyaya üz tutdu. Yaponların üz tutduğu bölgələrdən ən əsası San-Paulu idi. Ölkəyə gələn immiqrantların 75% məhz bu şəhərə üz tuturdu. San-Paulunun digər ştatlara nəzərən daha çox üstünlük əldə etməsinin səbəbi isə tütün və qəhvə plantasiyaların burada daha yaxşı işlər təklif etməsində idi.[15]
Braziliyaya ilk dəfə gələn yapon immiqrantların ilkin məqsədi ölkə də pul qazanıb öz vətənlərinə geri qayıtmaq idi. Bununla yanaşı, sürətli varlanmaq həvəsi imkansız görünürdü. İmmiqrantlara ödənilən az maaşın əvəzində ağır iş saatları olan işdə işlədilməsi yaponlara vəd edilən münasibət deyildi. Eyni zamanda immiqrantların torpaq sahibləri ilə yaşadıqları problemlər və çox zaman hökumətin torpaq sahiblərinin tərəfində dayanması vəziyyəti daha da çətinləşdirmişdir.[16]
Braziliyalı torpaq sahiblərində hələ də quldarlıq təfəkkürü hakim idi. Əmək hüququnun immiqrantlara tam formada şamil edilməməsi ölkəyə gələn yaponların daha ağır şərtlər altında işləməyə məcbur edirdi. Qəhvə plantasiyalarında çalışan yapon immiqrantların vəziyyəti daha ağır olmuşdur. Belə ki, daha çox gəlir əldə etmək məqsədi ilə fasiləsiz işlədilməyə məcbur edilən və etiraz edənlərin fiziki şiddətə məruz qaldığı qəhvə plantasiyaları bəzi yapon immiqrantların intihar etməsi ilə nəticələnmişdir. İntiharla yanaşı geniş yayılmış bir digər metod yonige qaçış forması idi.[17] Yonige formasına əsasən plantasiyalarda işlədilən yaponlar gecə ilə qaçır və bir daha həmin ərazilərə geri dönmürdülər.
Dil, din, qidalanma, iqlim və həyat tərzi ölkəyə gələn yaponların əsil mədəniyyət şoku yaşamalarına səbəb olmuşdur. Bəzi yaponlar bu qədər müxtəliflik faktorlarına və ağır əmək rejiminə görə Yaponiyaya geri qayıtmağa çalısada, plantasiyasa sahibləri immiqrantları dövlətlər arası imzalanan müqavilələrə və torpaq sahibləri ilə işçilər arasında imzalanmış müqavilələrə əməl etməyə çağırırdı.
The New York Times qəzetinin 1908-ci ilin 1 noyabr tarixli sayında Braziliyada yapon immiqrantlara qarşı göstərilən münasibət səbəbindən iki dövlət arasındakı münasibətlərin heç də yaxşı olmadığı yazılmışdır.[18] Braziliyada dünyaya gələn yapon uşaqlar yaponlar tərəfindən yaradılmış məktəblərdə təhsil almağa başladılar.
Ölkədə doğulan yeni nəsilin bir çox fərdi sadəcə yapon dilini öyrənərək, həyatları boyu icmanın yaşadığı ərazilərdə yaşadılar. İllər ötdükcə yaponlar arasında torpaq sahibi olanların sayında da artım yaşandı. Əsasən kiçik ferma təsərrüfatı yaradan yaponlar burada çiyələk, çay və düyü əkməyə başladılar. Yeni doğulan uşaqların cəmi 6% müxtəlif irqlərdən gələn insanların övladları idi. Braziliya yaponları XX əsrin əvvəllərində nadir hallarda yapon bir şəxsin, qeyri millətdən biri ilə ailə həyatı qurmasına icazə verirdilər.[19]
