Elşad Ərşadoğlu (Elşad Ərşad oğlu Əliyev ; 29 iyul 1986, Yağlıvənd , Füzuli rayonu ) — Azərbaycan ssenaristi, rejissor, kino redaktoru və şair[2] . Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü.
Elşad Ərşadoğlu 29 iyul 1986-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub.[3] [4] Orta məktəbi 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdığı İsmayıllı rayonunun Quşencə (Zoğallıq) kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 2004–2008-ci illərdə bakalavr[4] , 2009–2011-ci illərdə magistr təhsili alıb.[3] 2008–2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1998-ci ildə bədii yaradıcılığa başlamış, 2002-ci ildə "İnam yolu" qəzetində ilk şeiri çap olunduğu vaxtdan "Azərbaycan ", "Ulduz " jurnallarında, "Ədəbiyyat ", "525-ci qəzet ", "Ədalət " və digər qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edir.[4] [5] Şeirləri italyan [6] , rus , özbək dillərinə və Türkiyə türkcəsinə tərcümə olunaraq İtaliyada , Rusiyada , Özbəkistanda və Türkiyədə çap olunub.
Bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuş, Nizami Gəncəvi , Məhəmməd Füzuli , Mirzə Fətəli Axundzadə , Hüseyn Cavid kimi klassiklərin yaradıcılığı haqqında yazdığı məqalələri müxtəlif elmi jurnallarda nəşr olunmuşdur.
2008–2010-cu illərdə M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərmiş, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin məzunu olunmuşdur.[4]
2014-cü ildən eyni zamanda kino yaradıcılığı ilə də məşğuldur, 9 bədii, sənədli və animasiya filmində, "Mozalan" kinojurnalının 4 nömrəsində redaktor, ssenari müəllifi və rejissor kimi fəaliyyət göstərib.
Ssenari müəllifi və quruluşçu rejissoru olduğu[7] "Açar" qısametrajlı bədii filmi "Oskar " və BAFTA təsnifatlı nüfuzlu beynəlxalq kino festivallarında[8] , o cümlədən Niderland [9] [10] , Böyük Britaniya [11] , Fransa [12] [13] , İtaliya , Bolqarıstan , İsveç [14] , Rumıniya , Şimali Makedoniya , Türkiyə [15] , Hindistan [16] kimi ölkələrdə keçirilən 20-dən artıq festivalda iştirak edərək, müxtəlif mükafatlara layiq görülüb. Filmin beynəlxalq yayım hüquqları ABŞ -nin qısametrajlı filmlərin yayımı üzrə ixtisaslaşmış dünyaca məşhur "7 Palms Entertainment " şirkəti tərəfindən alınıb.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü[4] , 2014-cü ildən isə Birliyin İdarə Heyətinin üzvüdür. 2014–2019-cu illərdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri olmuşdur.[4] [17] [18] [19] 2012-ci ildən Mədəniyyət Nazirliyində çalışır.[3] [20] [21]
"Yarsan mənim ürəyimi…". Bakı: OL, 2007;[23]
"Kələfin ucu". Bakı, 2010;[23]
"Eşqə doğru". Bakı, 2014.[4] [24] [25]
Gəlin, birgə öyrənək. Rənglər (film, 2014) — mahnı mətninin müəllifi
Xəlvətdə qalmış müdrik (film, 2014) — redaktor [26]
Qara bağ (film, 2015) — redaktor
Gəlin, birgə öyrənək. Rəqəmlər (film, 2015) — mahnı mətninin müəllifi
Növbə (Mozalan № 196, 2016) — ssenari müəllifi
Taksi (Mozalan № 196, 2016) — ssenari müəllifi
Gediş haqqı (Mozalan № 197, 2016) — ssenari müəllifi
Evin yıxılsın, MMC (Mozalan № 197, 2016) — ssenari müəllifi
Avtoportret (film, 2017) — kadrarxası mətnin müəllifi
Canavar ovu (film, 2017) — redaktor [3]
Dönüş (film, 2018) — ssenari müəllifi [3]
Soraq (film, 2019) — ssenari müəllifi [3]
Açar (film, 2022) — quruluşçu rejissor , ssenari müəllifi [27]
↑ Gülnar Səma. "Elşad Ərşadoğlunun poetik dünyası" (az.) . "525-ci qəzet" . 20.09.2017. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Fariz Hüseynov. "" Sənətkarlıq paytaxtı"nda ədəbiyyat axşamı" (az.) . "Mədəniyyət" qəzeti . 22.10.2014. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ 1 2 3 4 5 6 Nəriman Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. 4 cilddə. IV cild. Bakı: Qanun, 2020 — səh. 700.
