Cavanşir Qafarov

Cavanşir Qafarağa oğlu Qafarov (10 fevral 1928, Gədəbəy, Gəncə qəzası6 yanvar 1994, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959).

Cavanşir Qafarov
Doğum tarixi
Doğum yeri Gədəbəy, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Gədəbəy
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti vokalçı-aktyor
Fəaliyyət illəri 1953–1994
Təhsili Azərbaycan Dövlət Konservatoriyası
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Cavanşir Qafarov 10 fevral 1928-ci ildə Gədəbəydə anadan olmuşdur. Gur, cingiltili və bariton səsi olan aktyor 1948–1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb.[1]

Cavanşir Qafarov 6 yanvar 1994-cü ildə Bakıda vəfat edib. Gədəbəydə dəfn olunmuşdur.[1]

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
Tamaşa Müəllif Rol
Koroğlu Üzeyir Hacıbəyov Həsən xan
Leyli və Məcnun Üzeyir Hacıbəyov Nofəl
Arşın mal alan Üzeyir Hacıbəyov Süleyman
Aşıq Qərib Zülfüqar Hacıbəyov Şahvələd
Şah İsmayıl Müslüm Maqomayev Aslan şah
Nərgiz Müslüm Maqomayev Ağalar bəy
Sevil Fikrət Əmirov Atakişi
Ölülər Vasif Adıgözəlov Hacı Həsən ağa
Azad Cahangir Cahangirov Yavər
Bahadır və Sona Süleyman Ələsgərov Soltan
Vaqif Ramiz Mustafayev Vidadi və Qacar
Traviata Cüzeppe Verdi Jorj Jermon
Aida Cüzeppe Verdi Amonasro
Riqoletto Cüzeppe Verdi Qraf Monterone
Lakme Leo Delib Frederik
Toska Cakomo Puççini Şarrone
Karmen Jorj Bize Eskamilio və Morales
Aleko Sergey Raxmaninov Aleko
İolanta Pyotr Çaykovski Robert
Qaratoxmaq qadın Pyotr Çaykovski Qraf Tomski
Knyaz İqor Aleksandr Borodin Knyaz İqor
İvan Susanin Mixail Qlinka Kral Siqzmund
  1. 1 2 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I. 2016. səh. 261–262.