Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev qısametrajlı sənədli filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. 1969-cu ildə Kiyevdə III Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalında sənədli filmə birinci mükafat verilmişdir.
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev | |
---|---|
Janr |
qısametrajlı sənədli bioqrafik |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifləri |
Rüstəm İbrahimbəyov Oqtay Mirqasımov |
Operator | M. Mass |
Rəssam | Fikrət Bağırov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1968 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 49 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1968 |
Texniki məlumatlar |
5 hissə 1350 metr |
Rəng | ağ-qara |
Sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur.[1]
Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir.[1]
Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir.[1]
Filmin ən təsirli epizodlarından biri Q. Qarayevin skripkaçalan L. Koqanla məşq etməsi səhnəsidir. Bu, iki böyük sənətkarın çox mühüm yaradıcılıq apofeozudur.[1]
Azərbaycan filmlərinin siyahısı
1968-ci ilin Azərbaycan filmləri
1960-cı illər Azərbaycan filmlərinin siyahısı