Etyenn Kondilyak

Etyen Bonno de Kondilyak (fr. Étienne Bonnot de Condillac; 30 sentyabr 1714[1][2][…], Qrenobl, Fransa krallığı[4]3 avqust 1780[2][3][…], Bojansi[d], Fransa krallığı) — fransız filosofu, abbat. Mablinin qardaşı və Dalamberin əmisi oğlu.

Etyenn Kondilyak
fr. Étienne Bonnot de Condillac
Doğum tarixi 30 sentyabr 1714(1714-09-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 avqust 1780(1780-08-03)[2][3][…] (66 yaşında)
Vəfat yeri
Əsas maraqları fəlsəfə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paris seminariyasında və Sorbonnada oxumuş, teoloji təhsil almışdır. 1740-cı ildə keşiş rütbəsinə yüksəlmi., lakin ruhani vəzifələrindən imtina etmişdir. Bir müddət ensiklopedistlərin dairəsində olmuşdur.

1758–1767-ci illərdə Parma Hersoqluğunda taxtın varisi, XV Lüdovikin nəvəsi Parma İnfante Ferdinandın tərbiyəçisi idi.

1768-ci ildə Fransa Akademiyasının üzvü seçilmişdir.

Kondilyak şübhəsiz tarixi əhəmiyyət kəsb edir, çünki o, sensualist bilik nəzəriyyəsində xüsusi bir məqamı təmsil edir. Kondilyak fransız fəlsəfəsi üçün xüsusi əhəmiyyət kəsb edir: əvvəlcə onun bir sıra ardıcılları olmuşdu, sonralar isə fransız fəlsəfəsi Kondilyakın əsas müddəalarının tənqidi ilə müəyyənləşdi. Kondilyak müasir ingilis empirizminə də böyük təsir göstərmişdi. Kondilyak bir neçə fəlsəfi əsər yazmışdır: "Essai sur l'Origine des Connaissances humaines" ("İnsan biliyinin mənşəyi haqqında təcrübə", 1746); "Traité des Systèmes" ("Sistemlər haqqında traktat", 1749); "Traité des Sensations" ("Hisslər haqqında traktat", 1754) və "Traité des animaux" ("Heyvanlar haqqında traktat", 1755). Onun ölümündən bir müddət əvvəl onun məntiqi fikirləri meydana çıxmış və ölümündən sonra "La langue des Calculs" ("Hesablamanın dili") nəşr olunmuşdur.

  • Бирюкова Н. Б. Принцип тождества в логике Э. Б. де Кондильяка // XI Международная конференция: Логика. Методология. Философия науки. М.: Обнинск, 1995.
  • О. В. Суворов. Кондильяк // Новая философская энциклопедия : в 4 т. / пред. науч.-ред. совета В. С. Стёпин. — 2-е изд., испр. и доп. — М. : Мысль, 2010. — 2816 с.
  • Кротов А. А. Из истории философии образования эпохи Просвещения: Кондильяк и Дестют де Траси // Философские науки. 2014. № 9. С. 129–140.
  • Э. Р. Кондильяк, Этьен-Боннот // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  • Aliènor Bertrand, Vocabulaire de Condillac, Paris, Ellipses, 2003.
  • Orain, Arnaud. "Directing or Reforming Behaviors? A Discussion of Condillac's Theory of 'Vrai Prix'." History of Political Economy 2006 38(3): 497–530.
  • Nicolas Rousseau, Connaissance et langage chez Condillac, Genève, Droz, 1987.
  • Hine, Ellen McNiven (1979). A Critical Study of Condillac's Traité des Systèmes. Dordrecht: Springer. ISBN 978-94-009-9291-7.
  • Knight, Isabel F. (1968). The Geometric Spirit: The Abbe de Condillac and the French Enlightenment. New Haven: Yale University Press.
  • Léon Dewaule. Condillac et la psychologie anglaise contemporaine. — P., 1892.
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Étienne Bonnot de Condillac // Babelio (fr.). 2007.
  3. 1 2 Étienne Bonnot de Condillac // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118521756 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]