Əsl timsahlar (lat. Crocodylus) — əsl timsahlar sinfinə daxil olan cins. Nümayəndələri ümumiyyətlə tapılmadığı Avropa və Antarktida xaricində dünyanın hər yerində yaşayırlar. Afrikada, Cənubi Asiyada, Şimali Avstraliyada və Okeaniyada böyük ərazidə yayılmışlar. Şimali, Orta və Cənubi Amerikada növləri vardır. Cins çağdaş dövrdə 12 növü əhatə edir:
Əsl timsahlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Əsl timsahlar (cins) |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Filippin timsahı əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü hesab olunurdu (Crocodylus novaeguineae mindorensis). İndi isə ayrı bir növ olaraq (Crocodylus mindorensis) bilinir[2]. Molekulyar tədqiqatlar zamanı əslində Nil timsahının iki növdən ibarət olduğu — Nil timsahı (Crocodylus niloticus) və Səhra timsahı (Crocodylus suchus) — aşkar edilir[3][4]. Borneoda yayılmış Daraqlı timsah populyasiyalarının ayrı bir Crocodylus raninus növü olması ehtimal edilir[5][6]. Lakin bu hazırda təsdiqlənməyib. Afrika ensizburun timsahı (əvvəlki adı lat. Crocodylus cataphractus) DNT-sinin son tədqiqatları bu növü ayrı bir Mecistops cinsinə təsnif etməyə əsas verir[7].
Crocodylus johnstoni növü, kəşf edənin adındakı imla səhvinə görə əvvəlcə Crocodylus johnsoni adlandırılmışdır. Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir.
2011-ci ildə mitokondrial DNT tədqiqatı əsasında qurulmuş cinsin müasir nümayəndələrinin kladogramı:[8]:
Crocodylus |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Morfoloji xüsusiyyətlərə əsaslanan alternativ 2012 kladogram. Bu üsul xüsusilə nəsli kəsilmiş növlərlə əlaqəli olaraq daha az etibarlıdır. Səhra timsahının morfoloji xüsusiyyətləri Nil timsahı ilə eyni olduğundan analizə daxil edilməyib. Lakin müəlliflər bunun kifayət qədər nümunə götürülməməsi ilə izah edilə biləcəyini desələr də, iki növün morfoloji baxımından fərqlənməsini təklif etdilər[9]:
Crocodylus |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cinsin ilk nümayəndələri 9 ilə 16 milyon il əvvəl Hind-Sakit okean bölgəsində ortaya çıxdıqdan sonra 8 ilə 12 milyon il əvvəl Afrikaya nüfuz etdilər. Bunun ardınca 4–8 milyon il əvvəl meydana çıxan Yeni Dünyaya köçləri baş verir. Cinsin ən qədim çağdaş nümayəndəsi, 6 ilə 12 milyon il əvvəl meydana gəlməsi təxmin edilən Daraqlı timsah hesab edilə bilər. Bu cinsin nümayəndələri ən rəqabətli timsahlardırlar. Digər cinslərin nümayəndələri ilə rəqabətdə üstün olmuşlar[10].