1921-ci ilin 28 iyul tarixində nümayəndələr palatasının iki üzvü Andrade Bezerra və Sinsinato Braga 1. maddənin icazə verdiyi qanun layihəsinin təklif etdi. Qanun layihəsinə görə qaradərili şəxslərin ölkəyə immiqrasiya etməsi qadağan olunurdu. 1923-cü ilin 22 oktyabrında nümayəndə Fidel Reis qaradərili şəxslərin ölkəyə girişinin qadağan edilməsi məsələsinə baxılmasını tələb etdi. Təklifdə ölkəyə gələn yeni qaradərili immiqrantlar, ümumi immiqrantların 5%-dən çox olmamalı idi. Yapon immiqrantlar üçün də ümumi rəqəmin 5% göstəricisi tətbiq edilmişdi.[20]
İkinci dünya müharibəsindən bir necə il öncə prezident Qetulio Varqas ölkəyə gələn immiqrantların zorla assimilyasiya edilməsi prosesini başlatdı. 1934-cü ilin konstitusiyası assimilyasiya prosesinin sürətlənməsinə əlavə imkanlar yaratmışdı. Belə ki, konstitusiya immiqrantların bir bölgədə kütləvi məskunlaşmasını, seçmə və seçilmə hüququnu məhdudlaşdırırdı. Qanunlardan ən çox təsirlənən alman, italyan, yəhudi və yapon immiqrantların ailələri olmuşdular.[21]
Hökumətin apardığı əsas siyasət portuqal dilində danışan braziliyalıların ölkədəki üstünlüyünü təmin etməkdən ibarət idi. Qaradərililərin və immiqrantların assimilyasiya edilməsi, onların öz dillərindən daha çox dövlətin rəsmi dilində danışmağa məcbur edilməsi əsas siyasətin istiqamətlərindən biri idi. Bu baxımdan italyan, yəhudi və yaponların etnik icmaları üzərində daha çox iş aparılması qərara alındı. Braziliyada vahid xalq yaradılması düşüncəsi immiqrantların ciddi narazılığı ilə qarşılanırdı. İkinci dünya müharibəsinin gedişatında Braziliya ilə Yaponiya arasındakı münasibətlər tamamilə kəsildi. Yaponiya müharibəyə Nasist Almaniyası tərəfindən qoşulması ölkədə yaşayan yaponların diskriminasiyaya məruz qalmasına səbəb oldu.[13]
Yapon dilində nəşr edilən qəzetlər və yapon dilində təhsil verən təhsil müəssisələri bağlandı. Portuqal dili yaponlara təhsildə istifadə edilmək üçün yeganə seçim kimi təklif edildi. Alman və italyan icmalarıda gəldikləri ölkələrin müharibədki mövqeyi səbəbindən müxtəlif məhdudiyyətlərlə qarşılaşdı. Həmin icmalara məxsus qəzetlər tam şəkildə bağlanmasa da, müxtəlif qadağalarla qarşılaşdılar. 1939-cu ildə Estrada de Ferro Noroeste do Brasil təşkilatının araşdırmasına əsasən ölkədə yaşayan yaponların 87.7%-i gündəlik yapon dilində nəşr edilən qəzetləri oxuyurdu. Bu rəqəm Braziliya kimi savadsızlığın geniş yayılmış bir ölkədə yüksək rəqəm hesab olunmalıdır.[22]
Artıq yaponlar hökumətin ağlaşdırma və assimilyasiya siyasətində arzulanmaz qrup kimi təsvir olunmağa başlanmışdı. Vəziyyət 1942-ci ilin avqust ayında Braziliyanın Yaponiyaya qarşı rəsmi müharibəyə qoşulmasından sonra daha da dramatikləşmişdir. Braziliyada yaşayan yaponların yaşadığı bölgələri icazəsiz tərk etmək qadağan edildi. Yaponiyadan gələ biləcək kodlaşdırılmış qısa dalğaların qarşısının alınması üçün ölkədə olan 200-dən çox yapon dilli məktəb tamamilə bağlandı və yaponlara məxsus radio-texniki vasitələrin hamısı dövlət tərəfindən müsadirə edildi.
