Elvira Nabiullina

Elvira Saxipzadovna Nabiullina (29 oktyabr 1963, Ufa, Başqırdıstan MSSR, RSFSR, SSRİ ) — Rusiya dövlət və siyasi xadimi . 24 iyun 2013-cü ildən Rusiya Federasiyası Mərkəzi Bankının sədri. Rusiyanın əməkdar iqtisadçısı. Rusiya Federasiyasının birinci dərəcəli həqiqi dövlət müşaviri(2002).

Elvira Nabiullina
rus. Эльвира Набиуллина
Vəzifədədir
24 iyun 2013-cü ildən
PrezidentVladimir Putin
Baş nazirDmitri Medvedyev
Mixail Mişustin
ƏvvəlkiSergey İqnatyev
bayraq
Rusiya Federasiyası Prezidentinin köməkçisi
bayraq2
22 may 2012 – 24 iyun 2013
PrezidentVladimir Putin
12 may 2008 – 21 may 2012
PrezidentDmitri Medvedyev
Vladimir Putin
Baş nazirVladimir Putin
Viktor Zubkov (vəzifəsini ifa edən)
Dmitri Medvedyev
Əvvəlkivəzifə təsis olunub
SonrakıAndrey Belousov
24 sentyabr 2007 – 12 may 2008
Baş nazirViktor Zubkov
Vladimir Putin
ƏvvəlkiGerman Qref
Sonrakıvəzifə ləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 29 oktyabr 1963(1963-10-29) (61 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti iqtisadçı, siyasətçi, bankir, dövlət xadimi
Uşağı 1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tatar [1][2] ailəsində anadan olub. Ata Saxipzadə Saitzadayeviç sürücü işləyirmiş, anası isə Züleyxa Xamətnurovna cihazqayırma istehsalatında aparatçı işləyib.

Elvira Ufanın 31 saylı orta ümumtəhsil məktəbini tam əlaçı kimi bitirib, lakin qızıl medalsız qaldı .

1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "iqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Sov.İKP üzvü.[2] .

1990-cı ildə Moskva Dövlət Universitetinin (xalq təsərrüfatı və iqtisadi təlimlərin tarixi kafedrası) aspiranturasını bitirmişdir, namizədlik dissertasiyasını hazırlamışdir, lakin müdafiə etməmişdir . Tədqiqatların qismən nəticələri dörd müəllifin "Əməyin özgəninkiləşdirilməsi: tarix və müasirlik" (1989) əsərində dərc edilmişdir.

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında

[redaktə | mənbəni redaktə et]
  • 1991-1992-ci illərdə SSRİ Elm-Sənaye İttifaqı (Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının sələfi) İdarə Heyətinin Daimi Komitəsinin iqtisadi islahatlar məsələləri üzrə müdiriyyətinin baş mütəxəssisi olmuşdur .
  • 1992-1994-cü illərdə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının iqtisadi siyasət məsələləri üzrə baş mütəxəssisi, müdirinin məsləhətçisi olub.
  • 1994-cü ildə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutunun müşaviri olub.

Rusiya İqtisadiyyat Nazirliyi

[redaktə | mənbəni redaktə et]
  • 1994-1995 — ci illərdə — iqtisadi islahatlar Departamentinin rəhbərinin müavini-Rusiya Federasiyası İqtisadiyyat Nazirliyinin iqtisadiyyatın dövlət tənzimlənməsi İdarəsinin rəisi.
  • 1995-1996-cı illərdə Rusiya Federasiyası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahat İdarəsinin rəis müavini olub.
  • 1996-1997-ci illərdə - Rusiya İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar İdarəsinin rəisi, Rusiya İqtisadiyyat Nazirliyinin kollegiya üzvü.
  • 1997-1998-ci illərdə - Rusiya Federasiyası İqtisadiyyat nazirinin müavini.

Kommersiya və analitik strukturlarda işi

[redaktə | mənbəni redaktə et]
  • 1998-1999-cu illərdə - "Promtorqbank"ın İdarə Heyəti sədrinin müavini.
  • 1999-cu ildə - Avrasiya Reytinq Xidmətinin icraçı direktoru olmuşdur.

Rusiya İqtisadi İnkişaf Nazirliyində və Strateji Araşdırmalar Mərkəzində

[redaktə | mənbəni redaktə et]
  • 1999-2000-ci illərdə o, Strateji Araşdırmalar Mərkəzi Fondunun vitse-prezidenti olub (fondun prezidenti German Qref idi).
  • 2000-2003-cü illərdə - Rusiya Federasiyasının İqtisadi İnkişaf və Ticarət Nazirinin birinci müavini olub.
  • 2003-2005-ci illərdə Strateji Araşdırmalar Mərkəzi Fondunun prezidenti olub.
  • 2005-2006-cı illərdə Rusiya Federasiyasının 2006 -cı ildə G8-də sədrliyinin hazırlanması və təmin edilməsi üzrə təşkilat komitəsinin ekspert şurasının rəhbəri olmuşdur .

