Con Reddi Blek

Con Reddi Blek (ing. John Reddie Black; 8 yanvar 1826, Şotlandiya11 iyun 1880, Yokohama) – Şotlandiya müğənnisi, naşiri, jurnalisti, həvəskar fotoqrafı və yazıçısı. Yaponiyada "Japan Gazette""The Far East" qəzetlərinin əsasını qoymuşdur. Onun tərəfindən 1872-ci ildə yaradılmış "Nisshin Shinjishi" qəzeti Yaponiya qəzetlərini Avropa standartları ilə tanış etmişdir.[1]

Con Reddi Blek
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Uşağı
  • Kayrakutey Blek[d]
Fəaliyyəti fotoqraf, müğənni, jurnalist, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Reddi Blek 1826-cı ildə Şotlandiyada ingilis ailədə[2] doğulmuşdur.[1] Donanma məmuru ailəsində böyüdüyü üçün Londonda yerləşən Krists Hospital məktəbində təhsil almışdır.[2] Lakin donanma məmuru karyerasının ürəyincə olmadığını düşünərək 1854-cü ildə həyat yoldaşı ilə Avstraliyaya köçmüşdür.[2]

Blekin Avstraliyadakı biznes həyatı uğursuzluqla nəticələndikdən sonra müğənni olmağa qərar verərək ingilis koloniyalarında konsertlər verməyə başlamışdır.[2] O, 1864-cü ilin əvvəlində ailəsi ilə Avstraliyanı tərk edərək Hindistana gəlmişdir.[2] Burada bir neçə konsert verdikdən sonra 25 martda Honkonqa çatmışdır.[2] Honkonq konsertləri bəyənildikdən sonra 13 mayda Şanxay şəhərinə gəlmişdir.[2] İyunda Hankou şəhəri üçün yola düşsə də, bu şəhərdə konsert verməsi haqqında məlumat yoxdur.[2] Blek 1864-cü ilin iyulunda ilk dəfə Yaponiyaya gəlmiş və bir sıra çıxışlarla yadda qalmışdır.[3] Sentyabr və ya oktyabr ayında isə Şanxaya qayıtmışdır.[3]

Yaponiyada fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
"The Far East" qəzetinin birinci səhifəsi.

Yaponiyanın ilk ingilisdilli qəzeti olan "Japan Herald" qəzetinin sahibi Albert Hansardın təklifindən sonra Blek 8 noyabr 1864-cü ildə Yokohama şəhərində qayıtmışdır.[3] Hansard 1865-ci ildə "Japan Herald" qəzetini qurduqdan sonra Bleki redaktor kimi işə götürmüşdür.[3] Blek qəzet üçün yazdığı yazılarla tanınmağa başlanmışdır.[1]

"Japan Herald" qəzeti maddi cəhətdən uğurlu olmadığı üçün 1867-ci ildə bağlanmış və Hansard Britaniyaya qayıtmışdır.[3] Buna baxmayaraq, Blek 1867-ci ildə "Japan Gazette" adlı axşam qəzetinin əsasını qoymuşdur.[3] Bu qəzet Yaponiyada davam edən hadisələrə həsr olunmuş ilk gündəlik nəşr idi.[1] Qəzet uğurlu olmuşdur.[1]

Blek 1870-ci ildə "The Far East" adlı iki həftədən bir nəşr olunan qəzet yaratmışdır.[1] Həvəskar fotoqraf olan Blek Yaponiya mədəniyyəti və mənzələri mövzusunda çəkdiyi fotoları bu qəzetdə nəşr edirdi.[3] Qəzetin uğur qazanmasından sonra Blek 1872-ci ildə səhifə sayını 12-yə qaldırmış, 1873-cü ildə isə 40 səhifəlik aylıq jurnala çevirmişdir.[1] Blek 1872-ci ilin yanvarında Tokioda Fransisko da Roza adlı portuqalla tanış olmuşdur.[1] Da Roza ondan yapon dilində qəzet qurmağı xahiş etmişdir.[1] Blek yapon dilində yaxşı oxuya bilmədiyini bildirmiş, yapon dilində yazıb-oxumağı bacaran Da Roza köməyini təklif etmişdir.[1]