Həmin dövrdə yeni-yeni yaradılmaqda olan yapon kapitallı şirkətlərin əmlakları rəsmilər tərəfindən müsadirə edilirdi. Qadağaları arasında yapon torpaq sahiblərinin öz mülklərində motorlu nəqiliyyat vasitələrindən (taksi olsa belə) istifadə edilməsi və avtobus, yük maşını istifadəsi də vardı. Qonşular arasındakı mübahisələr, borc məsələləri və hətta uşaqlar arasındakı davalar səbəbi ilə milli təhlükəsizliyə qarşı fəaliyyətlər başlığı ilə yaponlara qarşı bir çox anonim şikayət məktubları yazılmışdı. Braziliya yaponlarının təşkil etdiyi mədəni tədbirlərin bir çoxu belə şübhəli fəaliyyət səbəbi ilə qadağan edildi və tədbir iştirakçılarının arasında həbs edilmə halları baş verdi.[22]
1943-cü ilin 10 iyul tarixində təxminən 10 min nəfərə yaxın alman və yapon Santos şəhərindəki evlərindən və iş mərkəzlərindən çıxarılaraq Braziliyanın sahil bölgələrinə göndərilmişdir. Polis immiqrantlara heç bir xəbərdarlıq etməkdən hərəkət etdiyindən bir çox şəxs bu təqibdən xilas ola bilmədi. Şəhərdən çıxarılan insanların 90%-i yaponlardan ibarət idi. Ölkənin şimalında yerləşən Para ştatının ərazisindəki Tomé-Açu bölgəsində qırmızı bibər təsərrüfatı ilə məşğul olan yaponların yaşayışı həbs düşərgəsindəkindən fərqlənmirdi. Dönəmin Braziliyanın ABŞ-dakı səfiri Karlos Martinas Pereriya Souza ölkəsində yaşayan yaponların toplama düşərgələrində cəmləşdirilməsi siyasətini müdafiə edirdi.[22]
1946-cı ildə məclis tərəfindən keçirilən növbəti iclasda yaponların ölkəyə gəlişinin qadağan edən qanun layihəsi müzakirəyə çıxarıldı və cəmi 1 səs çoxluğu ilə qəbul edilmədi. İkinci dünya müharibəsinin başa çatması, Yaponiyanın müharibədə məğlub olması Braziliya yaponlarının gələcəyə daha ümidlə baxmağa imkan yaradırdı. Dövlətin immiqrantlara olan münasibətinin dəyişməsi üçün isə hələ uzun müddət zamanın keçməsi tələb olunurdu. Hökumətin yaponlara qarşı aparmış olduğu diskriminasiya və assimilyasiya siyasəti tam şəkildə baş tutmadı. Braziliya yaponları, xüsusi ilə müharibə dövründə bir çox məhrumiyyətlərə məruz qalsalar da, öz dillərini və adət-ənənələrini qorumağı bacardılar.
Qarışıq nikahların göstəricisi[19] | ||||
---|---|---|---|---|
Nəsil | Sosial qrup | Hər nəsilin faiz göstəricisi (%) | Hər nəsilin qarışıq irqlərin faiz göstəricisi (%) | |
Yaponca | İngiliscə | |||
I nəsil | Issei | İmmiqrantlar | 12.51% | 0% |
II nəsil | Nisei | Övladları | 30.85% | 6% |
III nəsil | Sansei | Nəvələri | 41.33% | 42% |
IV nəsil | Yonsei | Nəticələri | 12.95% | 61% |
Şimali Amerika və Cənubi Amerikaya immiqrasiya etmiş yaponlar dörd nəsildən ibarətdir. Bu nəsillər yapon mədəniyyətində birinci nəsil (isseyi) , ikinci nəsil (niseyi), üçüncü nəsil (sansayi) və dördüncü nəsil (yonseyi) olaraq adlandırılır. 2008-ci ilin rəsmi məlumatlarına görə (sansayi) olaraq adlandırılan üçüncü nəsil ölkədəki yapon icmasının 41.33% təşkil edir. Birinci nəsildən olanların faiz göstəricisi 12.51%, ikinci nəsildən olanların 30.85% və sonuncu dördüncü nəsildən olanların isə 12.95% nisbətindədir.[19]
XX əsrin sonların və XXI əsrin əvvəllərindən etibarən Braziliya yaponları arasında qeyri yaponlarla evlilik halları çoxalmaqdadır. Ölkəyə gəldikləri ilk zamanlardan etibarən qapalı həyat yaşamağa üstünlük verən yaponlar başqa millətlərdən olan insanlarla ailə həyatının qurulmasına müsbət baxmırdı. XX əsrin ortalarında qeyri-yaponlarla evlilik hallarına nadir hallarda rast gəlinməsi bu faktı bir daha sübut edir. Braziliya yaponları ölkə əhalisinin 1.0%-ni təşkil etməkdir və bu göstərici təxmini 2.0 milyon nəfərə yaxındır.