Rusiya hökumətində

[redaktə | mənbəni redaktə et]

Eyni zamanda, 2007-2012-ci illərdə “Rostexnologiya” Yüksək Texnologiyalı Sənaye Məhsullarının İnkişafı, İstehsalı və İxracının Təşviqi üzrə Dövlət Korporasiyasının Müşahidə Şurasının üzvü olmuşdur . 2008-2011-ci illərdə " Qazprom" ASC-nin direktorlar şurasınin üzvü olub [3][4] . 2008-ci ildə "Vahid Enerji Sistemi" RSC-nin direktorlar şurasınin üzvü olmuşdur [5]. 2008-2012-ci illərdə - Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin qəyyumlar şurasının sədri[6]. 2010-cu ildən - İqtisadi İnkişaf və İnteqrasiya üzrə Hökumət Komissiyasının üzvü , Skolkovo Fondunun qəyyumlar şurasının üzvü [7] . 2011-ci ildən Strateji Təşəbbüslər Agentliyinin Müşahidə Şurasının üzvüdür . 2012-ci ildən o, BMT-nin ir 2015-ci ildən sonrakı İnkişaf Gündəliyinin işlənib hazırlanması təşəbbüsünün "yüksək səviyyəli görkəmli xadimlər qrupu" na daxildir[8] . 2013-cü ildən - Milli Maliyyə Şurasının sədr müavini.

Rusiya Prezidentinin köməkçisi

[redaktə | mənbəni redaktə et]

22 may 2012-ci ildən 24 iyun 2013-cü ilə qədər - Rusiya Federasiyası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi .

12 mart 2013-cü ildə o, Rusiya Federasiyası Mərkəzi Bankının sədri vəzifəsinə namizəd kimi irəli sürülüb .

Rusiya Federasiyası Mərkəzi Bankının sədri

[redaktə | mənbəni redaktə et]

9 aprel 2013-cü ildə Dövlət Duması onun 24 iyun 2013-cü il tarixindən Rusiya Federasiyası Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul etmişdir . Elvira Saxipzadovna böyük səkkizliyə daxil olan ölkənin Mərkəzi Bankının rəhbəri vəzifəsində ilk qadın oldu.

22 mart 2017-ci il tarixində Rusiya Prezidenti Vladimir Putin Elvira Nabiullinanın namizədliyini 24 iyun 2017-ci il tarixindən etibarən Rusiya Federasiyasının Mərkəzi Bankının sədri vəzifəsinə yeni müddətə təyin olunmaq üçün Elvira Nabiullina namizədliyini Dövlət Dumasına təqdim etdi .

18 mart 2022-ci ildə Elvira Nəbiullinin namizədliyi Dövlət Dumasına Mərkəzi Bankın sədri vəzifəsinə üçüncü dəfə təqdim edilib. Vladimir Putin Dövlət Dumasına baxılması üçün namizədliyi təqdim etdi.

2022-ci ilin aprelində Kanada Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Nabiullinaya qarşı sanksiyalar tətbiq etdi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Elvira Nabiullina fransızingilis dillərini bilir [9] . İncəsənətdən yaxşı başı çıxır, klassik musiqiyə üstünlük verir , gümüş dövrün şairlərini və fransız kinematoqrafiyasını sevir [1] . Şərflər və fulyar boyun yaylığlar— onun qarderobunun fərqləndirici xüsusiyyətidir[1]. Rusiya Bankının Direktorlar Şurasının iclasında Elvira Nabiullina broşkalar (bəzək sancağı) taxır, onların köməyi ilə o, "vəziyyətin anlaşılması" nı ötürməyə çalışır, lakin tez-tez daha geniş şərh olunur . Hər bir broşkanın konkret mənası həm də Mərkəzi Bankın pul siyasəti sahəsində mövcud mövqeyi və tənzimləyicinin planları ilə əlaqələndirilir [10][11] . 2021-ci ilin sentyabrında Elvira Nabiullina bir daha broşkaların kommunikasiya vasitəsi və refleksiya üçün səbəb kimi əhəmiyyətini, eləcə də Direktorlar Şurasının iclasları çərçivəsində mətbuat üçün tədbirlərdə geydiyi bu bəzəklərin alternativ dilinin şərhinin birmənalı olmadığını vurğuladı. .

