Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən).[1][2]
Elmar Qasımov | |
---|---|
Vəzifədədir | |
10 aprel 2012-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 sentyabr 1973 (50 yaş) |
Partiya | |
Təhsili | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | coğrafiya, politologiya |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur.
1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
Ailəlidir, iki övladı var.
1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir.[3] 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb.[4]
2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvü olub.[5]
10 aprel, 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.[1]
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[6]