Dmitri Kabalevski

Dmitri Borisoviç Kabalevski (rus. Дми́трий Бори́сович Кабале́вский; 17 (30) dekabr 1904[1][2], Sankt-Peterburq[3]14 fevral 1987[1][2], Moskva[4]) — rus bəstəkarı, SSRİ xalq artisti (1963), Lenin mükafatı laureatı (1972), Sosialist Əməyi Qəhrəmanı (1974).

Dmitri Kabalevski
rus. Дмитрий Борисович Кабалевский
Ümumi məlumatlar
Doğum tarixi 17 (30) dekabr 1904[1][2]
Doğum yeri
Vəfat tarixi 14 fevral 1987(1987-02-14)[1][2] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti klassik musiqi bəstəkarı, dirijor, xoreoqraf, musiqişünas, musiqi pedaqoqu, universitet müəllimi[d], pianoçu, film bəstəkarı, ictimai xadim, siyasətçi
Janrlar opera, simfoniya, klassik musiqi, kamera musiqisi[5], XX əsr klassik musiqisi[d]
Musiqi aləti piano
Təhsili
Üzvlüyü
Elmi dərəcəsi
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
SSRİ xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar artisti RSFSR əməkdar incəsənət xadimi "Lenin" mükafatı SSRİ Dövlət mükafatı Lenin komsomolu mükafatı "Stalin" mükafatı Mixail Qlinka adına RSFSR Dövlət mükafatı
kabalevsky.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

D.B.Kabalevskinin yaradıcılığının və çoxcəhətli fəaliyyətinin rus musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri var. O, tanınmış bəstəkar, ictimai xadim, görkəmli alim, pedaqoq, pianoçu olmuşdur. Bəstəkarın yaradıcılıq irsi müxtəlif çeşidli əsərlərlə təmsil olunmuşdur. Buraya bir neçə opera və simfoniya, bir baletin və operetta, instrumental konsertlər və kamera ansambllar, f-no pyesləri və vokal əsərləri, teatr tamaşalarına və kinofilmlərə yazılmlş musiqi daxildir. D.B.Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini əvvəl musiqi texnikumunda sonra isə Moskva konservatoriyasında pianoçu və bəstəkarlıq ixtisasları üzrə davam etdirmiş tələbəlik illərində əsasən kamera janrlarında əsərlər bəstələmişdir. 30-cu illərdə yaradıcılığının ən məhsuldar dövründə Kabalevski orkestr və xor üçün “mübarizə poemasını” , 2-ci f-no konsertini, 3 simfoniyasını, R.Rollanın əsasında “Kola Brünyon” operasını bəstələyir. Müharibənin ilk aylarında kütləvi mahnılar, səs və orkestr üçün vokal monoloqlar,səs ila f-no üçün S.Marşakın sözlərinə 3 uşaq mahnısı, “7 şən mahnı”, vokal silsiləsi, “Böyük Vətən” kantatası meydana çıxır.Müharibə illərinin əsərlərindən danışarkən “Xalq qisasçıları” süitasını, “Od içində” operasını, N.M.Myaskovskiyə həsr olunmuş 24 prelüd silsiləsini (f-no üçün), 1944-cü ildə “Don Kixot” radio tamaşasına yazdığı musiqini qeyd etmək lazımdır. Müharibədən sonraki dövrdə bəstəkar instrumental musiqi sahəsində çox fəal işləyir, V.Şekspirin “Romeo və Cülyetta” faciəsinə “Musiqi lövhələri” süitasını yazır. Bəstəkar 20 illik fasilədən sonra yenidən simfoniya janrına müraciət edərək, 1966-cı ildə 4cü simfoniyasını bəstələyir. Simfoniyanın məzmunu çoxplanlıdır,dramaturqiyası isə kəskin konfliktlərlə zəngindir. Bəstəkar opera janrında da çox bəhrəli çalışmışdır. 1947-50-ci illərdə B.Qorbatovun “Yenilməz insanlar” povesti üzrə Tarasın ailəsi”, 60-cı illərdə L.Lavrovun povesti üzrə “Bacılar” operasını, 1952-ci ildə “Bahar oxuyur” operettasını yazır. Kabalevski xor musiqisinə də böyük maraq göstərirdi. O yenidən kantata, oratoriya kimi iri formalara müraciət edir, Q.solodarın sözlərinə “Şəhər,bahar və sülh haqqında nəğmə”, “Doğma torpaq haqqında “, “Dostluq nəğmələri” kantatalarını bəstələyir. Kabalevskinin ən məşhur əsərlərindən biri şair R.Rojdestvenskinin sözlərinə yazdığı “Rekviem” əsəridir. Əsər Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanlara ithaf olunub. “Rekviyem”ə görə bəstəkar Dövlət mükafatına layiq görülür. Yaradıcılığının son dövründə Kabalevski V.Şekspir, R.Həmzətov, S.Marşak və başqa şairlərin şeirlərinə müraciət edərək, romanslar bəstələyir. Bas və f-no üçün Şekspirin sözlərinə yazdığı “On Sonet” bəstəkarın yaradıcılığında önəmli rol oynayır. Onlar lirik monoloq tərzində bəstələnmişdir. D.B.Kabalevski 1987-ci ildə vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]