Culfa rayonunun mineral bulaqları

Rayon ərazisində 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə) qazılmışdır.

Ağsal mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Ərəfsə kəndindən 2 km cənubda, Ağsal dağının ətəyində yerləşir. Okean səviyyəsindən 1890 metr yüksəklikdədir[1].

Əlincə kəndindən 1,5 km şimalda, okean səviyyəsindən 2340 metr yüksəklikdə yerləşir. Eyni kimyəvi tərkibli bulaq suyundan yaxın ərazidə, okean səviyyəsindən 2100 metr hündürlükdə yerləşən “Gilənarlıq dərəsi” deyilən yerdə də vardır. Hər iki bulaq suyunun kimyəvi tərkibi Rusiyanın Kislovodsk şəhərindəki (Şimali Qafqaz) Nazran suyunun tərkibi ilə eynilik təşkil edir. Sözügedən mineral sular daxili xəstəliklərin müalicəsində mühüm rola malikdirlər, lakin elmi şəkildə tam öyrənilməmişdirlər[1].

Culfa şəhərindən 8 km şimal-şərqdə, Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Həmin sudan Polşada “Kudova”, Fransada “Lua-Bulbul”, Almaniyada “Dürkgeym”, Rusiyada “Sineqorsk” (Saxalin y.a) termal bulaqları da vardır. Darıdağ termal mineral suyunun tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən termal bulaqlardan fərqlidir

Mineral sulardan istər soyuq istərsə də isti içmək zərərlidir. 1991-ci ildən ərazidə pullu xidmətli Darıdağ Balneoloji Müalicəxanası fəaliyyət göstərir. Müalicəxana 1978-ci ildən yaradılaraq orada ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr vanna qəbul etməklə müalicə olunurlar. Ərazidə 1977-ci ildən fəaliyyət göstərən Darıdağ Karbonqazı Zavodunda yeni avadanlıqlar quraşdırılaraq sutkalıq istehsal gücü 30 tona çatdırılmışdır. Zavod Naxçıvan MR Mineral Sular Birliyinin öhdəsindədir[1].

Dərəlik mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Culfa-Naxçıvan avtomobil yolundan 2 km kənarda, Əlincə çayının sahilindədir. Sözügedən mineral su 170 metr dərinlikdə qazılmış tuf daşdan çıxır. Mineral suyun tərkibi radonlu, karbonqazlı, zəif minerallaşmış hidrokarbonatlı-xlorlunatriumlu-kalsiumlu-maqneziumludur. Kimyəvi tərkibinə görə RusiyadakıPyatiqorsk” (Şimali Qafqaz) mineral suyu ilə oxşarlıq təşkil edir. Dərəlik mineral suyu sinir və ürək-damar sistemi, revmatik və dəri xəstəliklərinin müalicəsində (vanna qəbulu ilə) mühüm rola malikdir[1].

Araz çayının yatağında bir neçə yerdən çıxır və çaya tökülür. Dərəşam suyu Rusiyanın Kislovodsk şəhərindəki (Şimali Qafqaz) “Nazran-5” mineral suyunun oxşarıdır. Sudan mədə-bağırsaq, qaraciyər, xroniki qastrit, xroniki kalit və ürək-damar xəstəliklərinin müalicəsində istifadə etmək olar. Sözügedən mineral bulaq sərhəd zolağında yerləşdiyindən bulağın suyunun plastik borularla sərhəddən ölkə daxilinə çəkilib gətirilməyi məsləhət görülür[1].

Dingə mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Qazançı kəndindən 5 km şimalda yerləşir. Zəif minerallaşmış bulağın suyu hidrokarbonatlı-sulfatlı-maqneziumlu-kalsiumlu-natriumludur. Daxili xəstəliklərin müalicəsində və süfrə suyu kimi istifadədə (18-20 Cº) əhəmiyyətli rola malikdir[1].

Ərəfsə mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Ərəfsə kəndində, Əlincə çayının sağ sahilində, “Ağsal” bulağının yaxınlığında yerləşir. Zəif minerallaşmış suyun tərkibi karbonqazlı, hidrokarbonatlı-natriumlu-kalsiumlu-maqneziumludur. Kimyəvi tərkibinə görə Gürcüstanda çıxan “Borjomi” tipli suyun oxşarıdır. Mineral su daxili xəstəliklərin müalicəsi üçün içilmədə (18-20 Cº) əhəmiyyətlidir[1].

