Ağsal dağı — Şərur rayonunu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Mehridərəsi və Şahbulaqdərə çaylarının suayrıcında, Şahbulaq kəndindən 2 km şimal-şimal-şərqdə dağ (hünd. 1928,0 m). Zirvəsi Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin çökmə, yamacları Üst Tabaşirin Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadli sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarında şimal-qərb istiqamətli qırılmalar izlənilir.[1]
Ağsal dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1928 m |
Yerləşməsi | |
39°40′29″ şm. e. 45°09′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|