Yorçi abidəsi və ya Çağan Obuqa abidəsi – 1998-ci ildə Çin sərhədləri daxilində olan İç Monqolustan Muxtar Bölgəsində Baotou şəhərinə bağlı Darhan Moominqqan məntəqəsinin Çağan Obuqa kəndində Holbuqatu adlanan yerdə çoban tərəfindən aşkarlanmış Göytürk abidəsidir. Abidənin olduğu bölgədə edilən araşdırma və incələmələr buranın İkinci Göytürk xaqanlığının önəmli inzibati mərkəzlərindən biri olduğunu göstərməkdədir. İkinci Göytürk xaqanlığı dövrünə aid xaqanlıq sarayı (Qar Qum sarayı) qalıntılar, kurqanlar, məzar abidələri, heykəllər və Yorçi abidəsinin üzərindəki damğa və təsvirlər də bu düşüncəni dəstəkləməkdədir. Abidə üzərində ilk incələmələr 2004-cü ildə Baotoudakı yerli tarix araşdırmaçıları tərəfindən edilmişdir.
Yorçi abidəsi qranitdən qurulmuş blokdur. Kəski vasitəsiylə daşa işlənilən xarakterlər geridə qalan tarixi prosesdə açıq sahədə örtüksüz və qorunaqsız vəziyyətdə qaldığından original görüntülərini və dərinliklərini itirmiş, abidənin ilk sənədləşdirilməsini edənlər tərəfindən də xarakterlərin içləri qara boya ilə rəngləndirilmişdir. Bu rəngləndirmə prosesində hər şey aydın şəkildə izah edilmişdir.[1]
61 sm-lik sahəni əhatə edən abidədə xarakterlərin boyları 4-6 sm, aralıqları 2-4 sm-dır.[2] Yorçi abidəsinin digər ölçüləri isə belədir:
Abidənin 7-10-cu hərflərinin üst bölməsini əhatə edən sahədə damğa vardır. Bu damğanın ölçüləri 10 sm x 15 sm-dır.[3]
Abidədəki mətn 11 xarakterdən ibarətdir və Orxon əlifbasında yazılmışdır. Orxon əlifbası ilə yazılmağı da bir sübut kimi göstərilir. Yəni, Yorçi abidəsi də qədim türk tayfalarında aiddir. Və bu abidənin Orxon əlifbası ilə yazılmağı hər şeyi aşkar etməkdədir.
Abidədəki mətnin oxunması ilə əlaqəli Bai Yudonq, Kosetsu Suzuki kimi elm adamlarının müxtəlif fikirləri vardır. Digər türk abidələrində fərqli olaraq bu abidədəki mətn daha çox bir fərdi xarakterizə edir. Abidədəki mətnin tərcüməsi ümumilikdə belə edilməkdədir: “Mənim adım Yorçi, bu da mənim abidəmdir.”