Bu göstərici ilə Braziliya Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə hesab olunur. Qarışıq nikahların ilk kütləvi hal aldığı ştatlar San-Paulu və Parana olmuşdur. Braziliya yaponları arasında etnik müxtəlifliyin artması səbəbindən xalis yapon köklərindən uzaqlaşmaq meyilləri görülməkdədir.[23] Soy-köklərinə bağlılıq birinci nəsildə (isseyi) 61 % həddində olmuşdursa, sonuncu dördüncü nəsildə (yonseyi) 6% təşkil edir.
Braziliya yaponlarının dilə olan münasibətini nəsillərə uyğun bölmək mümkündür. Birinci nəsil olaraq adlandırılan yaponlar daha çox yapon dilindən istifadə etməklə, Braziliyanın rəsmi dili olan portuqal dilini öyrətməkdə çətinlik çəkmişdilər. Multilinqualizm anlayışı isə ikinci nəsilin nümayəndələrinə tam şəkildə şamil edilə bilər. Zaman ötdükcə Braziliyada dünyaya gələn yaponlar arasında dil bariyeri aradan qalxmağa başladı. Sansayi olaraq adlandırılan üçüncü nəsilin nümayəndələri yapon dili ilə yanaşı portuqal dilinə də tam formada hakim idilər.[24] Yaponların Braziliyaya immiqrasiya etməmişdən əvvəl öz ölkələrində portuqal dilini öyrəndikləri məlumdur.
Bu məqsədlə Yaponiyada müxtəlif kurslar təşkil edilmiş və kurslara cəlb edilən yaponlara əsasən Braziliyada onları gözləyən həyat, ölkənin mədəniyyəti və adət-ənənələri haqqında müxtəlif məlumatlar verilmişdir. İlk nəsildən olan yaponlar arasında keçirilmiş rəy soğrusuna əsasən birinci nəsilin (isseyi) 26.8% Braziliyaya gələrəkən portuqal dili ilə bağlı ümumi anlayışlara malik idilər. İmmiqrantlara keçirilən dərslər arasında Braziliya tarixi də xüsusi önəmə sahib olmuşdur. Birinci nəsilin (isseyi) üzvləri Braziliyaya gəldikləri ilk illərdə icma daxilində və ailədə sadəcə yapon dilindən istifadə edirdilər.
2003-cü ilin məlumatına əsasən isə yaponların üstünlük təşkil etdikləri Aliançada məişət və icma daxili yapon dilindən istifadənin göstəricisi 58.5 %, Fukuokada isə 33.3% təşkil etmişdir. Zaman keçdikdə portuqal dili Braziliya yaponlarının məişətinə daxil olmuş və bir müddətdən sonra yapon dilini üstələmişdir. İcma daxilində yapon dilinin qorunmasına xüsusi önəm verilir. Gənc nəsilin daha çox portuqal dilinə üstünlük verməsinə baxmayaraq, məktəbə qədər tədris müəssisələrində, məktəblərdə yapon dili tədris olunur və dilin qorunmasının vacibliyi gənc nəsilə çatdırılır.[25]
Ölkədə yaşayan yapon gənclik, yapon dilindən əsasən baba və nənələri ilə ünsiyyət yaradarkən istifadə edir. Bütün bunlara baxmayaraq Braziliya yaponları arasında yapon dilindən ümumiyyətlə anlayışı olmayan çox məhdud sayda insan vardır. Həmin insanlarda əsasən qarışıq nikahlardan dünyaya gələn insanlar və yapon icmalarının kompakt yaşamadığı bölgələrdə yaşayan yaponlardır. Braziliya yaponları tərəfindən istifadə edilən dil, standart yapon dilindən fərqlənir. Həmin dil daha çox portuqal dilindən təsirlənərək, yapon dilinin yeni bir axımını formalaşdırmışdır.
Braziliya yaponlarının əsas ardıcılı olduqları din şintoizm və buddizmdir. Roma-Katolik kilsəsinin Braziliyada üstünlük təşkil etməsi və qarışıq nikahların çoxalması, icma daxilində katolik məhzəbinin də genişlənməsinə səbəb olmuşdur. Günümüzdə Braziliya yaponlarının 60%-i Roma-Katolik kilsəsinə mənsubdur. Yerdə qalan hissə isə ənənəvi yapon inanclarına inanırlar.[26]
Braziliya Coğrafiya və Statistika İnstitutunun 2010-ci ildə dərc edilmiş məlumatlarına əsasən ölkədə yaşayan etnik yaponların yayılma coğrafiyası.[27] | |||
---|---|---|---|
Ştat | Braziliya yaponlarının sayı | ||
San-Paulu | 693,495 | ||
Parana | 143,588 | ||
Pernambuku | 88,449 | ||
Minas-Jerays | 75,449 | ||
Digər | 414,704 | ||
Cəmi | 1,405,685 |
Braziliya yaponlarının ştatlar üzrə yayılma coğrafiyası və artımlarla bağlı məlumlatları ölkənin rəsmi qurumu olan Braziliya Coğrafiya və Statistika İnstitutu müntəzəm formada elan edir. Qurumun 2000-ci ilə aid məlumatına əsasən Braziliyada 70,932 Yaponiyada anadan olmuş immiqrant yaşamaqdadır. 1970-ci ildə bu rəqəm 158,087 həddində olmuşdur.
