Börilər və ya Börüoğulları (1117–1154) – Şam və ətrafında qurulmuş yarım müstəqil feodal dövlət, Böyük Səlcuq İmperiyası daxil olan Türk Atabəyliyi.
Səlcuqlularda idarəçi olaraq təyin edilən şahzadələrin yanına atabəy olaraq adlandırılan təcrübəli dövlət adamları verilərdi. Atabəy dövlətin zəiflədiyi dövrlərdə olduğu bölgədəki rəhbərliyi ələ keçirib dövlətləşmişdirlər. Xanədanın ikinci Atabəyi "qurd" mənasını verən böri adını daşıdığı üçün xanədan da bu adla tanınırdı. 8 iyun 1104-cü ildən etibarən mərkəzi Şam olaraq Böyük Səlcuq Dövlətinə bağlı bir şəkildə Suriya və Livanın böyük hissəsini idarə edirdilər. 1148-ci ilin iyul ayında İkinci Səlib yürüşü zamanı xristianların Şama hücumlarını nəticəsiz buraxmağı bacarmışlar. 26 aprel 1154-cü ildə Şam daxil olmaqla bütün ərazisinin bir başqa atabəylik Zengin tərəfindən fəth edilincə, Börilər də tarix səhnəsindən siliniblər.