Məhəmməd mirzə (Ağqoyunlu)

Əbül Mükərrəm Sultan Məhəmməd və ya Sultan MəhəmmədUzun Həsənin nəvəsi, Yusif Mirzənin oğlu, Əlvənd Mirzənin qardaşı.

Sultan Məhəmməd
Məhəmməd Bayandur Yusif Oğlu
Sultan Məhəmməd dövrünə aid sikkə
Sultan Məhəmməd dövrünə aid sikkə
1498 – 1499
ƏvvəlkiGödək Əhməd
SonrakıSultan Murad
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri Təbriz, Ağqoyunlu dövləti
Vəfat tarixi
Vəfat yeri Kerman, Ağqoyunlu dövləti
Atası Yusif bəy Bayandur

Sultan Məhəmməd 1497-1500-ci illərdə KermanFars əyalətlərində Ağqoyunlu hökmdarı kimi hakimiyyətdə olmuşdur. Tam adı Əbül Mükərrəm Məhəmməd Bayandur ibn Yusifdir.

Ağqoyunlu ailəsində doğulan Məhəmməd Uzun Həsənin oğul nəvəsi, Yusif Mirzənin birinci oğlu idi. Məhəmmədin doğumu və həyatının ilk dövrü barədə olan məlumatlar çox azdır. Məlumdur ki, o, 1497-ci ildə qohumlarının və imperiyanın yuxarı təbəqəsinin bir hissəsi ilə birlikdə özünü sultan elan etmiş qohumu Gödək Əhmədə qarşı üsyan başlatmışdır. Gödək Əhməd İsfahan döyüşündə məğlub edildikdən sonra isə Məhəmməd müttəfiqi olan qardaşı Əlvənd Mirzə ilə imperiyanı bölüşdürmüşdür. Bu döyüşdə Məhəmmədin qalib gəlməsində Eybə Sultanın da onu dəstəkləməsi və Gödək Əhmədin ordusundakı əmirlərin ona xəyanəti mühüm rol oynamışdı. Məhəmməd Fars, Sistan, YəzdKermanda hakimiyyəti öz əlinə alarkən, yerdə qalan ərazilər də Əlvəndə verilmişdir.[1]

Lakin qardaşlar arasında da tezliklə münaqişə başlayır. 1498-ci ildə Məhəmməd Əlvəndə qarşı müharibəyə başlayır. Lakin məğlub olduğuna görə İsfahana qaçmağa məcbur edilir. 1499-cu ildə isə Məhəmməd Kermanda məskunlaşır. Lakin burada da qısa müddət sonra bir başqa qohumu Murad ibn Yaqub ilə münaqişəyə daxil olur. 1500-cü ildə o, Murad tərəfindən məğlub edilir və ölür.[2] [3]

  • Khvandamir, غیاث الدین خواندمیر, کتاب تاریخ حبیب السیر, 1380
  • Anonim, جها‌نگشا‌ی خا‌قا‌ن‌ (تا‌ریخ‌ شا‌ه‌ اسما‌عیل‌) [Cahangoşaye Xaqan (Tarix-e Şah Esmail)], مدیر مرکز مرکز تحقیقات فارسی ایران و پاکستان, 1364
  • Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661.
  1. Rumlu, 2017. səh. 16
  2. Anonim, 1364. səh. 169
  3. Khvandamir, 1380. səh. 222-225

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Məhəmməd mirzə (Ağqoyunlu)
Doğum: (ehtimal ki)1464 Vəfat: 1500
Hakimiyyət titulları
Sələfləri 
Gödək Əhməd

Ağqoyunlular dövləti(آق‌قویونلو‎) sultanı
(Yəzddə)

1498-1499
Xələfləri 
Sultan Murad Bayandur