Tonyukuk abidəsi və ya beynəlxalq ədəbiyyatdakı Bain Tsokto kitabələri 8-ci əsrdə Orxon çayı vadisində yazılmış yazılmış olan Göytürk kitabələrindən biridir. Tonyukuk abidəsi Tonyukukun özü tərəfindən 720–725-ci illərdə qoyulmuşdur.
Tonyukuk abidəsi | |
---|---|
47°41′40″ şm. e. 107°28′33″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu abidədə türklərin müharibə strategiyaları, müstəqillik uğrunda gedən döyüşlər, Tonyukukun türk milləti üçün apardığı mübarizələr nəzərə çarpır.[1] Türk tarixinin ən qədim yazılı sənədlərindən biri olan Tonyukuk abidəsi İkinci Göytürk xaqanlığı dövrünün böyük vəziri, komandanı və məsləhətçisi Tonyukukun ölümündən əvvəl özü tərəfindən qoyulmuş iki dört tərəfli kitabələrdən ibarətdir.[2]
Bilgə xaqan abidəsi və Kültigin abidəsindən 360 km şərqdə yerləşir. 1897-ci ildə botanik Yelizaveta Klements tərəfindən kəşf edilmişdir.[3] Açıq ərazidə olduğundan və lazımi səviyyədə qorunmadığı üçün zərər görmüşdür.[4]
Baykal gölünün cənubunda, Monqolustanda Orxon çayı vadisində Koşo Saydam gölünün yaxınlığında yerləşir.
Bu məqalə qaralama halındadır. |