Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi.
Funt sterlinq | ||||
---|---|---|---|---|
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | GBP | |||
Simvol | £ | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 27 iyul 1694 | |||
Əvvəlki valyuta | Şotland funtu | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Bank of England | |||
Vikianbarda əlaqəli mediafayllar |
Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir.
Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Böyük Britaniyanın ərazisindəki bəzi banklar (Şotlandiyada üç bank və Şimali İrlandiyada dörd bank) əskinazları öz dizaynları ilə buraxırlar.
Funt sterlinq bir çox ölkələrdə XVIII və XIX əsrlərdə ehtiyat valyuta kimi istifadə edilirdi. İkinci Dünya Müharibəsindən sonra ölkədəki ağır iqtisadi vəziyyət funt sterlinqin mövqeyini xeyli zəiflətdi. Hazırda o istifadəsinə görə dünyanın üçüncü ehtiyat valyutasıdır.[1]
Hal-hazırda Böyük Britaniyada sərbəst valyuta kursu rejimi vardır. Onun səmərəliliyi kimi inflyasiya göstəriciləri götürülür.