Moskva Dövlət Universitetində aspiranturada oxuduğu müddətdə o, Milli İqtisadiyyatın Tarixi və İqtisadi Tədqiqatlar kafedrasının müəllimi, sonralar “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM–MTU) rektoru olmuş Yaroslav Kuzminovla evləndi .

Kuzminov və Nabiullinanın Vasili adlı bir oğlu var . 1988-ci ildə anadan olub, 2005-2009-cu illərdə Ali İqtisadiyyat Məktəbinin sosiologiya fakültəsinin tələbəsi olub, 2010-cu ildə Mançester Universitetinin və Moskvanin İqtisadi və Sosial Elmlər Ali Məktəbinin sosiologiya magistraturasını bitirmişdir. Hal-hazırda Ali İqtisadiyyat Məktəbinin elmi işçisi.[12] .

Əmlak və gəlirləri

[redaktə | mənbəni redaktə et]

Elvira Nabiullinin mülkiyyətində sahəsi 111,2 м²[13] olan mənzil, sahəsi 70,6 м² olan mənzilin üçdə biri və Jaguar S-Type avtomobili yerləşir. 2010-cu ildə onun elan etdiyi illik mənfəətı 3,6 milyon rubl, 2011-ci ildə - 3,2 milyon rubl , 2012-ci ildə - 5,3 milyon rubl , 2013-cü ildə - 12,2 milyon rubl [14][15], 2014-cü ildə - 21 milyon rubl təşkil etmişdir.[14] . Eyni zamanda, həyat yoldaşı, Ali İqtisadiyyat Məktəbinin rektoru Yaroslav Kuzminovun gəlirləri 2010-cu ildə 17,2 milyon rubl [16], 2013-cü ildə - 20 milyon rubl [15], 2014-cü ildə isə 45,3 milyon rubl [14] səviyyəsində idi. .

  1. 1 2 3 Бельченко, В. Человек в фуляре Arxivləşdirilib 2022-01-04 at the Wayback Machine. — Журнал «Огонёк», № 9, 8 марта 2010 года.
  2. 1 2 Pismennaya, E. Nabiullina Recites Verlaine as Regulator Arxivləşdirilib 2022-01-04 at the Wayback Machine. — Bloomberg Business, 12 июня 2013 года. (ing.)
  3. Эльвира Сахипзадовна Набиуллина, Министр экономического развития РФ Arxivləşdirilib 2011-03-21 at the Wayback Machine Руководство / Совет директоров: Членом Совета директоров ОАО «Газпром» является с 2008 года.
  4. Набиуллина и Шматко вышли из совета директоров «Газпрома» Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine // Лента.ру
  5. Глава МЭРТ вошла в совет директоров РАО «ЕЭС» Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine // Правда.ру
  6. "Mail.ru со ссылкой на РИА Новости: «Набиуллина возглавила попечительский совет фонда ГМИИ им. Пушкина»". 2014-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-27.
  7. "Новости «Сколково» на РИА Новости, включая состав попечительского совета". 2012-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
  8. Новое глобальное партнёрство: искоренение бедности и преобразование экономик посредством устойчивого развития Arxivləşdirilib 2013-09-08 at the Wayback Machine // Доклад группы видных деятелей высокого уровня по разработке повестки дня в области развития на период после 2015 года, ООН, 2013
  9. Биография Эльвиры Набиуллиной Arxivləşdirilib 2013-03-15 at the Wayback Machine на РИА «Новости», 12 марта 2013 года.
  10. «Следите за брошками: сигналы Эльвиры Набиуллиной» Arxivləşdirilib 2021-05-26 at the Wayback Machine — РосБизнесКонсалтинг, 23.04.2021 г.
  11. «Ставка на брошь: о чём говорят украшения Эльвиры Набиуллиной» Arxivləşdirilib 2021-05-26 at the Wayback Machine — Forbes, 23.04.2021 г.
  12. Набиуллина, Эльвира Сахипзадовна Arxivləşdirilib 2015-10-18 at the Wayback Machine, статья из энциклопедии ТАСС.
  13. Набиуллина заработала за год почти 22 миллиона рублей Arxivləşdirilib 2015-05-22 at the Wayback Machine. — Лента.ру, 22 мая 2015 года.
  14. 1 2 3 Набиуллина заработала за год почти 22 миллиона рублей Arxivləşdirilib 2015-05-22 at the Wayback Machine. — Лента.ру, 22 мая 2015 года.
  15. 1 2 Сведения о доходах, расходах, об имуществе и обязательствах имущественного характера служащих Банка России за период с 1 января 2013 года по 31 декабря 2013 года Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine на официальном сайте Банка России.
  16. Набиуллина, Эльвира Arxivləşdirilib 2021-11-25 at the Wayback Machine. — статья из Лентапедии.