↑ 1 2 3 4 5 6 7 8 9 Sevinc Mürvətqızı. "Özümü şeirdə daha yaxşı ifadə edə bilirəm" (az.) . Azərbaycan Milli Kitabxanası . 15.03.2014. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi . "Əliyev Elşad Ərşad oğlu" (az.) . Gənclər və İdman Nazirliyi . 23.10.2013. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ XC. "Azərbaycan şairləri italyan dilində" (az.) . Xalqcebhesi.az . 13.02.2014. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Lalə. "İşğal altında qalmış evin "Açar"ı" (az.) . "Mədəniyyət" qəzeti . 06.09.2019. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi . "" Açar" bədii filmi Şimali İrlandiyada beynəlxalq festivalda iştirak edəcək" (az.) . Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi . 19.10.2022. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ "Rakurs" rüblük informasiya bülleteni. 2022, № 1 (yanvar-mart). Bakı: AKİ, 2022 — səh. 35.
↑ Ədəbiyyat və incəsənət. "" Açar" bədii filmi Niderlandda beynəlxalq festivalda ölkəmizi təmsil edəcək" (az.) . Ədəbiyyat və incəsənət . 15.03.2022. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ "Rakurs" rüblük informasiya bülleteni. 2022, № 4 (oktyabr-dekabr). Bakı: AKİ, 2022 — səh. 58.
↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi . "" Açar" bədii filmi Fransada beynəlxalq festivalda iştirak edəcək" (az.) . Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi . 11.10.2022. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Mədəniyyət TV. "" Açar" filmi beynəlxalq festivalda" (az.) . Youtube.com . 14.10.2022. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-04-04 .
↑ "Rakurs" rüblük informasiya bülleteni. 2022, № 3 (iyul-sentyabr). Bakı: AKİ, 2022 — səh. 50.
↑ "İki sahil" qəzeti . "Azərbaycan X Beynəlxalq İpəkyolu Festivalında 2 filmlə iştirak edəcək" (az.) . İki sahil . 15.11.2022. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ "Rakurs" rüblük informasiya bülleteni. 2022, № 2 (aprel-iyun). Bakı: AKİ, 2022 — səh. 56.
↑ AzərTAc . "Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilmişdir" (az.) . AzərTAc . 31.03.2014. 2015-04-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Azərbaycan Milli Kitabxanası . "Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin "Gəncliyin səsi" festivalı çərçivəsində tədbir keçirilmişdir" (az.) . Azərbaycan Milli Kitabxanası . 03.02.2018. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Yeni Azərbaycan Partiyası . "Bakıda Azərbaycan yazıçılarının XII qurultayı keçirilib" (az.) . Yeni Azərbaycan Partiyası . 18.06.2014. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Avanqard.net. "Elşad Ərşadoğlu: "Müsabiqələri ayrı-ayrılıqda yox, bir yerdə elan etməyi qərara aldıq" " (az.) . Avanqard . 19.03.2019. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Kulis.az. "Nazirlik kino müsabiqəsinin şərtlərini niyə dəyişdi?" (az.) . Kulis.az . 19.03.2019. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ President.Az. "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.) . President.az . 22.06.2023. 2023-06-23 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ 1 2 Sevinc Mürvətqızı. "Elşad Ərşadoğludan "Eşqə doğru" " (az.) . Azərbaycan Milli Kitabxanası . 22.11.2014. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Kulis.az. "Gənc şairdən yeni kitab "EŞQƏ DOĞRU" " (az.) . Kulis.az . 14.11.2014. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Axar.az. "Gənc şairdən yeni kitab" (az.) . Axar.az . 15.11.2014. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ Axar.az. "Xəlvətdə qalmış müdrik səhnəyə çıxır" (az.) . Axar.az . 11.10.2014. 2024-04-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2024-03-31 .
↑ AzərTAc . "" Açar" filminin tizeri təqdim olunub" (az.) . AzərTAc . 03.06.2020. İstifadə tarixi: 2024-04-04 .