Əlvənd mirzə

Bu məqalə Ağqoyunlu hökmdarı Əlvənd Mirzə haqqındadır. Qaraqoyunlu hakimi üçün Əlvənd Mirzə (Qaraqoyunlu) səhifəsinə baxın.

Əlvənd Mirzə (bilinmir1505, Mardin) — Ağqoyunlu hökmdarı.

Əbül Müzəffər Əlvənd Mirzə
Əlvənd Mirzənin dövrünə aid sikkə
Əlvənd Mirzənin dövrünə aid sikkə
bayraq
Ağqoyunlu dövlətinin VII Sultanı
(Azərbaycanda)
bayraq2
1498 – 1504/1505
ƏvvəlkiSultan Məhəmməd Ağqoyunlu
Sonrakıləğv olunub
bayraq
Şiraz valisi
bayraq2
14 mart 1478 – 1498
ƏvvəlkiZeynalabidin bəy Bayandur
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi [1]
Vəfat yeri Mardin
Atası Yusif bəy Bayandur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur.[2] Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur.

Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı. O da, Şirazdan İsfahana gəlib 1499-cu ildə Məhəmmədi tutdu və Təbrizə sürgün etdi. Əlvənd Mirzə və Murad Əbhərdə sülh bağladı və bunun nəticəsində Diyarbəkir (Şərqi Anadolu) ilə Azərbaycan Əlvənd Mirzəyə, İraqi-Ərəb, İraqi-ƏcəmFars da Sultan Murada qaldı.

Səfəvilərlə mübarizə

[redaktə | mənbəni redaktə et]

Əlvənd Mirzə Şah İsmayılın Şirvanşahları məğlub etməsi xəbərini alan kimi böyük bir ordu ilə Təbrizdən Naxçıvana gəldi. O, qızılbaşların Kür çayını keçməsini əngəlləmək üçün hərbi rəisi Məhəmməd Qaracanı GəncəQarabağa yolladı. Qızılbaşlar Kür çayını keçib Əlvəndin göndərdiyi ordunu məhv etdilər. Əlvənd Şah İsmayıla Şirvana qayıtmaq tələbi ilə məktub göndərsə də, rədd cavabı aldəqdan sonra, döyüşmək üçün nəzərdə tutduğu Şərur düzünə yollandı.[3] Lakin 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradı.[4] 1501-ci ildə İsmayıl Təbrizə daxil olub özünü şah elan edir.[5][6] Bununla da paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsası qoyuldu. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi.

  1. F. Sümer, “Akkoyunlular”, s. 273.
  2. "İlhan Erdem - OTLUKBELİ SONRASI AK-KOYUNLULAR (1473-1478)" (PDF). 2012-03-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-06.
  3. Həbib əs-Siyər, c. 4, səh. 499-500
  4. Həsən bəy Rumlu, "Əhsən ət-Təvarix", səh. 234
  5. Minorsky V. La Perse au XV-e siècle entre La Turque et Venise, Paris, 1933, səh. 60-61
  6. Эфендиев О. А. Образование азербайджанского государства Сефевидов в начале XVI века. Баку, 1961, səh. 90-91

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Əlvənd Mirzə
Doğum: (ehtimal ki)1464 Vəfat: 1505
Hakimiyyət titulları
Sələfləri 
Gödək Əhməd

Ağqoyunlular dövləti(آق‌قویونلو‎) sultanı
(Yəzddə)

1498-1501
Xələfləri 
(Səfəvilər imperiyası quruldu)
Şah İsmayıl