Köhnə Güleymar (Köləhmər) kəndindən 1,5 km aralıda, Əlincə çayının sol qolunun məcrasında, okean səviyyəsindən 1820 m yüksəklikdə yerləşir. Bir neçə yerdən çıxır. Sözügedən bulaq ərazidəki zəlzələ hadisəsindən sonra yeraltı süxurların çatlamasından yaranmışdır. Mineral suyun tərkibi indiyədək elmi şəkildə tam öyrənilməmişdir. Suyun arxında dəmir oksidinin qalıqlarını bildirən tünd narıncı rəngli çöküntülər vardır. Mineral bulaqdan axan suyun debütü 120 m³/gün, temperaturu 18 Cº-dir. Daxili xəstəliklərin və tənəffüs orqanlarının müalicəsi məqsədilə gün ərzində 0,5 litr içilməsi məsləhət görülür.[1]

Gülüstan kəndindən 2,5 km şimal-qərbdə, Əlincə çayının yatağındadır. Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksək təzyiqli mineral su çıxmaqdadır. Gülüstan mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır. Zəif minerallaşmış su kimyəvi tərkibinə görə Rusiyanın Kislovodsk şəhərindəki (Şimali Qafqaz) “Nazran” və Babək rayonundakıSirab” mineral sularının oxşarıdır[1].

Hazırda bu mineral su sənaye üsulu ilə istehsal olunaraq “Gülüstan” markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur. Bu su mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün istifadə olunur. (içilməklə)

Həvi mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Ərəfsə kəndindən 6 km məsafədə, okean səviyyəsindən 2050 m yüksəklikdə yerləşir. Mineral suyun dadı turşdur. Axdığı yerdə dəmir oksidinin qırmızımtıl izləri vardır. Mineral sudan daxili xəstəliklərin müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº temperaturda içməklə) istifadə olunur.[1]

Xoşkeşin mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 34 km məsafədə, Xoşkeşin kəndi ərazisində, Əlincə çayının sol sahilində, Zəngəzur dağ silsiləsinin yamacında yerləşir. Mineral bulağın suyu kənddəki yeraltı travertin mənşəli süxurların çatlarından çıxır. Orta dərəcədə minerallaşmış mədən suyu karbonqazlı, xlorlu, hidrokarbonatlı-sulfatlı-natriumludur. Daxili xəstəliklərin müalicəsində (18-20 Cº) mühüm rola malikdir (içilməklə)[1].

Qazançı mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Qazançı kəndindən 2,5 km cənub-şərqdə, Əlincə çayının sol sahilində iki yerdən çıxır. Mineral suyun tərkibində 31 mq/litr həcmində dəmir oksidi olduğundan su arxında qırmızımtıl çöküntü izləri qalmışdır. Suyun tərkibi zəif minerallaşmış xüsusiyyətlərə malikdir və debüt əmsalı da aşağıdır. Həkim məsləhəti ilə mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün (sutkada 0,5-1 litr) içilməsi məsləhət görülür[1].

Ləkətağ mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Ləkətağ kəndi yaxınlığında, okean səviyyəsindən 2350 metr yüksəklikdə, dərin mineral su quyusunun ətrafında yerləşir. Burada həmçinin əlavə dörd sayda mineral bulaq da vardır. Zəif minerallaşmış bulaqların kimyəvi tərkibi karbonqazlı, hidrokarbonatlı-kalsiumlu-maqneziumludur[1].

Babək rayonu ərazisindəki Nəhəcir kəndi yaxınlığında, Naxçıvan şəhərindən 14 km məsafədə, okean səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Zəif minerallaşmış karbonqazlı su, kimyəvi tərkibinə görə RusiyanınYessentuki” (Şimali Qafqaz) tipli mineral bulağının analoqudur. Mədən suyundan vanna qəbul etməklə (10-15 dəq.) və sutkada 0,5 litr miqdarında qurtumla içməklə dəri və mədə-bağırsaq xəstəliklərini müalicə etmək mümkündür[1].

Teyvaz kəndindən 2 km cənub-qərbdə, Teyvaz çayının məcrasında, okean səviyyəsindən 1785 metr yüksəklikdə yerləşir. Orta dərəcədə minerallaşmış hidrokarbonatlı-natriumlu-xlorlu suyun tərkibində karbon qazı olduqca azdır. Mütəxəssislər tərəfindən öyrənilməsə də, sudan dəri səpkilərinin aradan qaldırılmasında, ayaqlardakı göbələk (qribok) və s. xəstəliklərin müalicəsində vanna qəbul etməklə (10 kurs, 40-50 Cº) istifadə etmək olar. Mineral sudan həkim məsləhəti ilə müalicə aparılmalıdır. Ağız boşluğu və diş ətlərindəki iltihaba qarşı qısa müddətli yaxalama etmək olar[1].

Kola mineral bulağı

[redaktə | mənbəni redaktə et]

Ləkətağ kəndi yaxınlığında, Kolasu çayının mənbəyində yerləşir. Bir neçə yerdən çıxır. Zəif minerallaşmış su karbonqazlıdır. Daxili xəstəliklərin müalicəsi üçün içilməsi (18-20 Cº) məsləhət görülür[1].

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008.