Buqut abidəsi

Buqut yazısıMonqolustan Xalq Respublikası sərhədləri daxilində Buqut dağı yaxınlığındakı bir ovada ucaldılmış, I Göytürk xaqanlığı dövrünə aid dikli daş.[1]

Bilinən qədim türk bengi daşlarındandır. 572-580-ci illər arasında keçən tarix hadisələrdən bəhs edildiyi bioqrafik və didaktik əsərdir.[2]

Adını Arhanqay Aymaq elinin Bayn Tsaqaan Gol (Müqəddəs Bəyaz göl) bölgəsindəki Buqut dağından almışdır. Bu dağın təxminən 10 km şərqindəki geniş ovada inşa edilmişdir. Birinci Göytürk xaqanlığı dövrünə aid xatirə məzar külliyyəsindəki əsərlərdəndir. Abidə tısbağa formalı daş üzərində oturdulmuşdur.Abidənni yeri 1956-cı ildə monqol elm xadimi Ts. Dorjsüren tərəfindən aşkarlanmışdır. Buqut abidəsi və bu abidəyə aid tısbağa formalı daş bu gün Çeçerleq muzeyinin baxçasındakı açıq sahədə nümayiş etdirilir.

Çeçerleq muzeyinin baxçasındakı abidə
Çeçerleq muzeyinin baxçasındakı abidə

İçindəkilər

[redaktə | mənbəni redaktə et]

I Göytürk xaqanlığı dövrünə aid abidənin üç üzündə Soqd hərfləri ilə yazılmış soqdca mətni, bir üzündə isə brahmi hərfləri ilə yazılmış sanskritçə mətn əks olunmuşdur. Mətnlərdə 572-580-ci illərdə baş vermis tarixi hadisələrdən bəhs edilməkdədir. Sözü gedən tarixi hadisələrə daxildir: “Türk/Bilgə/Xaqanı Nivarın Mahan Tiginin ölümündən sonra bir bengü daşın dikilməsini buyurması”, “Mahan Tigin və Muhan Xaqanın ortaq hökmdarlıqları”, “Mahan Tiginin taxta çıxışı”, “Mahan Tigin ilə Ttapar Xaqanın ortaq hökmdarlıqları”.

Bu hadisələrin bəhsi ilə türk dövlətinin social strukturu və işləmə tərzi (xaqan və sülaləsi, şadapıtlar, tarxanlar, kurkapınlar, sengünlər, tudunlar, atlılar və xalq), türk millətinin yaşayışı vəvə inancı, dəyər mühakimələri, başqa millət və topluluqlarla əlaqələri, xoşniyyəti haqqında məlumatlar verilməkdədir.

Forma xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Üzərində oturulduğu tısbağa ilə birlikdə 245 sm hündürlüyə sahibdir. Təpəliyinin ön üzündə (hal-hazırda sağ tərəfi parçalanmış vəziyyətdədir) qurddan süd əmən uşaq təsvirinə yer verilmişdir. Həm tısbağa kaidəsi üzərinə oturdulması, həm də üzərində qurddan süd əmən uşaq təsviri özündən sonrakı abidələrə örnək təşkil etmişdir. Kül Tigin, Bilgə xaqan, Taryat, Tes, Şine Us abidələri başqa olmaqla, bir çox bengü daşın tısbağa kaidəsi üzərinə yerləşdirildiyi, qurddan süd əmən uşaq təsvirinin də Kül TiginBilgə xaqan abidələrinin təpəliklərində də yer alması görülməkdədir. Burqut abidəsində özündən sonrakı dövrlərdə ucaldılmış abidələrdən fərqli olaraq, üzərində hər hansısa xaqan damğasə, boy damğası yoxdur.

Abidənin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Buqut abidəsi və bu abidəyə aid tısbağa qaidə Çeçerleq muzeyinin baxçasındakı açıq sahədə sərgilənməkdədir. Dörd üzündə də yeyilmə, aşınma və təbəqələşib tökülmələr olmuş, abidənin üz hissəsinin demək olar ki, hamısı original görüntüsünü itirmişdir.

Təpəlik qismində yerləşən qurddan süd əmən uşaq təsvirinə aid hissələr abidədən qopmuş, 1970-ci ildə abidə məzar külliyyəsində tapılaraq Çeçerleq muzeyinə gətirilmişdir, abidə ilə müqayisə də daha yaxşı vəziyyətdədir.

Buqut abidəsinin bir reproduksiyası Ulan Batordakı Monqol Tarixi Milli Muzeyində sərgilənir.[3]

  1. Aydın, Erhan. "Orhon-Uygur Hanlığı Dönemi Moğolistan'daki Eski Türk Yazıtları" (PDF). 20 iyun 2020. 15 avqust 2016 tarixində arxivləşdirilib (PDF).
  2. Alyılmaz, Cengiz. "Bugut Yazıtı ve Anıt Mezar Külliyesi Üzerine". selcuk.edu.tr. 24 fevral 2016 tarixində arxivləşdirilib.
  3. "The National Museum of Mongolian History : The early Türk Empire and the Uighurs". washington.edu. 12 may 2015 tarixində arxivləşdirilib.