Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi

“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Müşahidə Şurasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə təsis edilib. [1]

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılma tarixi 17 dekabr 2021-ci il
Tabelik Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Ünvan Cəlil Məmmədquluzadə 85Z
Rəhbərlik
Rəhbər Kənan Əkpərov

Rəsmi saytı drim.az

Tarixi[redaktə | mənbəni redaktə et]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyası, elektron  xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinə dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

Bunlarla yanaşı Mərkəz tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki qurumların fəaliyyət istiqamətlərinə uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində informasiya texnologiyalarının tətbiqi ilə bağlı səmərəli tədbirlər görülür.

Missiya[redaktə | mənbəni redaktə et]

Mərkəzin missiyası rəqəmsallaşdırma nəticəsində innovativ və rahat həllər tətbiq etmək, proseslərin sadələşdirilməsi üçün peşəkar dəstək göstərməkdir.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) rəqəmsallaşma dünyasında ən son yeniliklərin tətbiqi nəticəsində operativ xidmətin göstərilməsi, proaktiv yanaşmanın əhatə dairəsinin genişləndirilməsi ilə vətəndaş məmnuniyyətini əldə etməyi gələcəyə baxış olaraq müəyyən etmişdir.

Dəyərlər[redaktə | mənbəni redaktə et]

İnnovativlik, operativlik, universallıq, əlçatanlıq və peşəkarlıq mərkəzdə rəhbər tutulan dəyərlərdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "- DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılır". 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.