Yaponiyada doğulan immiqrantların ən kompakt yaşadığı ərazi 51,445 nəfər olmaqla San-Paulu ştatının payına düşür. Böyük şəhərlərdə yaşayan immiqrantlar əsasən 60 yaşın üzərində olan insanlardır. Yaş ortalamasının çox olmasının əsas səbəbi XX əsrin ortalarından etibarən köç dalğasının kəsilməsidir.[28] Braziliya Coğrafiya və Statistika İnstitutu tərəfindən 2000-ci ildə nəşr edilən yapon diasporu ilə bağlı kitabda, Braziliyada yaşayan bütün yaponların sayı 1,405,685 olaraq göstərilmişdir.
Braziliya və Yaponiyada doğulmasından aslı olmayaraq, Braziliya yaponlarının 49.3% San-Paulu ştatında yaşamaqdadır. Bu faiz göstəricisinə əsasən bu ştatın ərazisində 693,495 nəfər yapon əsilli şəxs yaşayır. İkinci sırada 143,588 nəfərlə Parana ştatı qərarlaşmışdır. İcmanın az məskunlaşdığı ştatlarda belə zamanla ciddi artımlar müşahidə olunmuşdur.
Məsələn 1960-cı ildə Baiya ştatında 532 nəfər etnik yapon yaşayırdısa, 2000-ci illərdə bu rəqəm 78,449 həddində olmuşdur. Bu göstərici ilə ştat əhalisinin 0.6% yaponlardan ibarətdir. Şimal regionu olaraq adlandırılan bölgə də 1960-cı ildə 2,341 yapon yaşamaqda idi.
Qarışıq nikahların çoxalması, bəzi icma üzvlərinin daha yaxşı həyat səviyyəsi səbəbindən ölkəni tərk etməsi və Yaponiyadan gələcək yeni immiqrant dalğasının kəsilməsi səbəbindən Braziliya yaponlarının sayında azalma müşahidə edilir.[29][30][31][32]
1980-ci illərdə Yaponiyanın iqtisadi vəziyyəti yaxşılaşmağa və stabilləşməyə doğru gedirdi. 80-ci illərdə Yaponiyada iqtisadi vəziyyəti Braziliyadan daha yaxşı olması səbəbindən Braziliya yaponlarından bir qrupu Yaponiyaya gedərək müxtəlif sahələrdə işləməyə başladılar. Braziliya yaponlarının yenidən öz tarixi ölkələrinə qayıtması, yeni bir etnik formasiyanın yaranmasına səbəb olmuşdur. Həmin formasiya Dekasegi olaraq adlandırılır. 1990-cı ildə Yaponiya hökuməti Braziliyaya köç etmiş yaponların tarixi vətənlərinə daha rahat şəkildə gəliş-gedişini təmin etmək üçün qanun layihəsi hazırladı.
Bu dövrlərdə Yaponiyada Pakistan, Banqladeş, Çin və Taylanddan xeyli sayda qanunsuz immiqrantların yaşaması Braziliya yaponlarının geri dönüşündə bəzi çətinliklər yaratmaqda idi.
Yaponlar Braziliyaya gəldikləri ilk vaxtlardan etibarən öz dillərini unutmamaq və yerli millətlərin tərkibində assimilyasiya olmamaq üçün öz mətbuat orqanlarını yaratmağa çalışırdılar. Braziliyada yapon dilində fəaliyyətə başlamış ilk qəzet 1916-cı ildə yayımlanmağa başlanan Nambei qəzeti olmuşdur. İmmiqrantların sayının artması müxtəlif mövzularda gündəlik, həftəlik və aylıq mətbuat orqanlarının yaranmasına təkan verirdi. 1933-cü ildə Braziliya yaponlarının 90% gündəlik həyatlarında icma ilə bağlı məlumatların əks olunduğu qəzet və jurnalları oxumaqda idi. İkinci dünya müharibəsinə qədər Braziliyada yaponlarla bağlı 20 dövri, 15 jurnal və 5 qəzet nəşr edilməkdə idi.
