Cahangir mirzə

Müizəddin Cahangir bəy Bayandur — Ağqoyunlu tayfa ittifaqının başçısı, bəy.

Müizəddin Cahangir Mirzə
bayraq
Ağqoyunluların VIII tayfa başçısı
bayraq2
1444 – 1453
ƏvvəlkiHəmzə bəy Bayandur
SonrakıUzun Həsən
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Cəlaləddin Əli bəy
Anası Sara xatun
Uşaqları

Cəlaləddin Əli bəyinSara xatunun oğludur. 1444-cü ildə tayfa ittifaqının başçısı oldu. Bu dövrdə Ağqoyunluların arasında müəyyən qədər sabitlik yarandı. Lakin vəziyyət bir müddət sonra dəyişdi. Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi. Bu mübarizə iki ilə qədər davam etdi. 1452-ci ildə Baburun hücumundan qorxan Cahanşah sülhə can atmağa başladı. Müqaviləyə görə Cahangir Cahanşaha tabe olurdu. Lakin Ağqoyunluların əzəli rəqibi olan qaraqoyunlulara tabe olmaq fikri kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar. 1453-cü ildə baş vermiş döyüşdə Uzun Həsənə məğlub olan Cahangir Mirzə Mardinə qaçmaqla canını xilas etdi.

Sonrakı illər

[redaktə | mənbəni redaktə et]

Bundan sonra Cahanşaha sığınan Cahangirə Ərzincan iqta olaraq verildi. Əbubəkr Tehrani Uzun Həsənin Cahangirə belə bir məktub yazdığını qeyd edir:

Cahangir qardaşı Uzun Həsəndən incidi, onun günü-gündən artan zəfərlərindən qorxaraq Cahanşahm dərgahına yollandı. Uzun Həsən onu bu əməlindən çəkindirmək istədi və kürd Osmanı risalətə göndərdi. Dedi ki, biz bir anadan və atadan doğulmuş iki qardaşıq. Gərək bir-birimizlə əhd-peyman bağlayaq, and içək ki, bundan sonra sülh və dostluq yolunu tutacaq, müxalifət və düşmənçilikdən uzaq olacağıq. Bizimlə Qaraqoyunlular arasında qədim ədavət olduğuna görə, ona birləşmək münasib deyildir.[1]

Cahangir isə müharibəyə davam etdi və 1457-ci ilin yaz aylarında yenə Uzun Həsənə məğlub oldu. 1469-cu ilədək Ərzincanda hakimiyyətdə qaldı.

Cahangir bəy Mardində "Cahangir bəy zaviyəsi" və Nusaybində məscid ucaltmışdır.[2] Bundan əlavə imarət, xəstəxana və mehmanxana da ucaltmış, lakin bunlar günümüzə gəlib çatmamışdır.[2]

  1. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000, səh 40.
  2. 1 2 GÖYÜNÇ, Nejat. (1969). XVI. Yüzyılda Mardin Sancağı, İstanbul.səh: 120