Məhəmməd Füzulinin Azərbaycan dilində divanı[1][2][3][4] — şairin üç divanından biri. Digər ikisi fars və ərəb dillərində yazılıb.[1] Divana bir neçə panegirik, rübai və üç yüz qəzəl daxildir[2]
Divan | |
---|---|
azərb. دیوان | |
| |
Janr | divan |
Müəllif | Məhəmməd Füzuli |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | XVI əsr |
Nəşr ili | XVI əsr |
Füzulinin Azərbaycan dilində divanı Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Divanın bilinən ən qədim əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılır.[5] Əlyazma XVI əsrin sonlarına məxsusdur. Axırıncı səhifədə əlyazmanın sahibinin möhrü və hicri təqvimi ilə 1038-ci il (1628-ci il) tarixi göstərilmişdir.[4] Salman Mümtaza verilmiş bu əlyazma hərəsi 20 sətir olmaqla 65 vərəqdən ibarətdir.[5] Əlyazma iki miniatürlə bəzədilib.[4]
Divan bir neçə dəfə çap edilib.[2] Türk filoloqu və publisisti Mehmed Fuad Köprülü 1924-cü ildə divanı çap etdirib.[5] Divan 1948-ci ildə İstanbulda türk ədəbiyyat tarixçisi Abdülbaqi Gölpınarlı tərəfindən çap etdirilib (ikinci çap - 1961-ci il)[2]. Füzulinin divanı 1961-ci ildə AMEA Ədəbiyyat İnstitutunda qədim əlyazmaya əsaslanaraq tərtib edildi və çapdan çıxdı.[3]