Braziliya və Yaponiyanın İkinci dünya müharibəsində qarş cəbhələrdə olması səbəbindən sözügedən mətbuat orqanlarının hamısı qapadılmışdır.[33] Bu gün San-Paulu şəhərində yapon dilində iki qəzet - San-Paulu Shimbun və Nikkey Shimbun çap edilir. San-Paulu Shimbun qəzetinin əsası 1946-cı ildə, Nikkey Shimbun qəzetinin əsası isə 1998-ci ildə qoyulmuşdur. Nikkey Shimbun qəzetinin Jornal Nippak adlı portuqal dilində əlavəsi də mövcuddur.
Braziliyada müxtəlif təyinatlı icma ilə bağlı peşə və orta məktəblər mövcuddur. (yap. Nihonjin gakkō) olaraq adlandırılan beynəlxalq məktəblər şəbəkəsinin bir çox bölməsi ölkənin müxtəlif şəhərlərində yerləşir.[35] Rio-de-Janeyro şəhərində yerləşən və Yaponiya təhsil sisteminə uyğunlaşdırılmış (port. Associação Civil de Divulgação Cultural e Educacional Japonesa do Rio de Janeiro) məktəbi 1971-ci ildə yaradılmışdır. Orta məktəblərlə yanaşı yapon dilini və mədəniyyətini tədris edən həftəsonu məktəbləridə mövcuddur.
2003-cü ilin məlumatına əsasən ölkənin cənub ştatlarında yüzdən çox yapon təmayüllü həftəsonu məktəbi fəaliyyət göstərməkdədir. Tədris müəssisələrində direktor vəzifəsini adətən qadınlar icra etməkdədir.[36] Yaponiya Təhsil Nazirliyi Braziliyada yapon təmayüllü təhsillə məşğul olan orta və həftəsonu məktəbləri ilə daima koordinasiya əlaqəsindədir. Kuritiba ştatında yerləşən (port. Escola Suplementar Japonesa Curitiba) məktəbi Yaponiya Təhsil Nazirliyi tərəfindən rəsmən tanınmışdır.[37]
Braziliyada yapon təmayüllü ilk təhsil müəssisəsi 1915-ci ildə yaradılmış Taisho məktəbi olmuşdur.[38] Ölkədə yaponların sayının artması yeni məktəblərin açılmasını zəruri edirdi.[39] 1932-ci ildə San-Paulu ştatında yaşayan on mindən çox yapon uşağın təhsil aldığı iki yüzdən çox tədris mərkəzi fəaliyyət göstərirdi.[40]
1938-ci ildə yapon məktəblərinin sayı altı yüzə çatdırılmışdı.[39] 1970-ci ildə Braziliya təhsil sistemində 400 yapon müəllimi, 22 min şagird və 350-dən çox orta məktəb fəaliyyət göstərməkdə idi.
1992-ci ilin məlumatına əsasən 319 dil kursu yapon dilinin tədrisi ilə məşğul olmuşdur. Dil kurslarında əsasən tədrisin portuqal dilində aparıldığı məktəblərdə təhsil alan yapon şagirdlər iştirak edirdi. 1992-ci ilin məlumatlarına görə 18 mindən çox şagirdin dərsdən sonra dil kurslarında iştirak etdirdi. 18 min şagirddən 10,050 qız, 8,732 nəfəri oğlanlardan ibarət idi.
San-Paulu ştatından sonra ən çox yapon dilli təhsil müəssisələrinə sahib olan ikinci bölgə Parana ştatıdır. Burada 54 yapon təmayüllü orta məktəb fəaliyyət göstərməkdədir. Braziliya yaponlarının ölkədə yaratmış olduğu təhsil şəbəkəsi Braziliyada yerli olmayan etnik toplumlar tərəfindən yaradılmış ən böyük təhsil sistemi olmuşdur. 1980-ci ilin göstəricilərinə əsasən hər 60 şagirdə, 2 müəllim düşməkdə idi.[36]