Dərəçiçək

DərəçiçəkErmənistanın Kotayk mərzində yerləşən qəsəbə.[1]

Dərəçiçək
40°32′00″ şm. e. 44°43′14″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 4 km²
Mərkəzin hündürlüyü 1.841 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.200 nəf. (2015)
Rəsmi dili
Digər
tsakhkadzor.am
Xəritəni göstər/gizlə
Dərəçiçək xəritədə
Dərəçiçək
Dərəçiçək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 5 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə Azərbaycan dilində «çiçəkləri olan bitki», «gül» mənasında işlənən çiçək sözünün[4] birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin adı 1847-ci ildə dəyişdirilib Konstantinovka adlandırılmışdır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka edilərək Zaxqadzor (Dərəçiçək) qoyulmuşdur.

Burada 1897-ci ildə ruslar, ermənilər və azərbaycanlılar yaşamışdır[5].

XX əsrin əvvələrində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və yalnız ermənilər və ruslar yaşamağa başlamışdır. İndi burada ermənilər yaşayır.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.53
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.75
  4. (12, s.438
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.16-17