Elm tanrı axtarışında (kitab)

Elm Tanrı Axtarışında (ing. God's Undertaker) — Con Lennoksun "Elmi bestseller" silsiləsindən olan kitabı.

Elm Tanrı Axtarışında
God's Undertaker
Kitabın azərbaycancasının ilk nəşri
Kitabın azərbaycancasının ilk nəşri
Müəllif Con Lennoks
Janr Tədqiq
Mövzu Teizm, Kreatsionizm, Apologetika
Orijinalın dili İngiliscə
Ölkə Birləşmiş Krallıq
Orijinalın nəşr ili 2009
Nəşriyyat Qədim Qala
Səhifə 224

📌 Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğu qeyd edilir.

Məzmun[redaktə | mənbəni redaktə et]

"Bir sıra müasir şərhçilərə inanası olsaq, elm Tanrını bir küncə sıxışdırıb, öldürüb, sonra da hərtərəfli izahatları ilə dəfn edib. Onlar deyirlər ki, ateizm intellektual olaraq əsaslandırılmış yeganə mövqedir və Tanrını yenidən təqdim etmək üçün istənilən cəhd elmin tərəqqisinə mane ola bilər. Bu təşviqedici və düşündürücü kitabda Con Lennoks bizi bu cür iddiaları çox diqqətlə nəzərdən keçirməyə dəvət edir.

O soruşur: "Doğrudanmı, elmdə hər şey məhz ateizmə işarə edir? Bəs mümkündürmü ki, teizm elmlə ateizmə nisbətən daha rahat uzlaşsın? Elm Tanrını dəfn edib, ya yox?"

Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Mübahisələr zamanı Lennoks rəqiblərinin arqumentlərindən zəifini deyil, ən güclüsünü seçir və onu ədalətlə, obyektiv təhlil edir, öz ixtisası ilə əlaqəli mövzularda şəxsən tutarlı arqumentlər təqdim edir, digər sahələrdə isə qabaqcıl mütəxəssislərə istinad edərək öz bəyanatlarını əsaslandırır.

Bu kitabın səhifələrində kainatdakı incə nizamdan təsirlənən fiziklərin, xüsusi bir planetdə yaşadığımızı dərk edib heyrətlənən kosmoloqların, DNT-dəki informasiyanın şüurlu yaradılış fikrinə sövq etdiyi filosofgenetiklərin, "Tanrı" deməmək üçün ümidsiz halda çırpınan Riçard Dokinz və dəstəsinin hekayəsini tapa biləcəksiniz.

Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğunu öyrənmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız. Elm və din münasibətlərinin kamil şəkildə təhlil edildiyi, heç bir irada, açıq suala yer qoymamış ən son müzakirələri ehtiva edən "Elm Tanrı axtarışında" kitabı elmin dinlə rabitəsi haqqında debatlar üçün misilsiz töhfədir.

Müəllif[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Con Lennoks

Con Lennoks Oksford Universitetinin professoru, riyaziyyat üzrə elmlər doktoru, bioetika üzrə magistrdir.

O, Kembric Universitetini xalis riyaziyyat sahəsi üzrə dərəcə ilə bitirmişdir. Uzun illər Kardiffdə Uels Universitetində riyaziyyatçı kimi çalışmış və tədqiqatlarına görə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Oksford Universitetində magistr və fəlsəfə doktoru, Surrey Universitetində bioetika üzrə magistr dərəcəsinə malikdir.

Hazırda Oksford Universitetinin professoru olan Lennoks “Green’s Graduate College” idarə heyətinin üzvü kimi Oksford Universitetində təbiət elmləri, fəlsəfədin arasında əlaqəni araşdırır və tədris edir. Müxtəlif mövzularda yazılmış 70-dən çox elmi məqalənin, bir çox kitabların müəllifi və həmmüəllifidir.

İngilis, rus, fransız, alman, ispan dillərini gözəl bilən Lennoks Şimali Amerikada, Avstralaziyada, ŞərqiQərbi Avropanın bir çox universitetlərində riyaziyyat, elm fəlsəfəsi və dinin intellektual müdafiəsi haqqında geniş mühazirələr oxumuş, Kristofer Hitçens, Maykl Şermer, Riçard Dokinz, Laurens Kraus, Piter Singer kimi məşhur ateistlərlə elmi debatlar aparmışdır.

Bu kitab da müəllifin çoxillik mühazirələrinin və elmi debatlarının bəhrəsidir. Arqumentlərin yazılı təqdim edilməsi üçün edilən saysız xahişlərə cavab olaraq qələmə almışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]