Cəlil Məmmədquluzadənin Ev Muzeyi — Böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyidir.
Cəlil Məmmədquluzadənin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 1978 |
Mövzu | Azərbaycan ədəbiyyatı |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, Süleyman Tağızadə küç. 56 |
Direktor | Pərixanım Mahmud qızı Mahmudova |
Muzeyə yetişmək | S.Tağızadə küç., 56 |
Telefon | (+99 412) 492- 24-09 |
40°22′13″ şm. e. 49°49′43″ ş. u.HGYO | |
memmedquluzade.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey Azərbaycan Respublikası hökumətinin 1978-ci ildə verdiyi qərarla [1] Bakı şəhəri, Süleyman Tağızadə küçəsi (köhnə Poçt küçəsi), 56 ünvanında yerləşən evdə yaradılmış, 1994 – cü il, 28 dekabrda C. Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində açılmışdır.[2] Açılış mərasimində Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyev iştirak etmiş və nitq söyləmişdir.
Muzeydə C. Məmmədquluzadə və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000-ə yaxın eksponat toplanmışdır. Onların 500 - ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir.
Ekspozisiya beş otaqda (ümumi sahəsi 185 m²) yerləşir. Muzeydə ədibin uşaqlıq, gənclik və təhsil illərini, məktəbdarlıq fəaliyyətini, ilk yaradıcılıq addımlarını və mühitini, onun ilk jurnalistik və ədəbi fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilir. Ədibin iş otağı, “Molla Nəsrəddin” jurnalının redaksiyası – xatirə otağında isə C. Məmmədquluzadənin həyat və fəaliyyətinin 1922-1932-ci illər dövrünü əks etdirən, habelə yaradıcılığının tədqiqi ilə bağlı materiallar toplanmışdır. Burada ədibin əsərlərinin dünyada yayılma arealını əks etdirən xəritə də tərtib olunmuşdur.[3]
Muzey C. Məmmədquluzadənin və digər mollanəsrəddinçilərin irsinin toplanması, tədqiqi və təbliği sahəsində fəailliyyət göstərir.
2000-ci ildə muzeyin ekspozisyasına 8 minədək tamaşaçı baxmış, 500-dən çox ekskursiya aparılmışdır.
Muzey C. Məmmədquluzadə və digər mollanəsrəddinçilərin irsinin toplanması, tədqiqi və təbliği sahəsində fəaliyyət göstərməkdədir. Muzey idarə və müəssisələrdə, təhsil ocaqlarında ədəbi gecələr, görüşlər, xatirə günləri, disputlar, müsabiqələr və sair tədbirlər keçirir.