Bu məqalə Culfa şəhristanı haqqındadır. Digər mənalar üçün Culfa səhifəsinə baxın.
Culfa şəhristanı — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanlarından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Culfa şəhəridir .
Culfa şəhristanının Şərqi Azərbaycan ostanındakı yerləşimi
Şəhristan Azərbaycan Respublikası ilə (əsasən Naxçıvan Muxtar Respublikasının Babək , Culfa və Ordubad rayonlarıyla ; çox kiçik bir hissəsi Qarabağ bölgəsiylə, Zəngilan rayonuyla ), və Ermənistanın Sünik mərzi ilə (Ermənistan-İran sərhədinin tamamı bu bölgədən keçir) həmsərhəddir.
Araz çayının Culfadan keçən hissəsi
Culfa bölgəsi Şərqi Azərbaycan ostanının şimal-qərb hissəsində Kəmçi dağının şimalında və Araz çayının güneyində yerləşir. Cənubdan Mərənd və Vərziqan , şərqdən Kəleybər , qərbdən Ərəbçölü bölgələri və şimaldan Azərbaycan (Ordubad , Culfa və Babək rayonları) və Ermənistan (Meğri rayonu ) respublikaları ilə həmsərhəddir. Bölgənin gəzməli-dolanmalı kəndlərindən Duzal, Nücəmehir, Kürdəşt,Üştibin və sairə yaşayış yerlərini örnək göstərmək olar.[ 2]
Naxırçı kilsəsi
Kürdəşt hamamı
Müqəddəs Stepanos monastırı
Dadaşzadə hamamı
Naxırçı kilsəsi
Sənt-Stepanus kilsəsi
Ziyaülmülk naxçıvanı körpüsü(Azərbaycanın Naxçıvan Muxtar Respublikasıilə sərhəddə yerləşir
Duzal kəndində imamzadə şüəyb türbəsi
İmamzadə məhəmməd türbəsi
Üştibin kəndi
Kürdəşt hamamı[ 3]
Kürdəşt qalası
Nənə Məryəm kilsəsi
Xoca Nəzər karvansarası
Əlibəy qalası
Müqəddəs Məryəm kilsəsi
Xoca Yaqub türbəsi
İmamzadə seyid ibrahim türbəsi[ 4]
Culfa bölgəsinin milli tərkibi tamamilə azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Əhalisi şiə inanclıdır. Bölgədə yaşayanlar əsasən əkinçilik, davar saxlamaq və Azərbaycan respublikası ilə ticarət etməkdən dolanırlar.[ 5]
Qurud-qəlyə aşı
Qurudlu küftə [ 6]
Mərkəzi bəxşi
İnzibati mərkəzi: Culfa ; digər şəhəri: Gərgər-Ələmdar (Hadişəhr)
DEHİSTANLARI:
Dəran dehistanı
KƏNDLƏRİ : Əfşar, Əhmədabad, Əlvan, Dəran, Mərazad, Məzrayə-i Məncanabad
Ersi dehistanı
KƏNDLƏRİ : Ersi, Livarcan, Novşirəvan, Qışlaq, Siyahsəran, Zəviyə
Şuca dehistanı
KƏNDLƏRİ : Ağbulaq, Gülfərəc, Heydərabad, Kiliddağı, Qarabulaq, Sərkeş, Şahmar, Şuca, Silgərd, Talıbqulu, Təzəkənd
Siyahrud bəxşi
İnzibati mərkəzi: Siəh Rud
DEHİSTANLARI:
Dizmar-i Qərbi dehistanı
KƏNDLƏRİ : Hələq, İri-yi Süfla, Komar-i Ülya, Komar-i Süfla, Vədiq
Novcamehr dehistanı
KƏNDLƏRİ : Əlifabad, Əniq, Əqan, Dostaşina, Duzal, Elsevən, Kürdəşt, Müsən, Miyanə-i Kürd Əhməd, Nəmnəq, Nəzərkəndi, Novcamehr, Nurdüz, Uruc, Pəhnavar, Pirbulaq, Qaradərə, Qaraçı-i Mədən, Qışlaq-i Ərəmanə, Qışlaq-i Nuaki, Qulan, Təlkəri, Üştibin
Şəhərlər Dehistanlar (qəsəbələr) MƏRKƏZİ BƏXŞİ: Dəran • Ersi • Şuca
SİƏH RUD BƏXŞİ: Dizmar-i Qərbi • Novcamehr
Kəndlər
Mərkəz Şəhristanlar Şəhərlər İran ostanları •
Qeyd: Bəzi şəhərlərin adlarının altından xətt çəkilməsi onların müvafiq olduqları şəhristanın inzibati mərkəzi olmalarını əks edir; adı qalın yazılan şəhər isə bütün ostanın inzibati mərkəzidir