Elçin Əhmədov (kiçik gizir)

Elçin Rasim oğlu Əhmədov (23 aprel 1989, Qax1 avqust 2014, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Elçin Əhmədov
Elçin Rasim oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 23 aprel 1989(1989-04-23)
Doğum yeri
Vəfat tarixi 1 avqust 2014(2014-08-01) (25 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Qax Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Rütbə Kiçik gizir
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elçin Əhmədov 23 aprel 1989-cu ildə Qax şəhərində anadan olub. Elçin Əhmədovun avqustun 15-i nişan mərasimi baş tutmalı idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Kiçik gizir Elçin Əhmədov 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Elçin Əhmədov doğulduğu Qax şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Əhmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elçin Əhmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]