Elnur İbrahimov (əsgər)

Elnur Məhiyəddin oğlu İbrahimov (29 noyabr 1995, Vladimirovka, Quba rayonu1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Elnur İbrahimov
Elnur Məhiyəddin oğlu İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (18 yaşında)
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Xidmət illəri 2014-cü ildən
Rütbə Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur İbrahimov 29 noyabr 1995-ci ildə Quba rayonunun Vladimirovka kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Elnur İbrahimov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-si isə Elnur İbrahimov doğulduğu Quba rayonunun Vladimirovka kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İbrahimov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elnur İbrahimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]