Bulavayo (ing. Bulawayo) — Zimbabvenin cənub qərbində şəhər. Şimali Matabelelend əyalətinin inzibati mərkəzi eyni zamanda müstəqil əyalət statusu var.[3]
Bulavayo | |
---|---|
Bulawayo | |
20°10′ c. e. 28°34′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1840 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.358 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
citybyo.co.zw | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 706,5 min nəfərdir (əhalisinin sayına görə Hararedən sonra ölkənin ikinci şəhəri; 2006).[3]
Matabele platosunda, təqribən 1600 m yüksəklikdə yerləşir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Bulavayo ndebele xalqının tarixi paytaxtıdır.
1884-cü ildə müstəqil Matabelelendin sonuncu ali başçısı Lobenqula tərəfindən salınmışdır. 1880-ci illərin sonu – 1890-cı illərin əvvəllərində müstəmləkə ağalığı uğrunda müharibənin gedişində ingilis qoşunları tərəfindən tamamilə dağıdıl mışdır. 1894-cü ildə avropalı mühacirlər köhnə Bulavayodan cənubda düzxətli planı, Viktoriya üsulbunda evləri olan şəhərin tikintisinə başladılar.[3]
Elm və texnologiya universiteti (1927) fəaliyyət göstərir. Şəhərdə Kütləvi (1896) və Milli (1943) kitabxanalar, təbiyyat tarixi (1901), dəmiryol (1972) muzeyləri, rəsm qalereyası, teatr mövcuddur. Xalq sənətkarlığı mərkəzidir. Hər il beynəlxalq ticarət yarmarkası keçirilir. Yeyinti, toxuculuq, əczaçılıq, dəri-ayaqqabı, kimya, ağacemalı sənayesi; maşınqayırma və metal emalı müəssisələri fəaliyyət göstərir. Mədənçıxarma rayonunun mərkəzidir (xromit, asbest, kömür, qızıl, qalay, mis, nikel). Bulavayonun 22 km-liyində yerləşən Son Dəmir dövrünə aid Khami yaşayış məskəninin xarabalıqları Ümumdünya irsi siyahısına daxil edilmişdir.[3]