Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-ci ildən) və keçmiş vitze-prezidenti (2008–2019),[2] Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı.[3]
Fariz Nəcəfov | |
---|---|
Fariz Abdulla oğlu Nəcəfov | |
Doğum tarixi | 1 iyun 1978 (46 yaş) |
Doğum yeri | |
Uşağı | 4 |
Atası | Abdulla Nəcəfov[1] |
Milliyyəti | azərbaycanlı |
İxtisası | hüquq |
Təhsili | |
Fəaliyyəti |
|
Mükafatları |
Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş,[4] karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur.[5]
Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur.[6] "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK və "Qarabağ" FK-dan sonra[7] UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur.[8][9] Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır.[10] Nəcəfov 18 aprel 2019-cu il tarixində Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur.[11] O, 11 iyul 2019-cu il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.[12]
Fariz Nəcəfov 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.[3][13]