Da Rozanın köməkliyi ilə Blek 24 aprel 1872-ci ildə "Nisshin Shinjishi" (日新真事誌?) qəzetinin ilk sayını nəşr etdirmişdir.[1] Qəzetin nəşrinə yerli və xarici xəbərlər, baş yazılar və redaktora məktublar daxil idi.[1] Blek hər günün nəşri üçün dörd səhifəlik tabloid yayımlayırdı.[1] "Nisshin Shinjishi" qəzeti siyasətçilər və tələbələr arasında populyar olmuşdur.[1] Qəzetin 225 nüsxəsi Maliyyə Nazirliyi tərəfindən satın alınmışdır.[1]

Tsukici hotelinin 1868-ci ildə Con Blek tərəfindən çəkilmiş fotosu. Blek həvəskar fotoqrafiya ilə də məşğul olmuşdur.

Blek yeni qəzetində Yaponiya hökuməti müxalif yazılar paylaşmış və skandallara səbəb olmuşdur.[1] Maliyyə naziri 1873-cü ilin mayında fiskal islahat təklifini təsdiqlədikdən sonra Blek əldə etdiyi gizli sənədi nəşr etdirmiş və səs-küyə səbəb olmuşdur.[1] 1874-cü ildə "Seçilmiş Assembleyanın yaradılması haqqında yazılı açıqlamalar"ı nəşr etdirmişdir.[1] Bu yazı Yaponiyada assembleya hərəkatının başlamasına səbəb olmuşdur.[1]

Hökumət Bleki "Nisshin Shinjishi" qəzetindən uzaqlaşdırmaq üçün assembleyaya məsləhətçi kimi dəvət etmişdir.[1] Blek həvəssiz də olsa, təklifi qəbul etmiş və 1875-ci ildə qanunvericiliyin məsləhətçisi olmuşdur.[1] Bu fürsətdən istifadə edən hökumət xarici şəxslərin yapon dilində qəzet nəşr etməsini qadağa edən qanun qəbul etmişdir.[1] Blek məsləhətçi kimi 2 il işləmək barədə razılaşsa da, 6 ay sonra işdən çıxarılmışdır.[1] "Nisshin Shinjishi" qəzeti 1875-ci ilin dekabrında fəaliyyətini dayandırmışdır.[1]

Blek hökumətə cavab olaraq Tokionun Tsukici xarici yaşayış məntəqəsində "Bankoku Shimbun" (万国新聞?) adlı lisenziyasız qəzet yaratmışdır.[1] Yaponiya hökuməti bu qəzetin fəaliyyətini dayandırmağa çalışmış və qəzet Yaponiya Xarici İşlər Nazirliyi ilə Britaniya konsulu Harri Smit Parks arasında müzakirə mövzusu olmuşdur.[1] Harri Park Yaponiya ilə münasibətləri yaxşı saxlamaq üçün 1876-cı ildə britaniyalıların Yaponiyada qəzet nəşr etməmələri barədə qərar çıxarmışdır.[1][4]

Blek həyat yoldaşı ilə Şanxaya getmiş və 1879-cu ildə "The Shanghai Mercury" adlı qəzet yaratmışdır.[5] Lakin xəstələnmiş və müalicə üçün 1879-cu ildə Yaponiyaya qayıtmışdır.[1] O, Yaponiyadakı həyatından bəhs edən memuar yazmağa başlasa da, tamamlaya bilmədən 1880-ci ildə ölmüş və Yokohama əcnəbi qəbiristanlığında dəfn olunmuşdur.[1] Memuarı 1881-ci ildə "Gənc Yaponiya" adı altında iki cild şəklində nəşr olunmuşdur.[1]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Blek Elizabet Şarlotta adlı qadınla evlənmişdir.[1] 1858-ci ildə Avstraliyanın Adelaida şəhərində Henri adlı oğlu olmuşdur.[2] Cütlüyün ümumilikdə 3 uşağı olmuşdur.[5]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 "Taste of Japan: John Reddie Black". Mitsubushi Electric (ingiliscə). 30 sentyabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2022.
  2. 1 2 3 4 5 6 7 8 9 Bennett. səh. 146
  3. 1 2 3 4 5 6 7 Bennett. səh. 147
  4. Kodansha Encyclopedia of Japan
  5. 1 2 Bennett. səh. 149